10 dek 21:11aktual

Çempionlar Liqası bizə nə qazandırdı?

Çempionlar Liqası bizə nə qazandırdı?
Tahir Süleymanov: “Bu nəticələr Azərbaycan futboluna ümidi, inamı artırdı”
“Qarabağ” azərbaycanlı futbolsevərlərin bir neçə ay Çempionlar Liqasının həyəcanını daha yaxından hiss etməsinə şərait yaratdı. “Köhlən atlar” avqustda ölkə futbolu adına yeni tarixi Danimarkada yazdı. Qurban Qurbanovun komandası ilkə imza atmaqla hər kəsi sevindirdi. “Qarabağ” pley-offda Bakıda məğlub etdiyi (1:0) “Kopenhagen”ə səfərdə uduzsa da (1:2), qitənin ən nüfuzlu klub turnirinin qrupuna vəsiqə qazandı. Bu isə indiyədək görmədiyimiz bir mərhələ idi. Uzun illər xəyallarını qurduğumuz mübarizənin bir parçası olmağın qürurunu yaşadıq. Axı, bu elə bir yarışdı ki, Avropanın ən güclüləri kəllə-kəlləyə gəlir. ÇL təkcə qitənin yox, bütün dünyanın diqqətini üzərinə çəkir. Təbii, ən güclü 32 komandadan birinin təmsilçimiz olması ilə fəxr etmək haqqımızdı.
ÇL bizə nə qazandırdı?
Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparması “Qarabağ” üçün yeni səviyyə, ölkə üçün isə əla təcrübə oldu. Həm mənəvi, həm də maddi baxımdan böyük qazanc əldə edildi. Təsnifatdakı gəlirləri də nəzərə alsaq, “Qarabağ”ın qazancı 15 milyon avronu keçdi. Bu isə sponsorların kluba sabit maliyyə ayrımasının boşuna getmədiyini təsdiqlədi. Təbii, istər klub, istərsə də heyətdəki azərbaycanlı futbolçuların yiyələndiyi təcrübə, istərsə də bu uğurun memarı olan Qurban Qurbanovun məşqçilik karyerasında önəmli irəliləyiş qeyd olunmalıdı. Sabitlik və inam fonunda əldə olunan uğur futbola maliyyə yatırmaq istəyən iş adamlarının da tərəddüdünə müəyyən mənada son qoya bilər. Fakt budu ki, “Qarabağ”ın sponsorları uzun müddət kluba baxdı və artıq bir neçə ildi bunun bəhrəsini görür. Bundan başqa, təşkilatçılıq baxımından da qazanılan təcrübə əvəzolunmazdı. Əvvəllər “ÇL başqa səviyyədi” ifadəsinin fərqinə tam varmırdıqsa, artıq bunun nə demək olduğunu hər detalı ilə dərk edirik. O ki qaldı məsələnin siyasi tərəfinə, hazırkı informasiya mübarizəsində də “Qarabağ”ın uğuru önəmli faktdı. Hər kəs ÇL-in qrupunda mübarizə aparan komandanı daha yaxından tanımağa çalışdı və bizim dünyaya çatdırmaq istədiyimiz həqiqətlərlə bilavasitə tanış oldu. Elə təkcə Qurbanovun “Çelsi” ilə oyundan sonra mətbuat konfransında səsləndirdiyi fikirlər nəyə desən, dəyərdi: “Burda bizə dəstək olan azarkeşlərimiz komandanın tarixini bilirlər, “Qarabağ” adının mənasını dərk edirlər. Bizim yaralı yerimizdi. Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədi, haqsız yerə əlimizdən alıblar. Azərbaycan bayrağını tribunlarda görmək üzərimdəki təzyiqi artırmır, əksinə, mənə güvən, inam verir, məsuliyyətim daha da çoxalır. Şadam ki, bu komandanın baş məşqçisiyəm. Bir azərbaycanlı kimi “Qarabağ”da işləməkdən fəxr duyuram və əlimdən gələnin artığını etməyə çalışıram”.
Qrup çətin, inam böyük idi
Əlbəttə, püşk atılanda da hər kəs “Qarabağ”ın çətin qrupa düşdüyünü etiraf etdi. Fakt budu ki, “köhlən atlar”ın hər 3 rəqibi “böyük beşlik” ölkələri təmsilçisi idi. Odu ki, azarkeşlər “köhlən atlar”ın qrupda xal və qol həsrətinə son qoymasını uğurlu nəticə sayırdı. “Çelsi” ilə debüt nə qədər acınacaqlı olsa da (0:6), “Qarabağ” bu məğlubiyyətdən sınmadığını 2-ci turda göstərdi. “Roma”ya 1:2 hesabı ilə yenildiyi matçda “köhlən atlar”ın sərgilədiyi oyun alqışalayiq idi. Yeri gəlmişkən, həmin matçda Pedro Enrikenin vurduğu qol ÇL-dəki ilklərdən biri oldu. Elə Olimpiya stadionunda gerçəkləşən bu matçdan sonra inam böyüdü. Qurbanbovun komandası ardıcıl olaraq evdə və səfərdə “Atletiko”dan xal almaqla (0:0, 1:1) azarkeşlərin ümidini puça çıxarmadı. Hansı ki, Madrid təmsilçisi nəinki İspaniyada, Avropada ən təhlükəli rəqiblərdən biri sayılır. Yalnız “Roma” ilə oyunlarda (1:2, 0:1) daha yaxşı nəticəyə ümid edirdik. Amcaq razılaşaq ki, italyanlarla hər iki dueldə “Qarabağ” heç də pis təsir bağışlamadı. ÇL mübarizəsində bəzən qırmızı vərəqələr, bəzi anlarda isə futbolçularda soyuqqanlılığın çatışmaması daha artığına mane oldu. Hər halda, debüt mövsümündə, bu cür rəqiblərlə mübarizədə “köhlən atlar”ın nəticələrini normal saymaq olar. Yeri gəlmişkən, “Qarabağ”ın U-19 komandasının da səviyyəli rəqiblərlə oyunlarda “bişməsi” gələcəklə bağlı inam yaradır.
Futbol ictimaiyyəti hansı fikirdədi?
Xüsusən ölkə futbolunda gedən son proseslər azarkeşlərin futbola marağına əməli-başlı təsir edib. Bütün bunların fonunda “Qarabağ”ın ÇL mübarizəsi də olmasaydı, tam ümidsizliyə qapılardıq. Görəsən, qitənin ən nüfuzlu klub turnirinin bizə qazandırdıqları haqda futbol ictimaiyyəti nə düşüünr?
Tahir Süleymanov (sabiq FİFA referisi və futbol funksioneri): “Çempionlar Liqası Avropada ən yüksək klub turniri, üst səviyyədə böyük futbol deməkdi. Son 5 ildə Azərbaycan azarkeşi "İnter", "Atletiko", "Çelsi", "Lill", "Roma", "Totenhem" və başqa klubların timsalında əyani olaraq stadionlarda böyük futbol izləyir. Müstəqillik dönəmində futbola gələn təsadüfi insanlar, uğur qazana bilməyən mütəxəssislər, məşqçilər ictimaiyyəti aldadır, milyonların qarşılığında biabırçı nəticələri ört-bastır etmək üçün min yola əl atırdılar. Çoxluq təşkil etdikləri üçün ictimaiyyəti “Azərbayçanda futbol, futbolçu yoxdu, oynaya bilmirlər” adıyla inandırmışdılar. Çox az sayda iddialı, bacarıqlı olanlar dözülməz psixoloji durumda böyük futbola cığır açdılar və bu gün artıq ÇL-dən söhbət açırıq. Son illər hansı təzyiqlərlə üzləşilmədi... Uğursuzlar hücuma keçərək "İnter" o "İnter" deyil", "İtaliya çempionatı zəifləyib", "Çelsi" əsas heyətlə oynamırdı" və başqa cəfəng, aldadıcı fikirlərlə ictimaiyyəti dolaşdırmağa çalışırdılar. 10 milyonlarla klub büdcəsi ilə bir-iki mərhələ keçə bilməyənlərin qısqanclığı, aranı qatmaq istəkləri bumeranq rolunu oynadı. Artıq belələrinə heç kim inanmır. Azərbaycan klub futbolu ilk növbədə az sayda bacarıqlı futbol adamlarının sayəsində özünəinamı qaytardı. Bu hansısa ümumi futbol strategiyasının, inkişafın nəticəsində yox, klublarda çalışan fədakarların əməyi ilə baş verdi. İdarəçilikdə olan problemlərə görə onlarla klub dağıldı. Belə durumda "Qarabağ"ın uğuru ikiqat önəmlidi. Bir daha sübut olundu ki, indiki vəziyyətdə belə nəticələr qazanılırsa, futbolda düzgün addımlar atılsa, daha böyük uğurlar əldə oluna bilər. Qeyd etdiyim kimi, bu nailiyyətlər ölkə futbolunun potensialını göstərdi. Özü də klubların kütləvi dağıldığı illərdə. Təsəvvür edin, futbol təsərrüfatında işlər düzgün aparılsaydı, xərclənən yüzmilyonların fonunda nələr etmək olardı. Böyük futbol eyni zamanda sənayeləşib, futbol sərhədlərini çoxdan aşıb. Təbii, ölkə futbolu ümumi olaraq ÇL-ə hazır deyil. Stadionlar inşa edilib. Bu azdı. İlk növbədə futbolumuzda təfəkkür dəyişməli, həvəskar yanaşmaya son qoyulmalı, bacarıqlı mütəxəssilərə maneələr yox, daha böyük şərait yaradılmalıdı. 8 komandalı çempionatda, millimizin uğursuz çıxışı, aşağı yaş qrupları üzrə yığmaların biabırçı nəticələri fonunda ÇL-də davamlı iştirakın özü mümkünsüzə çevrilir. Bu nəticələr Azərbaycan futboluna ümidi, inamı artırdı. Bunun üçün isə ölkə futbolunda böyük islahatlara ehtiyac var”.
Ceyhun Əliyev (jurnalist): “Əvvəla, ÇL bizə məsafə fərqini göstərdi. Yəni biz hardayıq, Avropa hardadı. Özü də ölkənin ən güclü klubu, son illərdə ölkə futbolunda lider olan “Qarabağ” bu qədər məsafədədisə, görün o biri klublarla aradakı fərq nə qədərdi. İkincisi, bizə zəngin təcrübə qazandırdı. İstər klub futboluna, istər idman mediasına olsun. Hətta milliyə də töhfəsi oldu. Çünki “Qarabağ”ın əksər üzvləri həm də yığmada çıxış edir. Bir müqayisə aparaq. “Bakı” “Atletiko”nu ölkəmizə gətirmək üçün neçə milyonlar xərcləmişdi. “Qarabağ” nəticələri ilə bunu bacardı və özü də pul qazandı. Həmçinin İtaliya, İngiltərə və İspaniya kimi futbol ölkələrinə səfər etdi və onlıarı təmsil edən tanınmış komandaları Azərbaycana gətirdi. Bu zəngin təcrübəni heç bir maddiyyatla ölçmək mümkün deyil. Eyni zamanda klublarımız da gördü ki, əsl futbol necə olur. “Qarabağ” ölkədaxili yarışlarda təkayaqla rəqiblərini üstələyirsə, Avropada bu mümkün deyil. “Qarabağ” ÇL-in qrupuna düşəndə transferlər etdi və müəyyən qrup adamlar deyirdi ki, klub bu qədər futbolçunu neynəyəcək. Ancaq zaman göstərdi ki, bu sayda oyunçu belə yetərli olmadı. Qırmızı vərəqələri yada salaq. Növbəti oyunlarda həmin futbolçuların yoxluğunu unutduracaq qüvvəyə ehtiyac yaranırdı. Nə qədər desək də “Qarabağ”ın iki heyəti var”, zaman göstərdi ki, bu heyət ölkədaxili yarışlar üçündü. Beynəlxalq arenada yüksək səviyyədə oynamaq baxımından bu yetərli deyildi. Fakt budu ki, Pedro Enrikeni əvəz edəcək səviyyədə futbolçu yox idi. Olması üçün böyük vəsait lazımdı, bu da birbaşa klub büdcəsinə dayanır. “Qarabağ”ın isə bəlli bir “yorğanı” var, ondan o yana “ayağını uzada bilməzdi”. Real durum budu. Məhz ÇL bizə bu qüsurumuzu göstərdi. O da var ki, püşk də üzümüzə gülmədi. Komanda çox əzazil rəqiblərlə eyni qrupda yer aldı. Bununla belə, müsbət məqamlar daha çoxdu. Şəxsən mən “Roma” fanatlarını canlı gördüm. Etiraf edək ki, ölkəmizdə o cür dəstəyi 90 dəqiqə görmürük. Elə azarkeşlərimizə də təcrübə lazımdı. Tribunalar susmamalıdı, necə əzəmətli olduğunu göstərməlidi. Say baxımından 68 min tamaşaçı da gəldi “Qarabağ”ın oyununa. Ancaq faydalı iş əmsalı söhbəti var. Avropanın bizdən çox üstün olduğunu etiraf etməliyik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar