17 noy 22:24aktual

Məşqçilər Komitəsinin üzvləri Samir Ələkbərova göstəriş yox, tövsyyə verib

Məşqçilər Komitəsinin üzvləri Samir Ələkbərova göstəriş yox, tövsyyə verib
Şakir Qəribov: “O məşqçinin əlindən öpərəm ki, işini bacarmadığını boynuna alsın”
Qurban Qurbanovun milliyə baş məşqçi və aşağı yaş qrupları üzrə yığmalara nəzarətçi təyin olunması ilə ölkə futbolunda görünməmiş ajiotaj yaşanır. Artıq Qurbanov islahatlara başlayıb. U-21-in Almaniyaya 0:7 hesabı ilə uduzması və Kosovo ilə heç-heçəsindən sonra Samir Ələkbərov baş məşqçi postundan göndərildi. Əslində Samir bəy bu posta müvəqqəti gətirilmişdi. Gedişi də normal qarşılanmalıdı. Lakin onun gedişindən sonra verdiyi açıqlamalar gündəmi əməlli-başlı silkələyib. Ələkbərov deyir ki, komandaya sifarişlə futbolçular göndərmək istəyənlər olub. Amma həmin adamların adlarını açıqlamayıb. Bununla belə, bu artıq ciddi ittihamdı. AFFA-nın baş katibi Elxan Məmmədov da Ələkbərovun fikirlərinə münasibət bildirib. O, qafqazinfo.az saytına açıqlamasında bunları deyib: “Mənə də maraqlıdı ki, Samir Ələkbərova kim futbolçu sifariş verib? Düzdü, sonradan qeyd edib ki, son sözü özü deyib. Amma yenə də qaranlıq məqamdı. Tapşırıq vermək yox, məsləhət etmək olar. Mən düşünürəm ki, Samir müəllim Məşqçilər Komitəsini (MK) nəzərdə tutub. Amma onlar baş məşqçiyə yalnız məsləhət verə bilər. Heç kim sifarişlə “filankəsi götür” deyə bilməz. Bu normal haldı ki, MK məsləhət versin. Digər klubların baş məşqçiləri də bunu edə bilər. Fikrimcə, bu qeyri-adi proses deyil. Amma heç kim sifariş verə bilməz. AFFA-da belə şeylər mümkün deyil. Biz illərdi federasiyada belə şeyə yol verməmişik. Amma həmkarları Samir Ələkbərova tövsiyyələr verib. Doğrudan sifarişlər olubsa, həmin insanlar kimdisə, cəzalandırılacaq. Hər şeydən xəbərimiz var. Almaniya və Kosovo ilə oyunlardan öncə Samir müəllimlə görüşdüm və o, mənə heç bir irad bildirmədi”.
Doğrudanmı MK yalnız məsləhətlər verməklə kifayətlənib? Yoxsa çalışdırıcıya təzyiqlə “filankəsi götür” deyiblər? Bu suallara aydınlıq gətirmək üçün MK-nın üzvlərini danışdırmaq qərarına gəldik.
Vaqif Sadıqov: “Düzdü, son günlər bu məsələ çox müzakirə olunur. Amma onu deyim ki, bizim işimiz tövsiyyə etməkdi. Biz ancaq yaxşılıq edirik. Ona görə də mən istəmirəm bəzi halları yada salım. O hallar ki, bizim tövsiyyələrdən komanda çox bəhrələnib. Bizim məsləhət verdiyimiz oyunçular komandaya xeyir veriblər. Bu, bizim işimizdi. Biz AFFA-ya hesabat veririk. Hər dəfə toplanışlar ərəfəsində baş məşqçi və köməkçiləri ilə görüşürük. Çağırılan futbolçuların siyahısı ilə tanış oluruq. Həmin vaxt da tövsiyyə edirik. Çünki bütün futbolçuları izləyirik, klub məşqçiləri ilə daim ünsiyyətdəyik. Kimisə nəyəsə görə yığmaya çağırmırıq. Biz onun tərəfdarıyıq ki, hər bir yığmaya yaşına uyğun ən yaxşı futbolçular cəlb olunsun. Biz heç kimi məcbur edə bilmərik. Mümkünsüzdü. Samir Ələkbərov mənim futbolçum olub. Onu çox yaxşı tanıyıram. Samir keyfiyyətli insandı. Heç vaxt nə onu, nə də başqalarını məcbur edə bilmərik. Ən vacibi odu ki, biz ümumi iş görürük. Özümüzü hamıdan ağıllı hesab etmirik. Çünki bu, doğru olmaz. Hesab edirəm ki, hər bir baş məşqçinin futbola və futbolçulara öz baxışı var. Bütün işi baş məşqçi görür, oyuna da özü cavabdehdi. Hər zaman baş məşqçinin ən öndə olmasını istəmişik və yanında olmuşuq. Biz yaxşı və pis günün dostlarıyıq. Ümumiyyətlə, “torba tikmək” sözünü dilimizdən çıxarmaq lazımdı. Samirin təqdimat mərasimində iştirak etmişəm. Söhbət yanımda olub. Biz ona köməkçilərinin kimlər olacağını söylədik. Özü də can-başla razı oldu. İstəmirdisə, həmin vaxt açıq şəkildə deyərdi. Samir hazırda stressdədi. Ona görə də sərt şəkildə açıqlamalr verir. Amma bu, həyatdı. Hamımız bunu yaşamışıq. Biz hər zaman məşqçiləri dəstəkləmişik. Çünki yığmanın uğurunu istəyirik”.
Ağasəlim Mircavadov: “Heç bir baş məşqçiyə təzyiq edə bilmərik. MK heç vaxt məşqçilərin işinə qarışmayıb. Ancaq kömək üçün tövsiyyə vermişik. “Filan oyunçunu gətir”, “filan adamı meydana burax” kimi absurd şeylər etməmişik. Biz bütün yaş qrupları üzrə millilərin oyunlarına gedirik. Futbolçuların çıxışını izləyirik. U-21-lə son dəfə İsraildə olmuşdum. Həmin vaxt baş məşqçi hələ Yaşar Vahabzadə idi. Bizim nəyimizə lazımdı ki, kimisə çağırtdıraq? Baş məşqçinin öz qərarı ver. Mən özüm hər zaman istəmişəm ki, baş məşqçilər müstəqil, sərbəst olmalıdı. Müdaxilə varsa, uğur ola bilməz. Mən U-21-in daxilində başverənlərdən xəbərsizəm. Bilmirəm, orda “torba tikmək” əməliyyatı olub və ya başqa bir şey. Mən futbolçuları yaxşı tanıyıram. Çox zəif uşaqlardı. Millinin forması tam başqa olmalıdı. Biz ona fərqli yanaşmalıyıq. Deyə bilmərəm ki, Cahangir Həsənzadə və Aslan Kərimov Ələkbərova “torba tikib”. Çünki xəbərim yoxdu”.
Şakir Qəribov: “Hər bir baş məşqçi ilə söhbət edəndə demişik ki, siz sərbəstsiz. Biz ancaq tövsiyyə verə bilərik. Məsələn, “filan komandada belə oyunçu var, gedin, izləyin”. Heç vaxt hansısa baş məşqçiyə deyə bilmərik ki, filankəsi mütləq götürün. İndiyə qədər belə söhbət olmayıb, olmayacaq da. Bizim işimiz klubların və millilərin oyunlarını izləməkdi. Kiminsə işinə qarışa bilmərik. Buna səlahiyyətimiz çatmır. Nəinki bizim, heç kimin. Mənə elə gəlir ki, Samir Ələkbərov belə danışmalı deyil. Komanda uduzursa, birinci məşqçi günahkardı. Oyunların sayı fərq etməz. O məşqçinin əlindən öpərəm ki, işini bacarmadığını boynuna alsın. Üç oyunda baş məşqçi olub. Həmkarları haqda belə şeylər söyləməsi düzgün deyil. Mən ona hörmət edərdim ki, səhvlər etdiyini boynuna alardı. Uşaqları hazırlaya, kökləyə bilməyib, amma boynuna almır. Ancaq deyir ki, Cahangir belə etdi, Aslan elə etdi. Onlar birlikdə futbol oynayıblar. Mən bunları başa düşmürəm. Məsuliyyəti boynundan atmaq lazım deyil. Səhvlər etdiyini desə, hamı ona hörmət edər”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar