07 dek 18:54aktual

“Qarabağ”ın “Roma”ya gücü çatmadı

“Qarabağ”ın “Roma”ya gücü çatmadı
Çempionlar Liqası
Qrup mərhələsi
6-cı tur, C qrupu
Roma (İtaliya) – Qarabağ 1:0 (0:0)

1. Alisson Beker
11. Aleksandr Kolarov
20. Federiko Fasio
44. Kostas Manolas
24. Alessandro Florentsi
6. Kevin Strootman
16. Daniele De Rossi (k)
4. Raca Naynqqolan
8. Dieqo Perotti
(7. Lorentso Pelleqrini, 81)
92. Stefan Əl-Şaaravi
(30. Jerson, 72)
9. Edin Dzeko
Ehtiyat oyunçular
28. Lukaş Skorupski
5. Juan Jezus
14. Patrik Şik
15. Ektor Moreno
21. Maksim Qonalon
Baş məşqçi: Eusebio Di Françesko

13. İbrahim Şehiç
77. Vild-Donald Gerye
32. Elvin Yunuszadə
52. Yakub Jezniçak
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
20. Riçard Almeyda
11. Mahir Mədətov
(44. Ağabala Ramazanov, 85)
8. Miçel
22. Əfran İsmayılov
(99. Dani Kintana, 76)
9. Dino Ndlovu
(90. Ramil Şeydayev, 85)
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
7. Rahid Əmirquliyev
30. Abbas Hüseynov
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Qol: D.Perotti, 53.
Vərəqələr: V-D.Gerye, 42. Miçel, 57. E.Dzeko, 61. E.Yunuszadə, 61. Y.Jezniçak, 88 – sarı.
Hakimlər: TOBİAS STİLYER, Mayk Pikel, Yan Seydel, Kristian Cittelmann, Bastian Dankert, Harm Osmers (hamısı Almaniya).
Hakim-inspektor: Markus Nobs (İsveçrə).
UEFA nümayəndəsi: Kravford Uilson (Şimali İrlandiya).
5 dekabr. Roma. Olimpiya stadionu. 34258 tamaşaçı.
Birinci hissəyə 3, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
19 (8) qapıya (“çərçivə”yə) zərbə 3 (2)
14 korner 0
4 ofsayd 5
4 qayda pozuntusu 9
1 vərəqə (qırmızı) 4

Çərşənbə axşamı “Qarabağ” Çempionlar Liqasının qrupunda son oyununu keçirdi. Qurban Qurbanovun yetirmələri səfərdə “Roma” ilə üz-üzə gəldi. İtaliyanın paytaxtındakı Olimpiya stadionunda gerçəkləşən matç ölkəmiz üçün sonuncu avrokubok oyunu idi. Doğrudu, nəticə “köhlən atlar”ın qrupdakı mövqeyini dəyişməyəcəkdi. Çünki “Qarabağ”ın axırıncı yeri tutacağı əvvəlki turda rəsmiləşmişdi. Bununla belə, üzərində təzyiq hiss etməyən təmsilçimiz səfərdə sensasiyaya imza atmağa köklənmişdi. Nə qədər çətin görünsə də, qazanılacaq mümkün qələbə futbol tariximizə bir ilk kimi düşəcəkdi. Həmçinin ağdamlılar ÇL-dəki son oyununda “qapını bərk çırpmaq” haqda düşünürdü. Qarşılaşma “Qarabağ” üçün formal xarakter daşısa da, “Roma” üçün belə deyildi. Axı, “köhlən atlar” rəqibini büdrədərdisə, “Atletiko” üçün şans yaranacaqdı. Madridlilər səfərdə “Çelsi”ni yenib, Qurbanovun komandasının sensasiyasına ümid edəcəkdi. Bütün bunları nəzərə alan “canavarlar”ın qələbə qazanmaq üçün əlindən gələni edəcəyi şübhə doğurmurdu.
“Qarabağ” meydana ciddi itkilərlə çıxmışdı. ÇL oyunlarında özünü yaxşı tərəfdən göstərən Pedro Enrikenin cəzalı olması irəli xətdə önəmli çatışmazlıq kimi qeyd edilməlidi. Ancaq Qurbanovu qayğılandıran əsas problemlər müdafiə ilə bağlı idi. Belə ki, Bədavi Hüseynovun uzun müddətə sıradan çıxması azmış kimi, Ansi Aqolli də zədə səbəbindən “Roma” ilə matçda forma geyə bilməcəkdi. Rəşad Sadıqovun da vərəqə cəzalısı olması işləri bir qədər də qəlizləşdirmişdi. Sadaladığımız itkilər fonunda müdafiə xətti gözlənilən futbolçulardan qurulmuşdu. Belə ki, Sadıqovun yoxluğunu Yunuszadə unutduracaqdısa, sol cinahda Aqollinin mövqeyində Gerye qərarlaşmışdı. Digər mövqelərdə isə, demək olar, gözlənilən füqurlar yer almışdı. Yalnız yarımmüdafiənin solunda ilk dəqiqələrdən Kintananın yox, İsmayılovun mübarizə aparması bəzi proqnozları yanıltdı.
Maraqlıdı ki, “Roma” ilk dəqiqələrdən kor-koranə irəli atılmaq fikrində deyildi. Düzdü, “canavarlar”ın qələbə istəyi hiss olunurdu, ancaq meydan sahibləri ehtiyatı da əldən vermirdilər. Qurbanovun yetirmələrinə daha rahat oynamaq tapşırığı verdiyi də göz qabağında idi. 13-cü dəqiqədə Mişçelin həlledici müdaxiləsi təhlükənin böyüməsinə imkan vermədi. Cəmi 1 dəqiqə sonra Manolasın qeyri-adi zərbəsindən sonra top Şehiçdə qaldı. İtalyanlar get-gedə təzyiqi artırırdı. 17-ci dəqiqədə bizə məxsus künc zərbəsi ilə qapımıza yol tapmaq istəyən Di Françeskonun yetirmələrinin cəhdi uğursuz alındı. Necə deyərlər, rəqibin təmsilçimizi öz silahı ilə urmaq istəyi gözündə qaldı. 22-ci dəqiqədə hər iki komandanın ifasında təhlükəli vəziyyətin şahidi olduq. Əvvəlcə Şehiç “çərçivə”də inamlı oynadısa, qonaqların əks-hücumunu Ndlovu effektli zərbə ilə tamamlaya bilmədi. Belə ki, onun vuruşundan sonra Beker üçün topu ələ keçirmək çətin olmadı. Bundan 3 dəqiqə sonra İbrahimin çıxışdakı səhvi az qala “atəşkəsin pozulması” ilə nəticələnəcəkdi. Yaxşı ki, onun tərk etdiyi qapının həndəvərində rəqib oyunçulardan heç kim yox idi. Yunuszadə isə təhlükənin böyüməməsi üçün bir az da ehtiyatsız formada topu kornerə göndərdi. Ara-sıra əks-hücumlarla yerli fanatları həyəcanlandıran “Qarabağ” 32-ci dəqiqədə Olimpiya stadionunu sükuta qərq etməyə yaxın oldu. Cərimə meydançasına daxil olduqdan sonra bir qədər lənglik nümayiş etdirən, qapı önünə ötürməni gecikdirən Əfran sonda Riçardı zərbə mövqeyinə çıxardı. Lakin Almeydanın vuruşu qüvvətli alınsa da, top qapının üstündən keçdi. Hissənin sonlarında “Roma” təzyiqi xeyli artırdı. 2-ci uzatma dəqiqəsində Almeydanın gözlənilməz top itkisindən sonra “canavarlar” səssizliyi poza bilərdi. Lakin Dzeko fürsəti qeyri-dəqiq zərbəylə əldən verdi. Son saniyələrdə isə Şehiç əla reaksiya ilə komandasının fasiləyə məğlub yollanmasının qarşısını aldı. O Naynqqolanın qüvvətli və olduqca təhlükəli zərbəsini zərərsizləşdirdi.
İkinci hissənin əvvəlində də Raca – İbrahim duelinin şahidi olduq. 49-cu dəqiqədə Naynqqolanın yenə də uzaqdan vuruşu zamanı bosniyalı “çərçivə qoruyucusu” topun tora daxil olmasına imkan vermədi. Nəhayət, 53-cü dəqiqədə Di Françeskonun yetirmələri istəyinə çatdı. Dzekonun zərbəsindən sonra Şehiç qola mane olsa da, Perotti başla “çərçivə”ni dəqiq nişan aldı. Dzekonun topu qəbul edərkən cüzi də olsa, ofsayda düşüb-düşməməsi ilə bağlı mübahisə etmək olar. 62-ci dəqiqədə Naynqqollan yenidən diqqət mərkəzinə düşdü. Lakin belçikalı yarımmüdafiəçi bu dəfə də Şehiç səddini keçə bimədi. Qurbanov ilk dəyişlkiyə 72-ci dəqiqədə əl atdı və Əfranı Dani ilə əvəzlədi. 83-cü dəqiqədə isə “Qarabağ” “status-kvo”nu bərpa etməyə yaxın oldu. Geryenin qapı önünə ötürməsindən sonra Miçel başla topu qapıya ünvanlsa da, “kürə” düz Bekerin üstünə gəldi. Sürətli, eyni zamanda yaxın məsafədən endirilən bu zərbənin istiqaməti bir qədər kənara olsaydı, çox güman, hesabda tarazlıq yaranacaqdı. Ümumiyyətlə, son 10 dəqiqədə itiriləsi bir şeyin olmadığını yaxşı anlayan “köhlən atlar” irəli atılmışdı. Artıq bu dəqiqələrdə “Roma” əks-hücumlar haqda düşünürdü. Belə epizodlardan birində Şehiç Kolarovun fərqlənməsinə imkan vermədi. Daha sonra Dzeko əla fürsəti qeyri-dəqiq zərbəylə tamamladı. “Qarabağ” isə iki epizodda italyan azarkeşləri həyəcanlandırdı. Hər iki vəziyyətdə Riçard qapı önünə asma verməyə üstünlük verdi. Halbuki sol ayağı işlək olan yarımmüdafiəçi bunlardan birində zərbə endirsəydi, bəlkə də “köhlən atlar” səfərdən 1 xalla dönəcəkdi. Lakin bu imkanlar dəyərləndirilmədi və hakimin final fiti “Roma”nın qələbəsini rəsmiləşdirməklə yanaşı, “Qarabağ”ın cari mövsüm üçün ÇL macərasının bitməsinə işarə idi.
Beləliklə, Qurbanovun komandası C qrupunu 2 xalla sonuncu pillədə başa vurdu. “Roma” ilə “Çelsi” uyğun olaraq birinci və ikinci yerlərin sahibi kimi ÇL-in 1/8, “Qarabağ”la oyunlarda qələbə qazana bilməyən “Atletiko” isə AL-in 1/16 finalına vəsiqə qazandı. Təbii, qitənin ən nüfuzlu klub turnirinin həyəcanını azərbaycanlı futbolsevərlərə yaşatdığı üçün “köhlən atlar” təşəkkürə layiqdi. Təmsilçimiz debüt mövsümündə ÇL-i xalsız və ya qolsuz tərk etmədi. Bəlkə də hansısa anlarda fərqli qərarlar verilsəydi, daha artığını etmək mümkün idi. Hər halda, ən güclülüərin mübarizə apardığı yarışda iştirak təkcə komanda yox, ölkəmiz üçün də önəmli təcrübə oldu. ÇL-in hansı səviyyə olduğunu anladıq, qitənin diqqətini üzərimizə çəkdik. Hər nə qədər turnirin formatının dəyişməsi ilə bağlı sözügedən yarışda yenidən iştirakla bağlı bədbin proqnozlar verilsə də, yenidən bu həyəcanı yaşayacağımıza inanaq. İnanmaq hədəfə çatmağın ən önəmli detallarından biridi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar