Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
03 dek 13:09aktual

1650 məşqçi-müəllim işini itirib

1650 məşqçi-müəllim işini itirib
“Evinizə apardığınız pullar, aldığınız evlər, maşınlar, iaşə obyektləri hamımıza məlumdu”
Ötən saylarımızda redaksiyamıza ünvanlanan, Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətinin təşkli şöbəsinin yarıtmaz fəaliyyəti və bu şöbəyə rəhbərlik edən Vasif Məmmədovun, Təhsil İdman Mərkəzinin rəhbəri Natiq Lahıcovun, həmçinin mərkəzin Təşkilat Komitəsinin müdiri Vidadi Quliyevin xoşagəlməz əməlləri ilə bağlı məktubla sizləri tanış etmişdik. Məktubda yazılanların davamını təqdim edirik.
“2017-ci ilin yanvarında Vasif Məmmədov və Natiq Lahıcov əlbir olub respublika üzrə idman məktəblərində qanunsuz olaraq qrupların 50 faiz azaldılması ilə bağlı idman məktəblərinin müdirlərinə göstəriş verdilər. Müdirlər isə vəzifələrini itirməmək üçün bu qanunsuz tapşırığa əməl etdilər. Düzdü, burda da ayrı-seçkilik oldu. Məsələn, “Vətən” Futbol Məktəbində qruplar azaldılmadı. Ancaq bizdə olan bilgiyə görə, bəzi məktəb müdirləri küllü miqdarda rüşvət verdi ki, rəhbərlik etdiyi qurumlarda qrupların sayı ixtisara düşməsin. Qrupların azaldılması isə o demək idi ki, respublika üzrə 1000-dən çox məşqçinin maaşı 50 faiz endirilməlidi. İxtisarlar nəticəsində müəyyən qism məşqçi-müəllimlər iş yerlərini itirdilər. Demək olar ki, eyni proses 2017-ci ilin avqustunda da davam etdirildi. İslahat adı altında ölkə üzrə idman məktəblərinin 40 faizdən çoxu birləşdirildi. Bu dəfə də kütləvi ixtisarlara yol verildi. Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin qərarı ilə əsassız yerə bəzi “sözə baxmayan” məktəb rəhbərləri, tədris hissə müdürləri, təlimatçılar, məşqçilər iş yerlərini itirdilər. Qalan məşqçilərə bilərəkdən elə iş saatları təklif olundu ki, onların razılaşmaqdan başqa çarəsi qalmadı. Respublika üzrə Uşaq-Gənclər İdman Məktəblərinin sayı 95-ə, şahmat məktəblərinin sayı isə 66-ya düşdü. Ümumilikdə bu dırnaqarası islahatlardan sonra 1650 məşqçi-müəllim işini itirmək məcburiyyətində qaldı. Vasif Məmmədovla Natiq Lahıcov bu sahəyə qısa müddətdə rəhbərlik etsələr də, idman məktəblərində çalışan məşqçi-müəllimlərin sosial həyatına olmazın zərbə vurmağı bacarıblar. Onların düşünülməmiş addımı neçə-neçə ailənin dolanışığına mənfi təsir göstərdi. Ölkə prezidenti, cənab İlam Əliyev çıxışlarında daim məmurlara səslənərək, xalqın xidmətçisi olduğunu xatırladır. Onun bu tövsiyyələrini qulaqardına vuran Məmmədov və Lahıcov kimilər cənab prezidentin sözlərinə zidd gedərək, idman üzrə məşqçi-müəllimləri özlərinə xidmətçi etmişdilər. Onların bu əməlləri respublikanın müxtəlif rayonlarında çalışan məşqçi-müəllimləri hiddətləndirib. Fürsətdən istifadə edərək, Məmmədov və Lahıcova müraciət edirik: bilin ki, biz məşqçi-müəllimlər və bizim idmançılarımız cənab prezident İlham Əliyevin əsgəriyik. Əmr gəlsə, istənilən an cəbhəyə yolanıb torpaqlarımızın bütövlüyü uğrunda canımızdan keçməyə hazırıq. Necə ki, birinci Qarabağ savaşında bir çox həmkarlarımız bunu ediblər. İdmançılar daim buna hazırdılar. Çox təəssüf ki, sizin kimlər bunu anlaya bilməz. Çünki siz idmandan kənar insanlarsız. Yalnız öz cibinizi düşünürsüz . Evinizə apardığınız pullar, aldığınız evlər, maşınlar, iaşə obyektləri hamımıza məlumdu. Vidadi Quliyevin 2 ildə aldığı “Mersedes” markalı maşın, Şağanda tikdirdiyi ev biz məşqçi-müəllimlərin evimizə aparmaq istədiyimiz halal maaşın, yarış və tədbirlər üçün ayrılan pulların hesabınadı. Bu yaxınlarda Bakıdan kənarda olan, sizdən narazı qalan kontingent də bizə qoşulacaq. Onlar da sizin əməllərinizə etiraz əlaməti olaraq, aidiyyatı orqanlara müraciət ünvanlayacaq. Haqsız yerə Şamaxı, Goranboy və adını çəkmədiymiz başqa rayonlarda idman məktəblərinin müdirlərini işdən çıxarmağınızın əsas səbəbi ictaimiyyətə məlum olacaq. Sentyabrda birləşən məktəblərə idman təhsili olmayan müdirləri təyin etməyiniz bu sahəyə illərini qurban verən mütəxəssislərin və məşqçi-müəllimlərin hiddətinə səbəb olub”.
Məktub müəllifləri rayonlarda çalışan idman məktəblərinin müdirlərinin əsassız yerə sıxma-boğmaya salındığını da qeyd edib: “Rayon idman məktəbləri hər il qruplarını komplektləşdirmək üçün Təhsil İdman Mərkəzinə üz tutur. Mərkəzin müdiri Natiq Lahıcov isə yaranmış fürsətdən sui-istifadə edərək, müdirləri incidir, süni maneələr ortaya ataraq, rüşvət tələb edir. İnanın, sizin bu əməllərinizi respublikada artıq hamı bilir. Bakıda keçirilən Avropa yarışlarından sonra Lahıcovun “Çanaqqala” restoranında verdiyi ziyafətin sonunda Vasif Məmmədovun qarşısında diz çökərək yalvarması, maliyyə saxtakarlığına görə onu bağışlaması söhbətini bu sahədə çalışan əksər şəxslər bilir. Hətta Məmmədovun “bura yeri deyil, sonra danışarıq” deməsi də bizə məlumdu. Vəzifə və iş üçün sizin bu hallara düşməyinizə bütün respublika gülür. Vasif Məmmədov və Natiq Lahıcovun “məktəbləri birləşdirməsi” layihəsinə görə 3 aydı məşqçi-müəllimlər maaş almır. Ailəsinə çörək ala bilməyən məşqçi-müəllimlər iş yerlərini itirməmək üçün səslərini çıxarmırlar. Buna baxmayaraq, onlar cədvəl üzrə dərslərində iştirak edirlər. Onu da bildirək ki, Vasif Məmmədov bəzi müdirləri işə təyin edəndə onların qarşısına şərt qoyub. Belə ki, həmin şəxslərə rəhbərlik etdiyi idman məktəbinin bazasını öz hesabına tikdirməyi və ya təmir etdirməyi tapşırıb. Onu da bildirib ki, Təhsil Nazirliyindən vəsait ayrılacağı zaman həmin pullar sizə qaytarılacaq. Bazalar tam da olmasa, tikildi, müdirlər öz hesabına küllü miqdarda pul xərclədi. Ancaq onların arasında pulunu geri ala bilməyən və işdən azad olunanlar oldu”.
Şikayətçilər respublikada fəaliyyət göstərən və adı qeyd olunan quruma tabe olan şahmat məktəblərinin də durumuna toxunublar: “Şahmat məktəblərinin yarışları Vasif Məmmədovun pul yığanı olan Vidadi Quliyevə tapşırılıb. O da bu bundan yararlanaraq, şahmat məktəblərində təqvimə uyğun turnirlər təşkil edir və yarışlara ayrılan külli miqdarda vəsaiti mənimsəyir. Quliyevin müdirlərlə “watçap” yazışmalarını və səsyazmalarını ictimaiyyətə təqdim etsək, görəsən, bu üçlük idman ictimayyətinə nə cavab verəcək? Vidadi bəyin müdirləri qeyri-etik ifadələrlə təhqir edərək, hədə-qorxu yolu ilə pul tələb etməsinə kimlər cavabdehdi? Şağanda tikdirdiyi ev, aldığı maşın hansı pullar hesabına əldə olunub? Təhsil nazirinin müavini əmr imzalayıb və Bakı şəhər Təhsil İdarəsinin rəhbərliyinə göstəriş verib ki, orta məktəblərin idman zalları dərslər başa çatdıqdan sonra təmənnasız idman məktəblərinin sərəncamına verilsin. Burda da Vasif Məmmədov qeyri-qanuni pul qazanmaq yolunu tapıb. Bakı şəhəri Təhsil İdarəsinin şöbə müdürü Şahin bəyə və idarənin əməkdaşı Mİrdamət bəyə tapşırılıb ki, idman məktblərinə idman zalları təmənna ilə verilsin. Məşqçi-müəllimlər uşaqlardan pul yığıb təhsil idarəsinə versinlər. UGİM (Uşaq-Gənclər İdman Məktəbi) və RİOEUGİM-lərin (Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi) Əsasnaməsi 2001-ci ildə yazılıb. Natiq Lahıcov və ətrafı bu Əsasnaməni daha da təkmilləşdirmək üçün bir dəfə olsun, adiyiyyatı üzrə iclaslar keçirməmişdi. Əsasnamənin təkmilləşdirilməsi üçün təkliflər verilməmişdi. 2013-də, vəzifəyə gələndən "köhnə işçilər qalmasın" devizi altında işə başalayn indiki rəhbərlik təcrübəli mütəxəssisləri işdən kənarlaşdırmış, əvəzində təcrübəsiz kadrları cəlb etmişdi. Onların bu addımının səbəbi sonradan idman ictimayyətinə bəlli oldu”.
Təhsil Nazirliyinin adını qeyd etdiyimiz şöbəsinin fəaliyyətindən narazı qalnalar redaksiyamıza ünvanladıqları məktubda bunları da vurğulayıblar: “Təhsil Nazirliyinin nəzdində olan idman məktəbləri necə inkişaf etsin ki, nazirliyin idman sektorunun müdiri Hilal Salmanov idmandan uzaq adamdı. Yuxarıda qeyd etdiyimiz kimi, nazirliyin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Məmmədov idman sahəsinə yad simadı. Təhsil İdman Mərkəzinin müdiri Lahıcov da idmanı bilmir, mərkəzin Təşkilat Komitəsinin rəhbəri Quliyev vaxtilə fotoqraf olub. Çox heyif ki, birvaxtlar ölkə idmanına tanınmış şəxslər bəxş edən quruma bu gün idmandan bixəbər şəxslər rəhbərlik edir. Biz mütəxəssislərin fikrinciə, yaxın gələcəkdə bu şəxslər tutduqları vəzifədən getməsə, idman məktəbləri məhv olacaq və kütləvi şəkildə uşaq və yeniyetmə idmançılar idmandan uzaq qalacaqlar. Bu da gələcək nəslin sağlam böyüməsinə əngəl olacaq. Onu da unutmayaq ki, müharibə şəraitində yaşayn ölkəmizə sağlam gənc nəsil lazımdı. Vasif Məmmədov, Natiq Lahıcov və Vidadi Quliyev "üçlüy”ü ölkə başçısının idmanın inkişafına ayırdığı pulları mənimsəyərək, öz büdcələrini artırırlar. Onların əməllərini dərindən təhlil etdikdə, elə təəssürat yaranır ki, bu şəxslər Azərbaycan idmanına düşmən kəsiliblər. Damarında azərbaycanlı qanı axan, vətənini sevən şəxs gələcək nəslin sağlam böyüməsi üçün ayrılan pulları mənimsəyə bilməz. İnanırıq ki, qısa zamanda qabartdığımız problemli məsələlərə Təhsil Nazirliyi tərəfindən reaksiya bildiriləcək. Əlimizdə yetərincə dəlil-sübutlar var. Məsələyə vaxtında və düzgün reaksiya bildirilməsə, “watsap” yazışmaları, audio və videoyazılar lazımi instansiyalara göndəriləcək, idman ictimayyətinə, Kütləvi İnformasiya Vasitələrinə təqdim olunacaq. Biz vicdanlı idman mütəxssisləri idmanımızın gələcəyi naminə adı çəkilən şəxslərin idmandan birdəfəlik uzaqlaşdırılacağına ümid edirik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar