10 dek 19:22aktual

Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək

Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək
“Mikayıl Cabbarov daim bizimlə maraqlanır, lazımi köməyi göstərir”
Cari mövsümdə birinci dəstədə debüt edən “Sabah”ın “sükan”ı uzun illər elitada çalışan, “Neftçi” ilə çempionluq sevinci yaşayan Arif Əsədova tapşırılanda çoxları düşündü ki, Təhsil Nazirliyinin tabeliyində olan komanda elitaya yüksəlməyə ən real namizdələrdən biri olacaq. “Tələbələr”in çempionata uğurlu start verməsi də belə düşünənlərin sayını artırmışdı. Lakin “Sabah” önəmli xallar itirməklə işini çətinə saldı. Düzdü, komanda son turu qələbəylə başa vurdu. Bununla belə, qış fasiləsinə 9-cu pillədə yollanan komandanın qeyri-sabit şıxış etdiyi faktdı. Bunun səbəbini öyrənmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün dünən Arif bəylə söhbətləşdik.
- Birinci dəstədə qış fasiləsi başladı. Baş məşqçisi olduğunuz “Sabah”ın turnir cədvəlindəki mövqeyindən razısız?
- “Şüvəlan”la matç bizim üçün 2017-ci ildə son oyun oldu. İli major notda başa vurmağımız məni sevindirdi. Bilirsiz ki, “Sabah” qısa vaxtda yarandı və cəmi bir aya bu komandanı formalaşdırdıq. Heyəti quran vaxt futbolçu seçimində müəyyən çətinliklərlə üzləşdik ki, bu da başadüşülən idi. Həmin vaxt maraq dairəmizdə olan əksər oyunçular başqa klublarla müqavilə bağlamışdı. Buna baxmayaraq, çempionata heç də pis başlamadıq. Ancaq sonradan bəzi aparıcı futbolçuların zədələnməsi komandaya pis təsir göstərdi və bu da istər-istəməz nəticələrdə əksini tapdı. Ancaq son turda əldə olunan qələbə işimizə yaradı. Çünki liderlər qrupunda qərarlaşan komandalardan cəmi 4-5 xal geri qalırıq. Qarşıdan qış fasiləsi gəlir. Bu fürsətdən yararlanıb komandanı gücləndirməyə çalışacağıq. Əsas odu ki, rəhbərlik səviyyəsində “Sabah”a çox böyük diqqət var. Mikayıl Cabbarov daim bizimlə maraqlanır, lazımi köməyi göstərir. Bu yaxınlarda onunla görüşdük, bəzi məsələlər ətrafında fikir mübadiləsi apardıq. Müəyyən şəxslərə tapşırıq verildi ki, komanda gələcəkdə heç bir problemlə üzləşməsin. Özü də daim oyunlarımızla maraqlanır ki, bu da komandaya əlavə stimul verir.
- Mikayıl bəy artıq vergilər naziri təyin olunub. Onun başqa nazirliyə getməsi “Sabah”a necə təsir göstərəcək? Komanda yenə onun nəzarəti altında olacaq, yoxsa bu iş artıq başqa şəxslərə tapşırılıb?
- Sizə bir nümunə çəkim, özünüz nəticə çıxarın. “Şüvəlan” üzərində qazanılan qələbədən sonra Mikayıl müəllimin adından komandaya təbriklər gəldi. Bu fakt bir daha göstərir ki, onun ürəyi və fikri yenə “Sabah”ın yanındadı. Mikayıl müəllim futbolu çox sevən insandı. Mənə elə gəlir, “Sabah”la bağlı layihəni quranda bir-iki günü yox, gələcəyi düşünüb. Özü ilə söhbətdən də, verilən tapşırıqlardan da belə başa düşürəm ki, “Sabah”ı uğurlu gələcək gözləyir.
- Çempionatın startında qış fasiləsinə necənci pillədə yollanmağı planlaşdırmışdız?
