13 dek 23:46aktual

“Kəpəz” azarkeşlərinin səbr kasası dolub

“Kəpəz” azarkeşlərinin səbr kasası dolub
Adil Məmmədov: “Bu mərhələni keçəcəyimizə inanmıram”
Premyer-liqanın autsayderi olan “Kəpəz” kubokda da mübarizəni dayandırmağa yaxındı. Gəncə təmsilçisi “ikinci cəbhə”nin 1/4 finalının ilk oyununda “Keşlə”yə səfərdə uduzdu (0:2). Yunis Hüseynovun komandasının “doğma divarlar” arasında bu məğlubiyyətin əvəzini çıxacağı çətin görünür. Hər halda, ortada ümidverici oyun da yoxdu. Onsuz da çempionatdakı uğursuzluqlardan bezən gəncəli fanatların səbr kasası “Keşlə” ilə kubok matçında daşdı. Bu haqda ötən sayımızda məlumat vermişdik. Xatırladaq ki, “Xəmsə”nin üzvləri “İnter Arena”da baş tutan qarşılaşmadan sonra etirazlarını çılğın şəkildə məşqçilər korpusuna bildirdi. Yunis Hüseynov sakitcə onları dinləsə də, Vidadi Rzayev irəli durub, diskussiyaya girişdi. Onun gənc azarkeşi sakitləşdirmək cəhdi isə fayda vermədi. Azarkeşlərlə əlaqələndirici Elmar Əliyev işə qarışsa da, fanatlar sakitləşmək bilmədi. Hətta az qala mübahisə əlbəyaxa davaya çevrilmək həddinə çatdı. Kənar şəxslərin araya girməsiylə dava sakitləşdirildi.
Yaşananlarla bağlı dünən Elmar bəyin fikirlərini öyrəndik: “Bu oyuna Gəncədən təxminən 50-yə yaxın azarkeş gəlmişdi. Həmçinin Bakıda yaşayan gəncəlilərdən də komandaya dəstək olanlar var idi. “Xəmsə” bizdən bir qədər aralıda qərarlaşmışdı. Adil Məmmədovun rəhbərlik etdiyi “Xəmsə” də bizimdi, qıraq deyil. Komandanın həm pis, həm də yaxşı günündə yanında olublar, qarda-boranda dəstək veriblər. Bu gün razıyam ki, komandanın nəticələri ürəkaçan deyil. Ancaq heç yerdə görünməyib ki, azarkeş futbolçunun ünvanına nalayiq ifadələr işlətsin. Sivil qayadada irad bildirmək olar. Lakin söyüşü qəbul etmək olmaz, enində-sonunda bu bizim komandadı. Hələ oyun vaxtı yaxınlaşdım ki, belə hal gəncəli azarkeşlərə yaraşmaz, yaxşı addım deyil. Amma mənim sözümü eşitmədilər. Qarşılaşmadan sonra gördüm ki, həmin azarkeşlər avtobusun yanında durub gözləyirlər ki, oyunçular çıxsın, onlara artıq-əskik söz desinlər. Orda Müşfiq adlı oğlan var, ona dedim ki, bu bizim komandadı, əl-ələ verib bir ailə kimi çıxış yolunu tapmalıyıq. İnanıram və belə bir məlumatım var ki, qışdan sonra tam başqa “Kəpəz” görəcəyik. Mənim də ürəyim ağrıyır, oyuna xəstəxanadan çıxıb getmişdim, sistemin altında anam var. Bunlara fikrimi çatdırdım, dinləmədilər, dedilər ki, sözümüzü çatdırmalıyıq. Elə həddə çatdım, oranın mühafizəsinə dedim ki, polislərə bu uşaqları uzaqlaşdırmaq tapşırığı verilsin. Lakin asayiş keşikçiləri artıq getmişdilər. Halbuki Gəncədə belə deyil, polislər sonadək gözləyir, hər iki komandanın azarkeşləri stadiondan uzaqlaşır. Bunu da “İnter Arena”da gördük. Elə vəziyyətə çatdım ki, gödəkçəmi çıxardım. Ancaq kiminləsə dalaşmaqdan, kimisə vurmaqdan söhbət gedə bilməz. “Kəpəz”in qapıçılarla işləyən məşqçisi Nadir Şükürov məni kənara çəkdi. Gördü ki, ürəyim partlayır. Uşaqların mənə qulaq asmaması çox pis təsir etdi. Lakin isnident böyümədi. Təbii, komanda da məsuliyyəti hiss etməlidi. Heç bir baş məşqçi və ya futbolçu söz eşitmək istəməz. Bununla belə, kimisə təhqir etmək olmaz. Məşqçi yenidi, gözləyək, qışdan sonra nəticə olmasa, nəsə tələb etmək olar. Özüm də “Kəpəz”in ən qatı azarkeşiyəm, mən də komandanın nəticə qazanmasını istəyirəm”.
“Xəmsə”nin rəhbəri Adil Məmmədov isə bunları dedi: “Fanklubumuzun uşaqları komandanının çıxışına görə etiraz ediblər. Bir qədər sərt yanaşma olub. Ona görə də problem yaşanıb. Əslində özüm də ordaydım. Düzdü, ağrıyırdım, bu üzdən də maşında oturmuşdum. İnsidentin başlamasından bir az gec xəbər tutdum. Getdim, uşaqları ayırdım. Hamısına sakit olmağı tapşırdım. Bununla da problem aradan qalxdı. Elmar Əliyev də söhbətə qarışmışdı. Kənara çəkib, fikrimi çatdırdım. Dedim ki, sən də azarkeş olmusan. Biz də komandamızın yaxşı nəticə qazanmasını istəyirik. Cavan uşaqdılar, onları toparlamaq bir az çətindi. Özünüz də bilirsiz ki, səhhətimdəki problem üzündən uşaqlarla çox az ünsiyyətdə oluram. Son anda oyuna getdim. Matçdan öncə azarkeş qrupunun üzvləri ilə görüşüb söhbət etmək imkanım olmur. Görək necə olur. İnanırıq ki, qışda yaxşı transferlər olacaq və komanda daha yaxşı nəticələrə imza atacaq. Yunis Hüseynov yad adam deyil, gəncəlidi. Biz baş məşqçiyə etiraz etmirik. Hansısa mütəxəssisin fanatı deyilik ki, çalışdırıcını istəməyək. Rəhbərlik onu məsləhət görüb. Yunis müəllimin “Karvan”dakı nəticələri hər kəsin yadındadı. Doğrudu, ondan sonra çalışdığı klublarda nəticələri o qədər də uğurlu olmadı. Bununla belə, hamımız onun işinə bələdik. Gəncəlidisə, fikrimcə, doğma şəhərinin komandasına kənardan gələndən daha çox ürək yandırar. Etirazın əsas səbəbi odu ki, azarkeş meydanda mübarizə görmək istəyir. İlk hissədə “Kəpəz”in rəqib qapısına zərbəsi olmadı. İkinci yarıda isə epizod yaratdılar. Birində Tural Rzayev, digərində İlkin Sadıqov diqqət mərkəzinə düşdü. Bundan başqa hansısa təhlükəli vəziyyət yadıma gəlmir. Futbolçular sanki ruhdan düşüb. Bilmirəm, oynamaq istəmirlər, yoxsa bacardıqları elə budu. Bu komanda “Qəbələ”ni səfərdə, “Keşlə”ni elə “İnter Arena”da məğlub edib. Ümid edirdik ki, burda ən azı bir qol vuracaqlar. Lakin 2 cavabsız qolla məğlub oldular. Bəzi anlarda istək hiss olunurdu. Lakin oynaya bilmədilər. Ortada oyun yox idi. “Qəbələ”yə 1:6 hesabı ilə uduzduqları qarşılaşmada olduğu kimi mübarizə aparırdılar. Niyə elə oynadıqlarını anlamadım. Bu mərhələni keçəcəyimizə inanmıram. Bir qol vurulsaydı, ümid var idi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür Dünən, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi Dünən, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” Dünən, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu Dünən, 22:17 Yığma İranda turnirə qatılacaq Dünən, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Dünən, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Dünən, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Dünən, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Dünən, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Dünən, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Dünən, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Dünən, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Dünən, 18:55 Yarım mövsümün rəqəmli tablosu Dünən, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Dünən, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Dünən, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Dünən, 18:49 Məkan və saat dəqiqləşdi Dünən, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Dünən, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Dünən, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Dünən, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Dünən, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Dünən, 18:37 "Keşlə"də daha bir ukraynalı Dünən, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb 17-01-2018, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı 17-01-2018, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib 17-01-2018, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! 17-01-2018, 18:21 Vitali Borisov məşqlərə qoşuldu 17-01-2018, 18:19 Liderlər sürprizə imkan vermədi 17-01-2018, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular 17-01-2018, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə 17-01-2018, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi 17-01-2018, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi 17-01-2018, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bütün xəbərlər
Ən çox oxunanlar