17 noy 22:29aktual

Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək?

Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək?
Ruslan Abışov 1996-dan İspaniyanı dəstəkləyir
Artıq DÇ-2018-in final mərhələsinin iştirakçıları bəllidi. Gələn il Rusiyada keçiriləcək mundialda mübarizə aparacaq 32 komanda sırasına son olaraq Peru qoşuldu. Bununla da sayca 21-ci dünya çempionatında medallar uğrunda mübarizə aparacaq bütün komandalar dəqiqləşdi. DÇ-yə Avropadan təşkilatçı ölkə Rusiya ilə yanaşı, Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka, Cənubi Amerikadan Braziliya, Kolumbiya, Uruqvay, Argentina, Peru, KONKAKAF-dan Meksika, Kosta-Rika, Panama, Asiyadan İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya, Afrikadan Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunis vəsiqə qazanıb. Final mərhələsinin püşkatması dekabrın ilk günündə Moskvada keçiriləcək. Artıq yarışın 32 komandası püşk ərəfəsində 4 səbətə bölünüb. Rusiya millisi meydan sahibi kimi ilk səbətdə yer alıbsa, digərləri FİFA-nın oktyabr reytinqinə əsasən sıralanıb. Onu da bildirək ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək davam edəcək.
Hər kəs səbirsiziklə yayı gözəyir. Təbii, azarkeşlik etdiyi yığmanın uğurunu proqnozlaşdıran, indidən bu yöndə müzakirələrə və mübahisələrə start verənlər də var. Əslində Türkiyə mundiala vəsiqə qazansaydı, çoxlarının bu milliyə azarkeşlik edəcəyini düşünmək olardı. Lakin qardaş ölkə DÇ-yə vəsiqə qazana bilmədi. Bundan başqa, ölkəmizdə kifayət qədər tərəfdarı olan daha iki yığma da mundialdan kənarda qaldı. Söhbət Hollandiya və İtaliydan gedir. Odu ki, bu yığmalara könül verənlər üçün DÇ həm də məyusluq gətirəcək. Bununla belə, Azərbaycanda İspaniya, Almaniya, İngiltərə, Braziliya və Argentinanın tərəfdərları da az deyil. Necə deyərlər, mundialın “qulağımızın dibində” keçirilməsi də yarışa marağa təsir edir. Ölkəmizdə DÇ-yə evsahibliyi edəcək Rusiyanın uğurunu arzulayanlar da az deyil. Nəzərə alaq ki, əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Afrikanın 5, Asiyanın isə 2 ölkəsi var. Odu ki, bu ölkələrin qələbəsini də arzulayanlar tapılacaq.
Maraqlıdı, futbolçularımız hansı yığmalara azarkeşlik edəcək? Onların uğur qazanmasını istədiyi milliyə sevgisi nə vaxtdan başlayıb?
Ruslan Abışov: “AÇ-1996-dan bu yana İspaniyaya azarkeşlik edirəm. Bu yığmanın ilk baxdığım oyunu İngiltərəyə qarşı olub. Həmin qarşılaşmada ingilislər qalib gəldi. O gündən ispanlara azarkeşlik edirəm. İspaniyanın heyətində xüsusi sevdiyim oyunçu isə Fernando Yerro idi. Buna görə də həm İspaniyaya, həm də “Real”a azarkeşlik edirəm. Mundialda da “buğalar”ın çempion olmasını istərdim. Həm oyun üslubuna görə İspaniyaya azarkeşlik edirəm, həm də Serxio Ramosun oyununu bəyənirəm”.
Vurğun Hüseynov: “Fanatı olduğum yığma yoxdu. Sadəcə, Braziliyanın çempion olmasını istəyərəm. Həmin yığmaya “9 nömrə” Ronaldoya görə azarkeşlik edirdim. Bu komandaya simpatiyam davam edir. Odu ki, Braziliyanın çempion olmasını istərdim”.
Şəhriyar Rəhimov: “Təəssüf ki, azarkeşlik etdiyim yığma dünya çempionatında olmayacaq. İtaliyaya azarkeşlik edirəm. Onlar da mundiala vəsiqə qazana bilmədilər. Doğrudu, DÇ-ni izləyəcəm. Yalnız gözəl qarşılaşmalardan zövq almağa çalışacam. Oyun üslubuna görə bəyəndiyim millilər var. Mən 1996-cı ildən İtaliyaya azarkeşlik edirəm Lakin apenninlilər mundialda olmadığından, sırf kiməsə azarkeşlik etməyəcəm. Müsəlman ölkələri? Gəlin, dini futbola qatmayaq. Əslində onların böyük nəticələr qazanacağı gözlənilmir. Ancaq istərdik ki, ən azı qrupdan çıxsınlar”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar