20 noy 19:28aktual

“Qarabağ”ın fanklubları stadionda polis istəmir

“Qarabağ”ın fanklubları stadionda polis istəmir
“Terrorçu deyil bu uşaq, bomba partlatmır, adam öldürmür”
Cümə günü keçirilən “Qarabağ” – “Sumqayıt” matçında azarkeşlər polis zorakılığına məruz qaldı. Belə ki, hər iki komandanın tərəfdarları arasında yaşanan söz “atışması”na asayiş keçikçiləri müdaxilə edib. Qarşıdurma yaşanıb və rezin dəyənəklər işə düşüb. Bir neçə fanat xəsarət alıb, bəzi azarkeşlər bölməyə aparılıb. Yalnız klub rəhbərliyinin müdaxiləsindən sonra onlar sərbəst buraxılıb. Başqa sözlə, adamların təhlükəsizliyini qorumağa cavabdeh olan polislər özləri təhlükəyə çevrilib. Buna görə də bütün azarkeş qrupları asayiş keşikçilərinin tribunalarada olmamasını istəyir, etiraz səsini ucaldır. Dünən olayın iştirakçısı olan fanklubların rəhbərləri ilə danışdıq.
Elvin Süleymanov (Qarabağ Ordu): “Hər fanklubun özünün sektoru var. Gəldik ki, həmişə oturduğumuz yerdə əyləşək, polislər “burda olmaz” dedilər. Bizə yer göstərdilər, ora keçdik. Hələ oyunun başlamasına yarımsaat var idi. Sonra gəldilər ki, burda təhlükəsizlik təmin olunmur, keçin filan sektora. Gətirib bizi birləşdirdilər o biri fankluba – “Boys Qarabağ”a. İki fanklubun birləşməsi doğru deyildi. Bu üzdən dedik ki, ara buraxıb, keçək o biri sektora. Hər şey İbrahim Şehiçin qırmızı vərəqə aldığı epizodda yaşandı. Azarkeş hakimə də, oyunçuya da etiraz edə bilər. Bu normal bir şeydi. “Sumqayıt” azarkeşlərindən biri qayıtdı ki, sakit olun. Axı, Şehiç onların oyunçusu ilə mübahisə etmişdi. Yəni rəqib fanatla aramızda ciddi bir şey olmadı. Polislər üzərimizə hücum çəkdilər, mən də daxil olmaqla bir neçə nəfəri 12-ci bölməyə apardılar. Düzdü, oyundan sonra buraxdılar. Ancaq çox kobud rəftarlar oldu. Klub rəhbərliyinə də polislərlə bağlı etirazımızı çatdırmışıq. Polisin futbol mədəniyyəti yoxdu. O azarkeşə, fankluba qarışa bilməz. Nəsə təxribat olsa, qarşısını alsın. Lakin fanat durdu, oturdu, şüar dedi - bunun heç kimə dəxli yoxdu. Biz də daxil olmaqla bütün fanklublar polisin orda olmasına qarşıdı. Kiminsə uşağına qarşı elə kobud rəftar olmaz. Sən rezin dəyənəklə vurursan, nə bilirsən hansı fəsadı verəcək. Terrorçu deyil bu uşaq, bomba partlatmır, adam öldürmür. Baxmadılar uşaqdı-böyükdü, çox kobud davrandılar. Lap deyək ki, fanklub üzvlərindən kimsə səhv edib. Hətta belədə də o cür vurmaq olmaz. “Yutub”dakı görüntülərdə var. Polis azarkeşlə elə rəftar edə bilər? Qanunla da bu qadağandı. Nə qədər inciyən oldu. Həmin hadisəyə görə nə qədər adam futbola gəlməyəcək. Halbuki ölkə rəhbərliyi başda olmaqla hamı futbolu, idmanı təbliğ edir. Ancaq bunlar onun hamısını baltaladılar. Biz Azərbaycanda futbol mədəniyyətini inkişaf etdirmək üçün əziyyət çəkirik. Belə hadisələri görən valideyn uşağını futbola buraxar? Yaxud da o uşaq özü gələr? Onsuz da tirbunalar boşdu, bərbad vəziyyətdədi. Bu yaşananları görən düşünəcək ki, niyə gedib başımı ağrıdıram”.
Ramiz Bayramov (Boys Qarabağ): “Açığı, qarşıdurmanın tam səbəbini bilmədim. Amma eşitdiyimə görə, bir neçə “Sumqayıt” azarkeşi “Qarabağ” fanatlarını qıcıqlandırıblar. Mübahisə baş verib və məsələyə polis müdaxilə edib. Bilirsiz də, Azərbaycanda polis necə girişir? Normal şəkildə yox, rezin dəyənəklə. Birinin böyrəyinə vurublar, birinin ürəyi gedib. Qıçından zərbə alan Səbuhini təcili tibbi yardım maşını ilə Sabunçuya apardıq, ordan da evə getdi. Bizim üzvlərdən Azad Məmmədovu bölməyə aparmışdılar. Zəng vurduq, klub çıxartdırdı onu, sağ olsunlar. Klub rəhbərliyindən razı qaldım, çox həssas yanaşdılar, hər dəqiqə zəng edib maraqlanırdılar, narahat olurdular, hətta həmin uşağın ailəsinə maddi yardım göstərdilər. Biz tribunada polis istəmirik. Çünki normal münasibət göstərmirdilər. Adicə polis bölməsindəydik, gəlib deyir ki, “stadionun qarşısında niyə hürürsüz”? Azarkeşə belə söz demək olar? Özü də yüksək rütbəlilər. Təbii ki, oyunlarda plakatla etiraz etməyi də düşünürük. Bunlara təlim keçirilmir ki, normal davransınlar. Poqonuna güvənməməlisən. Sənə kim ixtiyar verib ki, sadə vətəndaşa əl qaldırasan, zorakılıq edəsən? Bunlar düzgün deyil”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar