17 noy 22:20aktual

Yığmada mətbuat katibi: yeni institut

Yığmada mətbuat katibi: yeni institut
Himayətoğlu Qurban Qurbanovla görüşü gözləyir
Qurban Qurbanovun millinin baş məşqçisi təyin olunması ilə ölkənin əsas komandasında islahatların aparılacağını hamı gözləyirdi. Yeniliklər özünü çox gözlətmədi. Belə ki, Qurban bəy baş məşqçi kimi yığmanın ayrıca mətbuat katibinin olması ilə bağlı qərar verdi. Ötən sayımızda xəbər verdiyimiz kimi, “Zirə”nin mətbuat katibi Elman Himayətoğlu bundan sonra eyni funksiyanı ölkənin əsas komandasında yerinə yetirəcək. O 2018-ci il yanvarın 1-dən yeni vəzifəsininin icrasına başlayacaq.
Yığmanın ayrıca mətbuat xidmətinin və ya mətbuat katibinin olması təcrübəsi dünyanın bir çox millilərində, eləcə də qonşu Rusiyada artıq neçə illərdi sınaqdan keçirilir və özünü doğruldur. Assosiasiya bütün ölkə futboluna cavabdehlik daşıdığından bəzən Mətbuat Departamentin əməkdaşları işlərinin çoxluğundan əsas komanda ilə bağlı müəyyən xəbərləri vaxtında ictimaiyyətə çatdıra bilmirlər. Bu üzdən ölkənin əsas komandasının ayrıca mətbuat katibinin olmasının operativlik baxımından daha faydalı olacağını düşünmək lazım gəlir. O başqa məsələ ki, millinin mətbuat katibinin üzərinə böyük məsuliyyət düşəcək. O istər yerli media nümayəndələri, istərsə də də əcnəbi jurnalistlərlə dil tapmağı bacarmalı, millinin ictimaiyyətlə əlaqələrində körpü funksiyasını yerinə yetirməlidi.
Misal üçün Rusiya millisinin mətbuat katibi İlya Kazakov demək olar ki, hər həftənin sonu mətbuatda çıxış edərək milli ilə bağlı son xəbərləri ictimaiyyətin diqqətinə çatdırır, düşərgədə yaşanan yeniliklrlə bağlı ətraflı məlumat verir. Bəs görəsən, Elman bəy yeni postunda hansı işləri görməyi planlaşdırır? Himayətoğlu məsələyə belə reaksiya verdi: “Açığı, yeni vəzifəyə hələ yeni təyin olunduğumdan və Qurban Qurbanovla görüşmədiyimdən gələcək planlarla bağlı indidən geniş danışmaq düzgün olmaz. Ancaq yeniliklər yəqin ki, olacaq. Ən başlıca məqsədim isə üzərimə düşən işi layiqincə yerinə yetirmək, ölkənin əsas komandası ilə mətbuat arasında vasitəçi olmaqdı. Hansı məsuliyyətin altına girdiyimi dərk edirəm və başa düşürəm ki, bütün ölkənin gözü millidə olacaq. Buna qədər klubda eyni funksiyanı yerinə yetirmişəm. Ancaq klubla yığma fərqli anlayışlardı. Klubun uğuruna öz azarkeşləri sevinirsə, yığmanın uğuru bütün ölkənin adı ilə bağlıdı. Televiziyada çalışarkən bəzi Olimpiadaların iştirakçısı olmuşam. Orda görürdüm ki, müxtəlif idman növləri üzrə yığmaların mətbuat katibləri, nümayəndə heyətlərinin sözçüləri işlərinə necə yanaşır, hər kiçik açıqlamaya necə həssas münasibət göstərirlər. Ümid edirəm ki, mənə etimad göstərən şəxslərin üzünü ağ etməyi bacaracam”.
Elman bəy “Zirə” rəhbərliyinin təyinatına isti yanaşdığını da bildirdi: “Klub rəhbərliyi mənə ancaq uğurlar arzuladı. Bildirdilər ki, ölkənin əsas komandasında çalışmaq, onun uğurları üçün səy göstərmək hamının borcudu. Mən də öz növbəmdə “Zirə” rəhbərliyinə təşəkkür edirəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar