22 noy 00:49aktual

“Çelsi” də “Atletiko”nun taleyini yaşasın!

“Çelsi” də “Atletiko”nun taleyini yaşasın!
Çempionlar Liqası
Qrup mərhələsi
5-ci tur, C qrupu
Qarabağ – Çelsi (İngiltərə)
Hakimlər: MANUEL DE SOUZA, Alvaro Meşkita, Rikardo Santos, Nuno Pereyra, Fabio Verisimo, Lukaş Qodinyo (hamısı Portuqaliya).
Bakı. Olimpiya stadionu. Saat 21.00
Sabah “Qarabağ” Çempionlar Liqasında sonuncu ev oyununa çıxır. Rəqib Avropa nəhənglərindən “Çelsi”di. Təbii, ağdamlıların bu oyunda hətta heç-heçə etməsi də ciddi uğur sayılacaq. Oyuna marağı şərtləndirən səbəblər haqda uzun-uzadı danışmağa ehtiyac yoxdu. Bir neçə gün əvvəldən biletlərin tükənməsi hər şeyi deyir. Olimpiya stadionu növbəti dəfə bütün ölkənin səbirsizliklə gözlədiyi qarşılaşmaya “qucaq açacaq”. Hər halda, bu stadionda artıq bir neçə ilk yaşanıb. Belə ki, “Qarabağ” qitənin ən nüfuzlu klub turnirinin qrupunda ilk qolunu məhz bu arenada vurub, ilk xalını qazanıb. Odu ki, azarkeşlər ölkənin ən nəhəng idman qurğusuna növbəti uğurun sevincini yaşamaq üçün yollanacaq. “Köhlən atlar”dan müsbət nəticə gözləyənlər təkcə tribunalarda olmayacaq. Stadiona yollana bilməyənlər ekran qarşısına keçəcək, oyunu isə Az.TV canlı yayınlayacaq.
UEFA oyunu Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib. Baş hakim Manuel Souza indiyədək 67 beynəlxalq oyunda ədaləti qoruyub. 265 sarı, 13 qırmızı vərəq göstərib, 22 penalti təyin edib. Portəgizin meydan sahibləri ilə qonaqlar arasında ciddi fərq qoymadığını vurğulayaq. Belə ki, sarın (127-138), qırmızı (6-7) vərəqələrin, eləcə də penaltilərin (10-12) nisbətində uçurum yoxdu. Özü də Souza bizə tanış referidi. FİFA referisi 2012-ci ildə Avroliqanın qrup mərhələsini “Neftçi” – “Rubin” (0:1) oyununu da idarə edib. Ümid edək ki, 42 yaşlı referinin ayağı bu dəfə komandamız üçün düşərli olacaq.
Hazırda İngiltərə çempionatında 3-cü olan “Çelsi” Bakıya qələbə ilə gəlir. Son turda səfərdə “Vest Bromviç”lə qarşılaşan “zadəganlar” 4 cavabsız qolla qalib gəldi. Ancaq “Qarabağ” da bu önəmli oyundan öncə ölkə birinciliyində qələbə qazanıb. Odu ki, hər iki komandanın sabahkı qarşılaşmaya yüksək əhval-ruhiyyədə hazırlaşdığını deməliyik. Hərçənd Qurban Qurbanovu qayğılandıran məqamlar var. Söhbət heyətdəki itkilərdən gedir. Bədavinin uzun müddətə sıradan çıxdığını bilirsiz. Xüsusən ÇL oyunlarında özünü yaxşı tərəfdən göstərən Pedro Enrike də ingilislərlə görüşü buraxacaq. Məlum olduğu kimi, UEFA-nın Nizam-İntizam Komitəsi braziliyalı yarımmüdafiəçini 2 oyunluq cəzalandırıb.
Ağdamlılar ÇL-in qrupunda ilk oyununu məhz “Çelsi”yə qarşı keçirmiş, böyük hesabla (0:6) uduzmuşdu. Bəlkə də Qurbanovun yetirmələri qrupun digər oyunlarında da uduzsaydı, azarkeşlər uğurlu nəticə haqda düşünməzdi. Lakin “Roma” ilə ev oyununda (1:2) ilk qolunu vuran “köhlən atlar” daha sonra həm evdə, həm də səfərdə “Atletiko”dan xal aldı (0:0, 1:1). Özü də Madrid təmsilçisi ilə hər iki oyunda azlıqda qalmasına rəğmən, bunu bacardı. Bu üzdən azərbaycanlı futbolsevərlər “Qarabağ”ın daha bir Avropa nəhənginə, bir neçə il öncə ÇL-in qalibi olan komandaya da gücünü göstərəcəyinə inanır. Necə deyərlər, “iştah diş altındadı”.
Qrupdakı vəziyyət elədi ki, hətta “Qarabağ” da 1/8 final şansını saxlayır. Bu üzdən Antonio Kontenin yetirmələrini sabahkı qarşılaşmada yalnız qələbə razı salacaq. Əks halda londonluların qrupdan “sağ çıxması” bir qədər çətinə düşəcək. Belə ki, digər oyunda “Atletiko” “Roma”nı qəbul edəcək. Həmin qarşılaşmada meydan sahibləri qələbə qazanarsa və “Çelsi” “Qarabağ”la oyunda xal itirərsə, 1/8 finala kimlərin adlayacağı son turda bəlli olacaq. Halbuki “zadəganlar” Bakıda qələbə qazansa, növbəti mərhələyə vəsiqəni təmin edir. Bu məqam “köhlən atlar”ın əleyhinədi. Hər halda, “Qarabağ” üçün 1/8 inandırıcı görünməsə də, komanda AL-in 1/16 final arzusuna doğru sonadək mübarizə aparmalıdı. Təbii, bu cür qrupda kimisə qabaqlamaq sensasiya sayılacaq. Lakin futbol məhz sürprizlərə görə sevilir. Elə “Atletiko” ilə hər iki oyunun heç-heçə bitəcəyini də çox az adam proqnozlaşdırardı. Ancaq zaman göstərdi ki, istək, əzmkarlıq, inam və komanda ruhunun olduğu yerdə uğurlu nəticələr də əldə etmək mümkündü.
Onu da qeyd edək ki, “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 75-ci avrokubok matçına çıxacaq. Geridə qalan 74 qarşılaşmada “köhlən atlar” 31 qələbə qazanıb, 22 heç-heçə edib və 21 dəfə məğlub olub. Qurbanovun komandası 83 qol vurub, 72-ni buraxıb. Həmin görüşlərdən 22-si ÇL, 52-si AL çərçivəsində baş tutub.
Yeri gəlmişkən, sabah “Qarabağ”ın U-19 komandası da UEFA Gənclər Liqasında “Çelsi” ilə qarşılaşacaq. Bu komandaların ilk duelində londonlular 5 cavabsız qolla qalib gəlmişdi. “Gənc zadəganlar” hazırda 9 xalla turnir cədvəlinin lideridisə, Rəşad Sadıqovun yetirmələri 3 xalla sonuncudu. Ağdamlılar ötən tur səfərdə “Atletiko”nu minimal hesabla (1:0) məğlub etdi. Bu oyunu türkiyəli FİFA referisi Alpər Ulusoy idarə edəcək. Qrupun digər oyununda isə “Atletiko” ilə “Roma” üz-üzə gələcək.
UEFA Gənclər Liqası
C qrupu, 5-ci tur
22 noyabr
Qarabağ – Çelsi (İngiltərə)
Bakı. Azərsun Arena. Saat 15.00
1. Çelsi 4 3 0 1 10-4 9
2. Roma 4 2 0 2 7-4 6
3. Atletiko 4 2 0 2 8-6 6
4. Qarabağ 4 1 0 3 2-13 3
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar