13 dek 22:44aktual

“Neftçi” Lorentsonu yenə U-12-də oynatdı

“Neftçi” Lorentsonu yenə U-12-də oynatdı
Nicat Ağayev: “Bu addımı U-11-in rəqibinin zəif olmasına görə atdıq”
Təxminən iki həftə əvvəl “Neftçi”nin 9 yaşlı futbolçusu Lorentso Mezzotero haqda ardıcıl iki yazı yazmışdıq. İtalyan futbolçunun “ağ-qaralar”ın üç fərqli yaş qrupunda (U-10, U-11, U-12) çıxış etməsini pisləmiş, bunu da Lorentsonun həm fiziki, həm psixoloji məhviylə əlaqələndirmişdik. Həqiqətən də, 9 yaşlı uşağın gününü sırf futbola həsr etməsi, meydançalarda “çürüməsi” anormallıqdı.
Məsələylə bağlı ilk həmsöhbətimiz U-10-la U-11-in baş məşqçisi İslam Kərimov olmuşdu. Əməkdar məşqçi iradlarla razılaşdığını bildirəndən snra bu sözləri dilə gətirmişdi: “Lorentsonun yaşı U-10-da oynamağa imkan verir. Elə bir istedada malikdi ki, özündən yaşca böyüklərin komandasında da rahat çıxış edə bilir. Həm də o yaşdakı uşaqların oyunları cəmi 40 dəqiqə olur. Sizinlə tam razıyam, bir gündə iki oyuna çıxması düzgün deyil. Uşaq istər-istəməz yüklənir. Üç komandada çıxış etməsi də olduqca risklidi. Xüsusilə özündən 2 yaş böyüklərlə. Klub rəhbərliyi ilə bununla bağlı söhbətimiz olub. Lorentso, çox güman, ancaq U-10 və U-11-də çıxış edəcək”.
İslam Kərimovla söhbətdən bir gün sonra “Neftçi”nin Futbol Akdemiyasında analitik kimi çalışan, həm də klubun uşaq futboluyla birbaşa məşğul olan Nicat Ağayevdən müsahibə götürmüşdük. Ağayevin “Mezzotero niyə üç komandada oynamalıdı” sualına cavabı isə belə olmuşdu: “Onsuz da bundan sonra ancaq bir komandada oynayacaq. U-10 ona dar gəlir, o çərçivəni aşıb. U-12-də müntəzəm oynaması üçün isə hələ tezdi. Orda çıxış etməyəcək. “Qızıl orta” kimi U-11-i seçdik. Bütün diqqətini U-11-ə ayıracaq”.
Klub rəsmilərinin dedikləri üst-üstə düşdüyündən, Lorentsonun bundan sonra yalnız U-11-ə xidmət edəcəyini düşünürdük. Lakin iki gün əvvəl aşağı yaş qrupu üzrə komandaların nəticələri və qol müəlliflərinin adları ilə tanış olanda, fərqli mənzərə ilə rastlaşdıq. İtalyan ötən həftəsonu U-12-nin şərəfini qoruyub. “Neftçi”nin “Vətən”i 3:2 hesabıyla məğlub etdiyi qarşılaşmada hücumçu bir qol vurub, digər qolun ötürməsini verib və komandasının xeyrinə penalti qazanıb ki, cərimə zərbəsini başqa futbolçu yerinə yetirib.
Nə oldu, bəs uşaq futbolu üzrə mütəxəssis İslam Kərimov 9 yaşlı birinin özündən iki yaş böyüklərlə çiyin-çiyinə mübarizə aparmasını böyük risk sayırdı? Həm Kərimov, həm də Ağayev italyanın bundan sonra U-11-də oynayacağını deyirdi? Nə baş verdi? İslam bəy zənglərimizi cavabsız qoyduğundan, sualı Nicat bəyə ünvanladıq: “Bəli, Lorentso məhz U-11-in şərəfini qoruyacaq. Sadəcə, bu dəfə vəziyyət elə idi ki, həm o, həm də bir neçə digər futbolçunun U-12 –də çıxış etməsi məqsədəuyğun sayıldı. Bu addımı U-11-in rəqibinin zəif olmasına görə atdıq. Ona görə də U-11-də əsasən heyətə düşməyənlərə və U-10-da çıxış edənlərə şans verilmişdi. Lorentso həftəsonu yalnız bir komandanın heyətində - U-12-də forma geyib. Yəni hansısa yüklənmədən, yorğunluqdan söhbət gedə bilməz. Futbolçuların inkişafını istədiyimiz üçün onların daha çox gərgin oyunlarda “bişməsini” istəyirik. Məsələn, rəqib qapısından 12 top keçirən komandada çıxış etmək Lorentsoya nə verəcəkdi? Bəli, ona əsasən U-11–in üzvü gözüylə baxılır. Lakin oyunların əhəmiyyətinə görə dəyişikliyin olması normaldı. Bu da dediyim kimi, rəqiblərin gücünə görədi. Rəqib aşkar zəifdisə, ən yaxşısı şans qazanmayan futbolçuların özünü göstərmək imkanı qazanmasıdı. Onsuz da həftəsonları yalnız bir oyunda meydana çıxacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar