07 dek 21:29aktual

“Futbol+” ilin ən yaxşılarını seçir!

“Futbol+” ilin ən yaxşılarını seçir!
Dekabr laureatlar ayıdı. 20 yaşlı “Futbol+” də 19 ildi keçirdiyi “İlin futbolçusu” sorğusunun hazırlıqlarına başlayıb. Qəzetimizin ötən saylarında 2017-ci ildə müxtəlif cəbhələrdə - çempionat, kubok, avrokubok və yığmada uğurlu çıxış edən, özünü yaxşı tərəfdən göstərən namizədlərin siyahısını təqdim etmişdik. Bu gündən isə laureat olmağa namizədlərin ayrıca təqdimatıyla tanış ola bilərsiz.
İlin ən yaxşılarının seçimində yenə “SMS-sorğu”nun da nəticələri nəzərə alınacaq. Azarkeşlər sevimli futbolçularının adını telefonlarının SMS yerinə yazıb 0773000910 nömrəsinə və ya football-plus@box.az e-mail ünvanına məktub göndərməklə səslərini qeydiyata aldıra bilərlər. Onu da vurğulayaq ki, “Futbol+”in namizədləri əlifba sırasına görə düzülüb.
Araz Abdullayev – Anortosis/Cənubi Kipr, yarımmüdafiəçi
Bədavi Hüseynov – Qarabağ, müdafiəçi
Əfran İsmayılov – Qarabağ, yarımmüdafiəçi
Qara Qarayev – Qarabağ, yarımmüdafiəçi
Mahir Mədətov – Qarabağ, hücumçu
Rauf Əliyev – Kukesi/Albaniya, hücumçu
Rəşad Sadıqov – Qarabağ, müdafiəçi
Riçard Almeyda – Qarabağ, yarımmüdafiəçi
Ruslan Qurbanov - Qəbələ, hücumçu
Təmkin Xəlilzadə - Zirə, yarımmüdafiəçi
Beləliklə, 2017-ci ilin futbolçusunu müəyyənləşdirmək yolunda üzərimizə düşən işin praktiki icrasına başlayırıq. Anons etdiyimiz kimi, əlifba sırasına görə adı ilk “3-lük”də gələn namizədlərin il ərzindəki statistik göstəricilərini təqdim edirik.

ARAZ ABDULLAYEV
Namizədliyini şərtləndirən səbəblər
Araz 2017-yə dəyişikliklə başlamışdı. 2016/17 mövsümünün ikinci yarısından etibarən “Neftçi”ni “Qəbələ”yə dəyişən istedadlı futbolçunun bölgə klubunda çıxışı elə də uğurlu alınmadı. Bunu özü də anlayırdı və bu səbəbdən yeni çağırışa səs verdi: yayda Cənubi Kiprə üz tutdu. Beləliklə, “Anortosis” “Everton” və “Panionios”dan sonra Abdullayevin karyerasında 3-cü xarici klub oldu. Adada işləri hələ ki pis getmir.

Premyer-liqa
Qeyd etdiyimiz kimi, 2016/17 mövsümünün ortasında “Qəbələ”yə keçən Araz Roman Qriqorçukun rəhbərliyi altında çempionatda 9 oyunda forma geydi. Onun cəmi 585 dəqiqə top qovduğunu nəzərə alsaq, ukraynalı mütəxəssis yarımmüdafiəçiyə “banko oyunçu” gözüylə baxmırdı. Doğrudan da, bu matçlarda heç nə ilə yadda qalmırdı. Araz 9 oyundan birində sarı vərəqə almaqla diqqət mərkəzinə düşmüşdü.
Əvəzində “Anortosis”də işləri rəvan gedir. Cənubi Kiprin yüksək liqasında o artıq 11 oyunda iştirak edib. Üstəlik, qol da vurmağı bacarıb. Həmyerlimiz noyabrın 17-də AEL-lə görüşdə bərabərlik qolunun (1:1) müəllifi olub.

Kubok
“Qəbələ”də həm də 2 kubok matçının iştirakçısı olub. “Keşlə” və “Qarabağ”la görüşlərdə cəmi 118 dəqiqə forma geyən yarımmüdafiəçi “ikinci cəbhə”də də fərqlənə bilməmişdi. O, “Anortosis”in kubok oyunlarının iştirakçısı olmayıb.

Avrokubok
Arazın ziyanına olan məqam avrokuboklardan kənarda qalmasıdı. Hərçənd “Qəbələ”də qalmaqla boşluğu doldura bilərdi. Ancaq yarımmüdafiəçi legioner həyatı yaşamağı üstün tutdu ki, bu da onun iddiasından xəbər verir.

Yığma
2017-ci ildə yığmanın 3 oyununda iştirak edib ki, bunlardan biri beynəlxalq yoldaşlıq görüşünə təsadüf edib. Bu, martda Qətərlə baş tutan oyundu. Yığmanın 2:1 hesabıyla qalib gəldiyi matçda qollardan birinin müəllifi məhz Araz olmuşdu. Ümumiyyətlə, o, 3 oyunda 2 qol vurmağı bacarıb. Yarımmüdafiəçi DÇ-nin seçmə oyununda, Bakıda San Marionu üzərində darmadağınında (5:1) yaxından iştirak edərək, qollardan birinin müəllifi olub. Ümumiləşdirsək, Araz yığmada 118 dəqiqə top qovub.

BƏDAVİ HÜSEYNOV
Namizədliyini şərtləndirən səbəblər
“Qarabağ”ın və millinin əsas heyət üzvlərindən olan, sabit çıxışla diqqəti çəkən Bədavi ili çox uğurlu keçirib. Qızıl medallara sahib çıxıb, kuboku başının üzərinə qaldırıb, ÇL-in qrupuna düşməklə ilk gerçəkləşdirən komandanın aparıcı üzvlərindən olub. O, geridə qoyduğumuz ildə 32 matç keçirib. Düzdü, ötən illə müqayisədə oyun sayında geriləmə var. İlin sonunda zədələnib uzun müddətə sıradan çıxması isə yerinə düşmədi.

Premyer-liqa
İlin əvvəlindən yaya kimi komandasının çempionatda 14 oyununun 11-də meydanda olub və hamısını əvəzlənmədən başa vurub (990 dəqiqə). Müdafiəçi premyer-liqada bir qol və 1 sarı vərəqə ilə yadda qalıb. O, “Sumqayıt”la martdakı görüşdə rəqib qapısına yol tapıb. Ancaq cari mövsümdə zədə və rəqabət (Qurban Qurbanov daxili yarışlarda Jezniçakla Yunuszadəyə də şans verir) 8 oyunu buraxmasına səbəb olub. Başqa sözlə, 2017/18-də 13 oyundan 8-də komandasına kömək edib. Müdafiəçi cəmi 375 dəqiqə meydanda olub.

Kubok
2016/17 kubok mövsümündə “Qarabağ”ın mükafatı qazanmasında Bədavinin payı az olub. O, cəmi 1 matçda meydana çıxıb. Yalnız “Qəbələ” ilə Naxçıvanda keçirilən final oyununun iştirakçısı olub və həmin görüşü vərəqəsiz bitirib. 2017/18 mövsümünə gəlincə, Qurban Qurbanov məhz zədə səbəbindən “Qaradağ Lökbatan”la 1/8 final oyununda yetirməsinin xidmətindən yararlana bilmədi.

Avrokubok
“Qarabağ”ın ÇL marafonu 12 oyunla tamamlandı ki, Bədavi bu görüşlərin 9-da iştirak edib. O, 810 dəqiqə ərzində işini təmiz, yəni vərəqə almadan görüb.

Yığma
Milli il ərzində 6-sı DÇ-nin seçmə oyunu, 1-i isə yoldaşlıq görüşü olmaqla, 7 görüş keçirib ki, Bədavi onlardan 6-da iştirak edib. Beləliklə, müdafiəçi 6 matçda 539 dəqiqə top qovub və 3-ü sarı, 1-i qırmızı olmaqla 4 vərəqə alıb. Norveçlə səfər oyununda yığmanı azlıqda qoyub.

ƏFRAN İSMAYILOV
Namizədliyini şərtləndirən səbəblər
Ötən il namizədlər arasında olmayan Əfranı bu dəfə “xoşbəxt “10-luğ”a daxil etmək üçün əsasımız var. Əvvəla, komandanın qazandığı uğurlarda payı var. O, bu il daha çox oynayır. Elə bir fakt deyək ki, İsmayılov Araz Abdullayevdən də, Bədavi Hüseynovdan da çox oyun keçirib. Qurban Qurbanovun “Qarabağ”da, Robert Prosineçkininin millidə sevimlisi olan yarımmüdafiəçi müxtəlif cəbhələrdə 36 oyun keçirib və məhsuldarlığı da normaldı. O, 2017-ci ildə 7 dəfə dəqiq olub.

Premyer-liqa
2017-nin yanvarından aprelin sonunadək 12 çempionat oyununda iştirak edib və meydanda olduğu 614 dəqiqə ərzində 1 qol vurub. Fevralda “Zirə”nin qapısına yol tapan İsmayılov həm də intizamıyla seçilib. Ümumiyyətlə, yarımmüdafiəçi 2017-ci ildə bir dəfə də vərəqə almayıb. Cari mövsümdə hələ ki 7 çempionat oyununda iştirak edən namizədimiz 352 dəqiqə ərzində 2 qol vurub. “Qarabağ” “Səbail” və “Keşlə” üzərində 1:0-lıq qələbələri məhz onun sayəsində əldə edib.

Kubok
Ötən kubok mövsümündə 3 oyunda (142 dəqiqə) iştirak etsə də, fərqlənə bilməyib. Əvəzində ötən ay “Qaradağ Lökbatan” səddinin keçilməsində yaxından iştirak edib. Qurban Qurbanovun 90 dəqiqə meydanda saxladığı yarımmüdafiəçi iki qoldan birinin müəllifi olub.

Avrokubok
ÇL-də 7 oyunun iştirakçısı olub və üst-üstə 267 dəqiqə top qovub. Orta hesabla 38 dəqiqə meydanda qalan yarımmüdafiəçi 1 qol vurub. O, “Samtredia”nın darmadağınında iştirak edib.

Yığma
2017-ci ildə millidə 6 oyunun iştirakçısı olub. Düzdü, heç də hamısını əvəzolunmadan keçirməyib. Belə ki, 6 oyunda 418 dəqiqə meydanda qalıb. Bununla belə, hesabında 3 qol var. O, San Marinonu 5:1 yendiyimiz oyunda dubl müəllifi olub. Bundan başqa, Çexiyaya 1:2 uduzduğumuz görüşdə millinin yeganə qoluna imza atıb.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar