11 dek 18:30aktual

Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı

Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı
“Musayev PFL prezidenti kimi ölkəmizə daha çox fayda verə bilər, nəinki aktyor kimi”
İstedadlı insan harda çalışmağından, hansı işin qulpundan yapışmağından asılı olmayaraq, əvvəl-axır istedadını üzə çıxarmağı bacaracaq, nəyə qadir olduğunu ortaya qoyacaq. Ötən həftənin cümə günü PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgədliyev mənimlə əlaqə saxlayıb “istəyirəm səni bir tədbirə dəvət edim. Gələ bilərsən” sualını verəndə, “baxır nə tədbirdi, maraqlıdısa, böyük məmnuniyyətlə” cavabını verdim. Söhbət əsnasında məlum oldu ki, uzun illər bizimlə yanaşı stadionları gəzən, istər premyer-liqa, istərsə də divizion oyunlarını tarixin yaddaşına köçürən PFL-in operatoru Nadir Məmmədovun da baş rollardan birinin ifa etdiyi “Toydan sonra nağara” filiminin premyerasıdı. Buna qədər Nadiri bəzi seriallarda ikinci dərəcəli rolların ifaçısı, müxtəlif reklam çarxlarında yer alan personaj kimi izləmişdim. Ancaq bu dəfə o komediya janrında çəkilən filmdə əsas qəhrəmanlardan biri idi. Premyeraya son illər bu sahədə adından söz etdirən aktyorların, şou-biznes aləminin tanınmış simalarının da qatıldığını qeyd etmək lazımdı. Təxminən saatyarım çəkən film haqda qısaca bunu deyə bilərəm ki... Mən çox söz deyə bilərəm. Ancaq hər kəsin öz fikri var. Yaxşı olardı ki, özünüz filmi izləyin və Nadirin aktyor bacarığına qiymət verin. Mən isə təqdimat başa çatandan sonra çoxsaylı təbrikləri qəbul edən Nadirlə söhbətləşməyi lazım bildim.
- Filmi izlədim və bəyəndim. Açığı, səninlə birgə olduğum oyunlarda şən, zarafatcıl insan olduğunu görmüşdüm. Ancaq belə aktyorluq qabiliyyətinin olduğunu bilmirdim. Ümid edirəm, bundan sonra uğurlu rollarının sayı daha çox olacaq.
- Xoş sözlərə görə təşəkkür edirəm. Bilmirəm, bilirsiz ya yox, mən Azərbaycan İncənət Universitetinin aktyorluq fakültəsinin məzunuyam. Hamının Qılman doktor kimi tanıdığı və bu filmdə də baş rollardan birinin ifaçısı olan İlkin Misgərli ilə qrup yoldaşı olmuşuq. Bizim kurs rəhbərimiz isə “Yuğ” teatrının bədii rəhbəri, rəhmətlik Vaqif İbrahimoğlu idi. Bundan başqa, tanınmış kino xadimi, İctimai Televiziyanın rəhbəri Cəmil Quliyevin məsləhəti ilə bir müddət operatorluq kurslarına qatılmışam. Odu ki, bu sahə mənim üçün heç də yad deyil.
- İxtisasca aktyor olsan da, idman mediası, futbol ictimaiyyəti səni daha çox PFL-in operatoru kimi tanıyır. Maraqlıdı, nəyə görə bir müddət əsas sənətindən uzaq düşmüşdün?
- Universitetin sonuncu kursunda diplom işi kimi bir tamaşa hazırlanmışdı və mən də orda əsas rollardan birini ifa edirdim. Tamaşadan sonra kurs rəhbərimiz Vaqif İbrahimoğlu hamının içində belə fikir səsləndirdi: “hamınızı tanıyırıam və kimin nəyə qdir olduğunu bilirəm. Ancaq sizlərlə açıq danışacam. Sizlərin arasından yalnız İlkinlə Nadirin gələcəkdə böyük uğurlara imza atacağına inanıram”. Buna qədər isə mən artıq “Yuğ” teatrında çalışırdım. Ali məktəbi bitirəndən sonra hərbi xidmətə yollandım. Geri qayıdanda dolanışıq xatirinə müxtəlif sahələrdə çalışmalı oldum. Bilirsiz ki, həmin illərdə teatrda çalışmaqla dolanışığı təmin etmək çox çətin idi. Məcbur idik ki, sənətdən ayrı düşək.
- Filmdəki qəhrəmanın adı Raqıldı. Etraf edək ki, çox nadir adlardan biridi. Niyə məhz Raqıl? Hətta müəyyən epizodlarda sənə Raqil deyəndə, çox əsəbləşirsən və sonluğun “qil” yox, “qıl” olduğunu bildirirsən.
- Filmə dəvət alanda ssenaristlə görüşdüm, rolumla bağlı fikir mübadiləsi apardıq. Hələ onda canlandıracağım qəhrəmanın adı yox idi. Bu təklif mən tərəfdən gəldi. Bunun da öz tarixçəsi var. Dostlarımdan birinin birinci Qarabağ savaşında Raqıl adlı əsgər yoldaşı olub. Çox mərd, oddan-alovdan qorxmayan bir gənc olub. Döyüşçülər arasında xüsusi xətir-hörməti olsa da, adına görə tez-tez ətrafdakılarla mübahisə edərmiş. Yoldaşları ona Raqil deyə müraciət edəndə əsəbləşir, israrla adının Raqil yox, Raqıl olduğunu bildirərmiş. Dostum bunu mənə danışmışdı. Mən də maraqlı ad olduğunu və insanın adının düzgün tələffüzü üçün tez-tez mübahisə etdiyini nəzərə alıb, ssenaristə qəhrəmanımın adının Raqıl olmasını təklif etdim. Maraqlı ad olduğundan o da razılaşdı.
- Filmdə canlandırdığın Raqıl üzləşdiyi problemləri yoluna qoymaq üçün fırıldağa əl atmalı olur. Bəs Nadir necə, çətinliyə düşəndə Raqılın yolu ilə gedir?
- Məni yaxından tanıyanlar bilir ki, necə insanam. Həyatda çox çətinliklərlə üzləşsəm də, heç vaxt belə yollara baş vurmamışam. Normal, ailəsinə hörmət edən insan üzləşdiyi durumdan asılı olmayaraq, həyatını düz qurmalı, istər qohum-əqrəba, istər iş yoldaşları, istərsə də dostlar arasında alnıaçıq, üzüağ olmalıdı. Şükür Allaha, bu günə kimi belə yaşamışam, bundan sonra da yolumu, amalımı dəyişmək fikrim yoxdu.
- Filmdə sənin bir istedadını da gördüm. Çox gözəl zərb ifa etməyin də varmış.
- Uşaq vaxtı valideynlərim məni musiqi məktəbinin tar sinfinə qoymuşdular. Bir müddətdən sonra tara yox, nağaraya həvəsim olduğunu onlara dedim. İstəyimi nəzərə aldılar. Şükür Allaha ki, bu ixtisası sona qədər oxudum və ilk zərbimi öz pulumla aldım. Bir ara bu qabiliyyətim də köməyimə çatıb.
- Futbol və aktyorluq...
- Məncə, oxşar cəhətlər çoxdu. Futbolda komanda yoldaşlarının köməyi olmadan bir futbolçu matçın taleyini təkbaşına həll edə bilməz. Aktyor da belədi. İzlədiyiniz filmdə Elnurun, Nicatın, İlkinin və başqalarının yüksək aktyorluq qabiliyyəti olmasaydı, mənim də işim uğurlu alınmazdı. Hətta deyərdim, bu sahə də futbol kimidi. Hansısa mövqedə xırda çatışmazlıq, axsama olsa, film istənilən səviyyədə alınmır. Hər şey zəncirvari bir-birindən asılıdı.
- Artıq neçə vaxtdı PFL-in operatoru kimi çempionat oyunlarını çəkirsən. Kamera arxasında olmaq çətindi, yoxsa kamera qarşısında?
- Çox maraqlı sualdı. Bayaq qeyd etdiyim kimi, ixtisasım aktyorluq olsa da, operator kurslarına da qatılmışam. Bəlkə də kimin üçünsə kamera arxasına keçmək, kamera qarşısına çıxmaq çətinlik yarada bilər. Ancaq məndə belə kompleks yoxdu.
- Neçə illər PFL-də çalışdığından futbol ictimaiyyətini də yaxından tanıyırsan. Necə düşünürsən, bu gün bu sahədə kimlər hansısa bədii filmdə və ya serialda yer ala bilər? Elə bir maraqlı faktura görə bilirsən?
- Heç şübhəsiz, futbolumuzda özünəxas xüsusiyyətlərə malik, kənardan çox maraqlı görünən mütəxəssislər, futbolçular, futbol funksionerləri var. Mənimlə yanaşı, siz də onları yaxşı tanıyırsız. Ancaq ad çəkmək istəmirəm. Adlar çəksəm, ola bilər, məndən inciyərlər. Ancaq belələri çoxdu.
- Hansısa filmin rejissoru olsaydın, PFL prezidenti Ramin Musayevə hansı rolu etibar edərdin? Mafiya başçısı, xeyirxah insan, yoxsa məmur?
- Xahiş edirəm, məni təxribata çəkməyin (gülür). Zarafatı bir kənara qoysaq, mən Ramin müəllimi tanıyandan PFL prezidentidi və üzərinə düşən işi də layiqincə yerinə yetirir. Mənə elə gəlir, Musayev PFL prezidenti kimi ölkəmizə daha çox fayda verə bilər, nəinki aktyor kimi. Bu sözlərlə onun istedadlı insan olmadığını demək istəmirəm. Onu yaxından tanıyanlar bilir ki, Ramin müəllim xalq yaradıcılığının, folklor janırının, xüsusilə də aşıq sənətinin mahir bilicilərindən biridi. Ancaq yenə deyirəm, PFL prezidenti kimi çətin postu tutur. Ona öz işində uğurlar arzulayıram və Allahdan səbr diləyirəm. Futbol sahəsində çalışanlar yaxşı bilir ki, Musayev necə ağır yükün altına girib.
- Bəs Aslan Şahgəldiyev, Zamiq Hüseynov və başqa iş yoşldaşların arasında kinoya çəkilə biləcək istedada malik şəxslər var?
- PFL-də çalışanların hamısının özünəxas istedadı var. Ancaq gəlin heç kimi narahat edib, öz işindən ayırmayaq. Onsuz da bu gün Azərbaycanda yetərincə aktyor var. Ancaq PFL-də işləyə, çətin işin öhdəsindən gələ biləcək insanların sayı çox azdı. Onları filmə çəkməklə vaxtlarını alsaq, ölkə futbolu uçuruma yuvarlanar.
- Bəzən deyirlər, bir əldə iki qarpız tutmaq çətindi. Bəs sənin üçün? Həm operator kimi çempionat oyunlarına gedirsən, həm də aktyor kimi filmlərə çəkilirsən.
- Əvvəlcə onu bildirim ki, “Toydan sonra nağara” filmi yayda çəkildiyindən PFL-dəki işimə mane olmadı. Amma ümumi götürəndə, fürsətdən istifadə edib başda Ramin Musayev olmaqla, Aslan Şahgəldiyevə, Zamiq Hüseynova, operator yoldaşlarıma mənə siz deyən kimi bir əldə iki qarpız tutmağa şərait yaratdıqlarına görə təşəkkür edirəm. Onlar mənə bu imkanı yartmasaydılar, çətin ki, Nadir Məmmədovu hansısa filmdə görə bilərdiz.
Sonda biz də Nadirə aktyor kimi gələcəkdə daha yüksək zirvələri fəth etməyi arzulayırıq. Ümid edirəm ki, ”Şəbəlübü, şəbbəlüb, şişravara” yəni ki, “darıxmayın hər şey yaxşı olacaq” sözlərinin müəllifi qarşıdakı illərdə bütün istəklərinə çatıb, arzusunda olduğu bütün titullara sahib çıxacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:24 Filarmoniya tribunasının bütün biletləri satılıb Dünən, 00:23 Qrup oyunlarının təqvimi müəyyənləşdi Dünən, 00:21 Rəhimova və Kulanın məhsuldarlığı kifayət etmədi Dünən, 00:19 Firdovsi Umudov üçün rəqibin fərqi yoxdu Dünən, 00:18 "Nur"a Mingəçevirdə batan yoxdu Dünən, 00:16 PFL kubokun finalıyla bağlı bu gün qərar verəcək Dünən, 00:15 “Futbol+” “Kəpəz” rəsmilərinin yalanını üzə çıxardı Dünən, 00:09 Rüfət Dadaşovun iki qolu 1/4 final üçün bəs etdi Dünən, 00:08 Samir Əliyev uqandalı hüçumçuya qovuşdu Dünən, 00:06 “Forza Neftçi” 150 fanatla “Kapital Bank Arena”ya gedəcək Dünən, 00:00 Futbolçular gərgin mübarizə vəd etdi 16-02-2018, 23:58 Sumqayıtda Avroliqaya namizədlərin dueli 16-02-2018, 23:57 “Neftçi”dən Hindistan superliqasına 16-02-2018, 23:36 Braziliya millimizlə oynamaq istəyir 16-02-2018, 23:34 Füzuli Məmmədov: “Kimin canına istəyirsiz and içə bilərəm ki, başqa söhbət olmayıb” 16-02-2018, 23:32 “İnter Arena”nın qazonu yayda dəyişdiriləcək 16-02-2018, 23:31 Qəbələdə prinsipial qarşılaşma 16-02-2018, 23:29 Ndlovu “Qarabağ”lı günlərini xatırladı 16-02-2018, 23:28 Ronaldinyo Futbol Akademiyasının layihəsi hazırdı, məkanı seçilib 16-02-2018, 23:26 Əvəzedicilər penalti vura bilmir 16-02-2018, 23:25 "Xəzər"dən darmadağın, MOİK-dən əzmkar qələbə 16-02-2018, 23:24 Futbolçular Sevgililər Gününü necə keçirib? 16-02-2018, 23:06 Petrjela “Neftçi”dən qovulmasının səbəbini 10 ildən sonra açıqladı 16-02-2018, 23:00 “Qütb”lərin qarşıdurması 16-02-2018, 23:00 Ramiz Mirzəyevin oğlu yol qəzasında dünyasını dəyişdi 16-02-2018, 20:28 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti 16-02-2018, 20:27 Təcrübəli həkimdən dəyərli məsləhətlər 16-02-2018, 20:25 Diniyevin Məşqçilər Komitəsinə dönüşü müzakirə olunmayıb 16-02-2018, 20:23 Anası Mahirin qohumdan qız almasına qarşıdı 16-02-2018, 07:52 Budaq Nəsirov zədə üzündən oynamır 16-02-2018, 07:49 Oyunda dava düşdü, İntizam Komitəsi susdu 16-02-2018, 07:47 “Sumqayıt” “Neftçi” azarkeşlərinə limit çərçivəsində yer ayıracaq 16-02-2018, 07:44 Dabo fərdi məşqlə kifayətlənir 16-02-2018, 07:42 “Qarabağ”ı azarkeşləri ziyana saldı 16-02-2018, 07:37 “Araz”la izləyicisindən “quru” qələbələr 16-02-2018, 07:28 Dario Federiko “Keşlə”yə qarşı oynayacaq 16-02-2018, 07:24 “CBC Sport ”“Kəpəz” – “Keşlə” matçını canlı yayınlayacaq 16-02-2018, 07:19 Dedov "9 nömrə"ni seçdi 16-02-2018, 07:14 PFL bilet satışını klubların ixtiyarına buraxıb 16-02-2018, 07:11 “Xəzər” dəstək üçün 5 manata azarkeş axtarır 16-02-2018, 07:06 UEFA nümayəndələri təftiş üçün Bakıdadı 16-02-2018, 07:01 Futbolçu voleybolçu ilə evlənir 16-02-2018, 06:59 Millimiz Lüksemburqa uduzdu 16-02-2018, 06:56 Polina Rəhimova baş məşqçisiz qaldı 16-02-2018, 06:54 “Formula-1”in baş icraçı direktoru Bakıya niyə gəlib? 16-02-2018, 06:51 Yeniyetmələrin çempionatı başa çatdı 16-02-2018, 06:49 Ən güclü üzgüçülər Hövsanda müəyyənləşdi 16-02-2018, 06:46 Paytaxtın ən yaxşı şahmatçısı bəllidi 16-02-2018, 06:44 “Qəbələ”nin üzvü GTC ilə anlaşdı 16-02-2018, 06:40 Kuba, Qazaxıstan və Rusiya ilə qarşılaşacağıq 16-02-2018, 06:37 Şahin Xudaverdiyev yığmanın yeni baş məşqçisidi 16-02-2018, 06:34 Finalda uduzdular 16-02-2018, 06:30 Renat Dadaşova “Ayntraxt”da perspektiv görünmür 14-02-2018, 13:24 Həsən Novruzovu Avropa çempionluğundan 30 saniyə ayırıb 14-02-2018, 13:16 Ceyhun Məmmədov yenə prezident oldu 14-02-2018, 13:15 Fəridə Əzizovanı soyan şəxs yaxalanıb 14-02-2018, 13:14 AÇ-də fərqlənənlər mükafatlandırıldı Bütün xəbərlər
Ən çox oxunanlar