28 noy 01:25aktual

“Xəmsə”nin açdığı pankartın yığışdırılmasını rəhbərlik istəyib

“Xəmsə”nin açdığı pankartın yığışdırılmasını rəhbərlik istəyib
Polislər azarkeşləri videoya çəkib
Srağagün “Kəpəz” premyer-liqanın 13-cü turunda “Qəbələ”ni qəbul etdi. Yunis Hüseynovun “sarı-göylər”in baş məşqçisi qismində ilk matçı biabırçı məğlubiyyətlə yadda qaldı. “Qırmızı-qaralar” ağır günlərinin yaşayan meydan sahiblərinə rəhm etmədi və 6:1 hesablı qələbə qazandı. Oyun insidentsiz də ötüşmədi. Bu dəfə diqqət mərkəzində “Kəpəz”in sadiq azarkeş qrupu olan “Xəmsə” oldu. Belə ki, görüş başlamazdan əvvəl azarkeşlər tribunada “SS düzəldəjiy!” yazılan pankart açıblar. Özlərinin dediyinə görə, “SS”in açması “sevə-sevə” olub, “düzədəjiy” sözü isə Gəncə ləhcəsi ilə yazılıb. Amma Gəncə şəhər stadionunun mühafizə xidmətinin əməkdaşları və polis işçiləri “SS” hissəsində fərqli məna tapıb. Yəni söyüş. Maraqlıdı ki, “Xəmsə”nin rəsmi “feysbuk” səhifəsi də “Sevə-sevə və ya ... düzəldəjiy!” başlığı ilə foto paylaşıb. Burda “və ya” varsa, deməli, “SS” hissəsi söyüşü də ifadə edirmiş. Fanatlar nədənsə bunu etiraf etmir. Bu üzdən də oyunu erkən tərk etməli olublar. Mühafizə xidmətinin əməkdaşları pankartı onların əlindən alıb, “Xəmsə”lilər də etiraz əlaməti kimi tribunanı tərk edib.
Məsələ ilə bağlı azarkeş qrupunun rəhbəri Adil Məmmədovla əlaqə saxladıq. O, söyüş nəzərdə tutmadıqlarını bildirdi: “Orda “sevə-sevə düzəldəcəyik” nəzərdə tutulmuşdu. Amma “sevə-sevə” hissəsi SS kimi qısaldılmış formada idi. Yanımızda mülki geyimdə bir adam dayanmışdı. O əmr etdi ki, pankartı yığışdırın. Soruşduq ki, bəs sən kimsən? Dedi polisəm. Pankartı məcbur yığışdırtdılar. Onsuz da onu 10-15 dəqiqə saxlayıb, bağlayacaqdıq. Ardınca kamera gətirdilər ki, azarkeşləri lentə alsın. Polislər bizi çəkməyə başladı. Yanımızda da “Kəpəz Ultras” azarkeş qrupu yer almışdı. Biz də bundan əsəbləşdik. Niyə bizi çəkməlidilər axı? Bu üzdən stadionu tərk etdik. Həmin an komanda 0:3 hesabı ilə uduzurdu. Klubun azarkeşlərlə əlaqələndiricisi Elmar Əliyevlə də danışdım. Ona da narazılığımı bildirdim. Dedi ki, pankartın yığışdırılmasını rəhbərlik tələb edib. Orda heç bir söyüş yazılmayıb. Bizim belə məqsədimiz olmayıb. Kim necə başa düşür, düşsün. Əsas odu, bizim niyyətimiz təmiz olub”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 15:54 Cenk Tosun Aleksi Hacidən üstün sayır Bu gün, 15:46 “Ayntraxt”ın izi ilə Gəncədən ABŞ-a Bu gün, 15:16 “Rəcəbovun qaytarılması məntiqəuyğun olmazdı” Bu gün, 15:13 Teymur şahmatı stolüstü tennisə dəyişib Bu gün, 15:11 Messi Anrinin gözünün içinə baxa bilmirmiş Bu gün, 10:42 "Keşlə" yardım payladı Dünən, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Dünən, 20:34 “Qəbələ”dən daha bir statistika Dünən, 20:23 Barselona qəhrəmanı kövrəldi... Dünən, 20:20 Saxtakar dünya çempionu... Dünən, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Dünən, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Dünən, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Dünən, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Dünən, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Dünən, 12:11 AİJF Baş nazirə müraciət etdi Dünən, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” 8-04-2020, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb 8-04-2020, 21:09 Fərid Qayıbov payızı nişan verdi 8-04-2020, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib 8-04-2020, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi 8-04-2020, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest Bütün xəbərlər
Ən çox oxunanlar