- Heç şübhəsiz, bütün məşqçilər çalışdırdığı komandanın zirvədə olmasını istəyir. Mən də ambisiyalı, daim maksimum həfəd uğrunda işləməyi sevən məşqçiyəm. Həmişə ilk pillədə olmaq barədə düşünürəm. Mövsümün əvvəlində biliridm ki, liderlər qrupunda yer ala bilərik. Bildiyiniz kimi, 4-5 tur komanda ikinci pillədəki mövqeyini heç kimə güzəştə getmədi. Dedyim kimi, sonradan zədələr, bəzi futbolçuların cəza səbəbindən müəyyən qarşılaşmaları buraxması nəticəyə mənfi təsir göstərdi. İlk pillədə qərarlaşan, bizdən çox uzaqlaşan “Qaradağ Lökbatan”ı nəzərə almasaq, ikinci-üçüncü yer uğrunda mübarizə apara bilərik. 3 xallıq sistemdə bu mükündü. Onu da nəzərə alın ki, çempionatın əvvəlindən fərqli, qış fasiləsində heyəti gücləndirmək, lazımi mövqelərə yeni oyunçu dəvət etmək üçün vaxtımız olacaq. Çalışacağıq transferlər zamanı yanlışlığa yol verməyək. Yayda durum necə idi? Əsasən klubsuz qalan oyunçuları rənglərimizə bağladıq ki, təki komanda olsun. Ancaq indi vaxtımız var və bundan maksimum yararlanacağıq. Artıq bu yöndə işlər aparılır. Ümid edirəm ki, qışdan sonra futbol ictimaiyyəti daha güclü, yuxarı pillələr uğrunda mübarizə apara biləcək “Sabah” görəcək.
- Bu gün üçün “Sabah”ın hansı mövqelərində problemlər var?
- Mən bu vaxta kimi aşağı dəstədə çalışmamışdım. İşlədim və belə qənaətə gəldim ki, birinci divizion olmasına baxmayaraq, burda da məşqçinin əlinin altında yaxşı nəticə qazanmaq üçün iki bərabərsəviyyəli heyət olmalıdı. Oyunların sıx qrafiklə keçməsi məşqçini rotasiya aparmağa məcbur edir. Aşağı dəstədə qarşılaşmaların baş tutduğu meydanların süni örtüklü olmasını da nəzərə almaq lazımdı. Məsələn, biz Zaqatalada oynadıqdan iki gün sonra “Binə” ilə qarşılaşdıq. Futbolçular yol yorğunluğunu üzərindən atmamış artıq növbəti matça çıxmaq məcburiyyətində qaldı. Buna görə hər mövqeyə ən azı iki eyni gücdə oyunçu lazımdı.
- Qış fasiləsində ölkə xaricinə yollanacaqsız, yoxsa təlim-məşq toplanışını Bakıda keçirəcəksiz?
- Qış toplanışı ilə bağlı planlar hazırdı. Yalnız klub rəhbərliyi ilə görüşüb, planı təsdiqlətmək qalır. Yanvarın 5-dən hazırlığa başlayacağıq. Toplanışın burda və ya xaricdə olacağı qarşıdakı günlərdə məlum olacaq. Ölkə xaricinə yollanmaq ehtimalı da var.
- Bu gün müxtəlif yaş qrupları üzrə keçirilən çempionatlarda Təhsil Nazirliyinin tabeliyində olan “Vətən”in də komandaları iştirak edir. Həmin yaş qruplarından “Sabah”a futbolçu cəlb etmək perspektivinə necə yanaşırsız?
- Hazırda səhv etmirəmsə, “Vətən”də ən yuxarı yaş qrupu U-16-dı. Ötən il fəaliyyət göstərən U-17, U-19 komandaları “Səbail”ə verilib. Bizə U-19-dan futbolçu götürmək daha münasibdi. O yaş qrupu da təəssüf ki, “Vətən”də yoxdu. Ancaq qarşıdakı illərdə bu təcrübədən yararlanmaq fikrindəyik. Onsuz da “Sabah”ın qarşısına qoyulan əsas məqsəd öz yetirmələrinə üstünlük verməkdi. Bu il də bizim komandanın heyətində gənclər üstünlük təşkil edir. Son oyunda limitə düşən 7 futbolçuya meydana çıxmaq şansı verdim. Bəzi gəncləri qazandığımızı bildirməliyəm.
- Premyer-liqada iş təcrübəsi olan, çempionluq sevinci yaşayan Arif bəy bu gün birinci dəstədə özünü necə hiss edir? Doğrudanmı, elita ilə aşağı dəstə arasında uçurum bu qədər aşkar hiss olunur?
- Təbii ki, uzun müddət premyer-liqada çalışan məşqçi birinci dizionda işləməyə başlayanda bəzi çətinliklərlə üzləşir. İstər səviyyə, istərsə də infrastruktur baxımından fərq nəzərəçarpan dərəcədədi. Ancaq bu məni qorxutmur. Çünki “Sabah”ın gələcəyi var və bilirəm ki, bu komanda qarşıdakı illərdə daha üst səviyəyə qalxacaq. Rəhbərlik bunun üçün var qüvvəsi ilə çalışır, səy göstərir. Bu da bir məşqçinin məhsuldar işləməsi üçün çox vacib şərtdi. O ki qaldı komandalar arasındakı səviyyə fərqinə, elita təmsilçilərinin şərəfini qoruyan futbolçuların ustalıq səviyyəsi yüksəkdi. Taktiki cəhətdən premyer-liqa klubları daha savadlı oyun nümayiş etdirir. Birinci divizonda isə mübarizə əzmi yüksəkdi. Mən də çalışdım ki, “Sabah”ı bu yöndə inkişaf etdirim. Lakin əlində olan materialın buna imkan vermədiyini görəndə məcbursan ki, çatışmazlığı başqa yollarla “sığortalayasan”. Düzdü, nəyəsə nail oldum. Ancaq bu hələ istədiyim səviyyə deyil.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 11:32 “Bu təcrübəni Foqtsun dövründəki Azərbaycan millisindən götürmüşdük” Bu gün, 11:30 Basketbol Federasiyası boykotçuları təxribatda suçladı Bu gün, 11:26 “Çelik” “Sumqayıt”la oyunda pul qazanmaq istəyirmiş Bu gün, 11:24 “CBC Sport” Antalyadan dörd yoxlama oyununu göstərəcək Bu gün, 11:22 “Qarabağ”ın hücumçusu “Neftçi”yə mesaj göndərdi Bu gün, 11:18 Bizimkilərin yoldaşlıq oyunları sərgüzəştləri Bu gün, 11:17 Nazarov üçüncü hissədə oynadı Bu gün, 11:16 "Səbail" ukraynalıları məğlub etdi Bu gün, 11:15 Beşgünlük tura təyinatlar açıqlandı Bu gün, 11:13 “Qəbələ” nigeriyalını baxışdan keçirəcək Bu gün, 11:12 İmaməliyevin əvəzinə çempion məşqçi Bu gün, 11:10 Stoylov yenidən Qazaxıstanda çalışmaq istəmir Bu gün, 11:08 AFFA millilərlə bağlı strategiyasını dəyişməyib Bu gün, 11:07 “Hövsan”ın sponsoru olsa... Bu gün, 11:05 BKFF şəhidləri andı, “Müşfiq” bir həftəyə 6 xal qazandı Bu gün, 11:04 "Liman" sahilə yan aldı, "kapitan"ı "ağ bayraq qaldırdı" Bu gün, 11:01 Qazandığını haqq edən legionerlər Bu gün, 10:59 Namiq Ələsgərov azarkeşlərin dəstəyinə ümid edir Bu gün, 10:57 “Forza Neftçi” bu gün önəmli qərar verəcək 21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ Bütün xəbərlər
Ən çox oxunanlar