18 yan 13:50aktual, manset

Gürcülər yenidən Bakıya gəlmək istəyir

Gürcülər yenidən Bakıya gəlmək istəyir
Adil Mahmudov: “Gürcüstan klubunu çalışdıran ilk azərbaycanlı məşqçi kimi tarixə düşə bilərəm”

SSRİ və dünya futboluna Çivadze, Kipiani, Arveladze qardaşları kimi futbolçular bəxş edən Tiflisin məşhur 35 saylı məktəbinin üç yaş qrupu ötən həftə Bakının qonağı olub. Gürcüstanlı yeniyetmələr paytaxtda olduğu müddətdə yerli klublarla bir neçə yoldaşlıq oyununda qüvvələrini sınayıblar. Bu haqda bilgini onların Bakıya səfərinin təşkilatçılarından olan Adil Mahmudovdan aldıq. Hazırda Tiflisdə olan “Şahdağ”ın sabiq çalışdırıcısı qonşularımızın Azərbaycanda gördükləri qonaqpərvərlikdən, toplanışın səmərəli keçməsindən razı qaldıqlarını bildirdi: “Əvvəlcə fürsətdən istifadə edib “Bakı” rəhbərliyinə gürcüstanlı qonaqların bazada qalması və məşq etməsi üçün lazımi şərait yaratdıqlarına görə təşəkkür edirəm. Bu klubun rəsmisi Yaşar Seyidov onların normal hazırlıq keçməsi, qidalanması üçün əlıindən gələni etmişdi. Gürcü məşqçilər, yeniyetmə futbolçular burda onlara göstərilən diqqətdən razı qalıblar. Gürcüstanın müxtəlif yaş qrupları üzrə yığmalarında və eləcə də əsas millidə bu məktəbin bir çox yetirmələri çıxış edib və indi də etməkdədi. Tiflisin 35 saylı futbol məktəbi nəinki Gürcüstanda, bütün MDB məkanında tanınır. Nümayəndə heyətinin rəhbəri vaxtilə Gürcüstanın U-17 millisinin baş məşqçisi olmuş, komandanı qitə çempionatının final mərhələsinə çıxarmış Qoça Avsacanişvili idi. Gürcü yeniyetmələr “Qarabağ”, “Neftçi” İSM və “Sumqayıt”dan olan həmyaşıdları ilə münasibətləri aydınlaşdırdılar. Qonaqlar ötən həftənin cümə günü geri qayıtdılar. Onların sözündən belə başa düşdüm ki, martda və ya mayın sonunda yenidən Bakıya səfər etmək niyyətindədilər”.
“Şahdağ”dan ayrılandan sonra işsiz qalan Mahmudovun hazırda Gürcüstanda olduğunu yuxarıda qeyd etdik. Sən demə, Adil bəyin qonşu ölkəyə yollanmasının özəl səbəbi var. Yaxşısı budu ki, özünü dinləyək: “Bu yaxınlarda Gürcüstanın birinci divizionunda çıxış edən, qarşısına elitaya yüksəlmək məqsədi qoyan bir klubdan iş təklifi almışam. Bu klub Kutaisiyə yaxın bölgəni təmsil edir. Gürcüstana gəlişimin səbəbi də klub rəhbərliyi ilə görüşüb, müzakirələr aparmaqdı. Artıq bir dəfə onlarla fikir mübadiləsi aparmışam. Demək olar ki, bütün fikirlərimiz üst-üstə düşdü, mən onlara şərtlərimi, qarşı tərəf isə hədəflərini bildirdi. Sadəcə, bir-iki xırda detal qalıb ki, onun dəqiqləşməsini gözləyirəm. İşbirliyimiz alınsa, Gürcüstan klubunu çalışdıran ilk azərbaycanlı məşqçi kimi tarixə düşə bilərəm. Azərbaycanda düşünürlər ki, qonşularımızın futbol təsərrüfatı bərbad durumdadı, əksər klublar maliyyə problemləri içində boğulur. Ancaq heç də belə deyil. Burda olduğum bir neçə gündə bəzi futbol adamları ilə görüşlərim oldu, klub rəsmiləriylə söhbətləşdik. Gürcüstan Futbol Federasiyasına yeni rəhbərlik gələndən sonra gürcü futbolu yenidən dirçəlməyə başlayıb. Sizcə, pul olmayan yerdə ikinci dəstə olar? Gürcüstanda eilta və birinci diviziondan başqa, artıq ikinci dəstə də formalaşıb. Və federasiya tərəfindən ikinci dəstədə çıxış edəcək klublara 250 min lari yardım ayrılıb. Bu da bizim pulla təxminən 170 min manat edir. Bizim birinci divizionda çıxış edən klubların əksəsriyyətində heç belə büdcə yoxdu. O gün mətbuatda Tərlan Əhmədovun açıqlamasını oxudum. O AZAL-ın 150 min manat büdcəsi olduğunu bildirmişdi. Stadionlara və infrastruktura da böyük diqqət ayrılır”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:16 Ayxan Abbasov ehtiyatlı danışdı Dünən, 14:11 Şəhriyar Parisdə beşinci oldu Dünən, 14:09 Kamran “gümüş”lə kifayətləndi Dünən, 14:08 Məğlubiyyət və “sülh” Dünən, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Dünən, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Dünən, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Dünən, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Dünən, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Dünən, 13:58 “Neftçi” bu gün başlayır Dünən, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Dünən, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Dünən, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Dünən, 13:49 Şeydayev darmadağına sevindi Dünən, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Dünən, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Dünən, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Dünən, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Dünən, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Dünən, 13:11 “Qəbələ”dən növbəti transfer Dünən, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bütün xəbərlər
Ən çox oxunanlar