01 dek 17:45aktual

“Neftçi” rəsmisi Lorentsoyla bağlı tənqidlərlə razılaşmır

“Neftçi” rəsmisi Lorentsoyla bağlı tənqidlərlə razılaşmır
“U-10 ona dar gəlir, U-12 üçün hələ tezdi, “qızıl orta” kimi U-11-i seçdik”
Ötən sayımızda “Neftçi”nin aşağı yaş qruplarından ibarət üç komandasının şərəfini qoruyan Lorentso Mezzotero haqda hazırladığımız yazıda xüsusi məqama toxunmuşduq. Bir futbolçunun eyni vaxtda U-10, U-11 və U-12-nin formasını geyməsinin mümkünsüzlüyünü qeyd etmiş, bu gedişlə yeniyetmənin uçuruma yuvarlanacağını bildirmişdik. İndi hiss olunmasa da, nə vaxtsa fiziki və psixoloji yorğunluq özünü göstərəcək və beləcə Lorentso futbola, sadəcə, nifrət edəcək. U-10 və U-11 komandalarının baş məşqçi səlahiyyətlərini yerinə yetirən İslam Kərimov bəzi iradlarımızla razılaşsa da, italyan balasının iki komandada oynamasında qeyri-adi heç nəyin olmadığını demişdi.
Yazıda “Neftçi” rəsmilərinin də adı çəkildiyindən, klubun futbol akademiyasında analitik kimi çalışan, həm də “ağ-qaralar”ın uşaq futboluyla birbaşa məşğul olan Nicat Ağayevin də bu məsələ ətrafında danışmaq istəyi ilə bağlı məlumat aldıqda, onunla əlaqə saxladıq.
- Mezzotero ilə bağlı yazdıqlarımı oxumusuz. Narazılığınız nədi?
- Bu sizin jurnalist mövqeyinizdi. Yazmaq, fikir bildirmək haqqınızdı, qarışa bilmərəm. Lakin sırf mənim fikrimi bilmək istəyirsizsə, düzgün saymadığım nöqtələr var. Kobud alınsa da, deyəcəm, haqsız tənqidlərlə rastlaşdım.
- Məsələn?
- Yazıda qeyd olunub ki, klub rəhbərliyi uşaq komandalarına cavabdehlik daşıyan məşqçilərdən nəticə tələb edir. Nəyə əsasən belə düşünürsüz?
- Təkcə “Neftçi”də yox, bütün komandalarda belədi. Məşqçilər üzdə belə olduğunu deməsələr də, yaxınları ilə söhbətdə etiraf edirlər. Yadıma düşdü, İslam Kərimovun özü də belə olduğunu dilinə gətirmişdi. Yəni nəticə qazanmağın vacibliyini.
- İslam Kərimovun nəyə əsasən o sözləri işlətdiyini bilmirəm. Hətta Kərimovun bu cür fikir bildirdiyinə də tam əmin deyiləm. Ola bilsin, onunla söhbətdə belə qənaətə gəlmisiz.
- O zaman başqa bir faktı əsas gətirim. Təxminən ayyarım əvvəl “Neftçi”də futbol akademiyasına cavabdehlik daşıyan Eldar Bədəlovla söhbətdə uşaq komandalarının hansı səbəbdən beynəlxalq turnirlərdə iştirak etməməsi sualına cavab tapmaq istəyirdim. Bədəlovun cavabı belə olmuşdu ki, yaxşı nəticə göstərən, daha dəqiqi, çempion olan komandalar klub rəhbərliyi tərəfindən xaricdəki turnirlərə göndəriləcək. Ortada stimul varsa, deməli, komandaların hədəfi nəticə qazanmaqdı.
- Stimul başqadı, nəticə tələb etmək başqa. Tam fərqli anlayışlardı. Məsələn, U-9 komandamız “Sabahın ulduzları”nda qalıb oldu. Biz də öz növbəmizdə onları “Bakcell Arena”ya dəvət edib, mükafatlandırdıq. Uşaqların özləri də xeyli sevindilər. Lakin bu o demək deyil ki, onların qarşısına nəticə qazanmaq tələbi qoyulmuşdu.
- Bu gün heç bir komandadan nəticə tələb olunmur?
- Xeyr. Bu dəqiqə ən vacib məsələ əsas komanda üçün futbolçu yetişdirməkdi. Belədə nəticə arxa plana keçir. Başqa bir məsələ də var.
- Buyurun.
- Lorentsonun istismar olunduğunu yazmısız. Biz onu istismar etmirik, uşağın inkişaf etməsi üçün yuxarı yaş qruplarında oynaması məqsədəuyğun saılıb. Bu da birbaşa inkişafı üçün nəzərdə tutulub.
- Lorentso hansı əsasla özündən 2 yaş böyüklərin komandasında oynamalıdı?
- Mən sizə açıq deyəcəm. Uşaq U-10-ların liqasında təzyiq hiss etmir. Belə deyim, həmyaşıdları arasında təkayaqla oynayır. Xahiş edirəm, bir dəfə gəlib oyununa baxın. Nə demək istədiyimi anlayacaqsız. Topu götürüb 7 nəfəri asanlıqla keçir və qol vurur. Orda oynamasının mənası nədi? Açıq-aşkar hiss olunur ki U-10 liqası onun yeri deyil.
- Bizim demək istədiyimiz də budu. Elədisə, U-10-da oynamasın, göndərin, getsin U-11-ə, ya da U-12-yə. Harda rəqabət varsa, ora.
- U-12 komandasında yaşı 12-yə qədər olan hər kəs oynaya bilər. Yaşı 8-di, yaxud 11 – fərq etməz. Lorentso U-10-nun heyətində hər oyunda maksimum 10-15 dəqiqə oynayır.
- Və 7 oyunda 53 qol vurur?
- Bəli, məhz belədi. Sizə təəccüblü görünə bilər. Ona görə də həftəsonları sizi “Dalğa Arena”ya dəvət edirəm. Kənardan dayanıb baxa bilərsiz. Bu uşaq U-10-da, sadəcə, şou göstərir.
- Elədisə, onu U-10-da saxlamağın adı nədi? Az öncə komandalardan nəticə tələb olunmadığını deyirdiz. Yenə gəlib nəticəyə “ilişirik”.
- Biz onu kollektivdən ayıra bilmirik. İtalyandı, Azərbaycan dilində bilmir. Ordakı uşaqlara öyrəşib deyə, ayıra bilmirik. O uşaqları görməyəndə psixoloji sarsıntı keçirir.
- 9 yaşlı uşağı bu qədər yükləmək hansı məntiqə sığır?
- O yaşda uşaqlarda yüklənmə sözünü işlətməyi düzgün saymıram. Niyə? Çünki 12-13 yaşa qədər uşaqların əzələləri tam formalaşmır. Onlarda, sadəcə, müvəqqəti yorğunluq ola bilər, yüklənmə yox. Əzələ yoxdusa, hansı orqan yüklənəcək? Ona görə də 12 yaşa qədər uşaqlara fiziki məşqlər keçilmir. Sürət dözümlülüyü, sürət və güc dözümlülüyü – azyaşlı futbolçuların bunlardan xəbəri yoxdu. Əzələ yoxdu deyə, bu cür məşqlər keçmək mənasızdı. İnsandı, əlbəttə, əzələsi var. Mən sizə formalaşmış əzələdən danışıram. Həm də niyə məhz Lorentsonun adı çəkilir, anlamıram.
- Məgər ondan başqa eyni anda 2-3 fərqli yaş komandasında oynayanlar var?
- Akademiyada 2003 doğumlu Mirəli Əhmədov var. Öz yaş qrupunda çox az oynayır, demək olar, oynamır. Əsasən özündən böyüklərlə - 2001 və 2002 təvəllüdlülərin komandasında çıxış edir. Üstəlik, iki yaş qrupundan ibarət yığmalarda forma geyir. Fiziki göstəriciləri buna imkan verirsə, niyə oynamasın?!
- Orası elədi. Gəlin başqa prizmadan yanaşmaq. 7 yaşında futbola başlayan uşağı peşəkarlaşana qədər, yəni 10-12 il meydanlarda “çürütmək”, o komandadan bu komandaya qaçmasına şərait yaratmaq, istirahətini, əyləncəsini əlindən almaq normaldımı?
- Lorentsonun həftəlik məşq proqramı əlimdədi, istəsəz, sizə də göndərə bilərəm. Görün orda yüklənmə var, ya yox.
- O uşağın istirahət günü var?
- Bazar ertəsi dincəlir.
- Həmin gün səhər dərsə gedir, axşam da sabahın dərslərini hazırlayır. İstirahət sayılmır.
- Demək istəyirəm ki, məşq və oyun yoxdu, dincəlir.
- 9 yaşlı uşaq əyləncəyə, həmyaşıdları, qohumları ilə oynamağa necə vaxt ayırsın?
- Lorentso və həmyaşıdları gündə cəmi 1 saat futbolla məşğul olur. Qalan vaxtlarda dediyiniz əyləncələrə vaxt ayıra bilər.
- Bir saatla iş bitmir axı. Məşqə gəlməsi, evə qayıtması, yuyunması, yorğunluğunu çıxarmasını üst-üstə gələndə azı 3-4 saat edir. Üstəlik, dərsdən və futboldan uzaqlaşa biləcəyi günlər şənbə və bazardı ki, hər ikisində “Neftçi”nin oyunlarında iştirak etməli olur. Bir komandanın formasını geysə, başqa gün dincələr, gəzər, əylənər.
- Onsuz da bundan sonra ancaq bir komandada oynayacaq. U-10 ona dar gəlir, o çərçivəni aşıb. U-12-də müntəzəm oynaması üçün isə hələ tezdi. Orda çıxış etməyəcək. “Qızıl orta” kimi U-11-i seçdik. Bütün diqqətini U-11-ə ayıracaq.
- Haşiyə çıxım. “Neftçi”də oynamış futbolçunun hazırda “Hamburq”un sıralarında olması haqda məlumat var. Həqiqəti əks etdirir?
- Bəli. 2003 doğumlu Nihat Fərəcli var idi, İslam Kərimovun kəşflərindən sayılırdı. Onu 2013-cü ildə “Neftçi”yə cəlb etmişdik. Öz yaş qruplarında çox az oynayıb, daim özündən böyüklərin komandalarında çıxış edirdi. Olduqca istedadlı uşaqdı, oyun qurucusu funksiyasını yerinə yetirirdi. Həmyaşıdlarından bir baş üstün idi, qarşısında durmaq olmurdu. Hətta son vaxtlar özündən iki yaş böyüklərlə oynayırdı. Elə oldu ki, valideynləri Almaniyaya köçmək məcburiyyətində qaldı. Belədə valideynləri və əcnəbi menecer onu sərbəst buraxmağımızı xahiş etdi. Valideyn ölkəni tərk edirsə, 14 yaşlı uşağı burda saxlamağın mənası yoxdu. İndi də “Hamburq”un futbol akademiyasının üzvüdü. 14 yaşı olmasına baxmayaraq, özündən 3 yaş böyüklərin komandasında – U-17-də çıxış edir.
Sonda təəccübümə səbəb olan bir məqamı da vurğulayım. Lorentso olduqca istedadlı futbolçudu. Amma adının mətbuatda bu qədər hallanmasını istəməzdik. Bu onun gələcək inkişafına da mane ola bilər. O qədər futbolçularımız var, ancaq Lorentsonun adı çəkilir. Çünki italyandı, başqa səbəb görmürəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar