16 noy 17:39aktual

Azərbaycan - Kosovo oyununun nəticəsi də şübhə altına düşdü

Azərbaycan - Kosovo oyununun nəticəsi də şübhə altına düşdü
Start fitinə 6 dəqiqə qalmış 0:0-a 1000 avro qoyan qəhrəmanlar da var
U-21-in ətrafında yaşanan söz-söhbət, komandanı son üç oyunda baş məşqçi kimi Almaniya və Kosovo önünə çıxaran Samir Ələkbərovun köməkçiləri və futbolçuları haqda səsləndirdiyi fikilər gündəmi zəbt edib. İki oyunda Almaniyaya böyük hesabla məğlub olan, “dorma divarlar” arasında Kosovonu yenə bilməyən millinin düşərgəsində, necə deyərlər, ara qarışıb, məzhəb itib. Uğursuzluğa görə hamı bir-birini ittham edir, baş məşqçi özünü vitrinə qoyulmuş manikenə bənzədir, köməkçisi “fişka” düzən olmadığını bildirir.
U-21-də xoşagəlməz olayların yaşandığı hələ Almaniya ilə ikinci oyundan sonra bəlli idi. “Dalğa Arena”dakı qarşılamadan sonra mətbuatda U-21-in oyununun qumara qoyulduğu barədə məlumat yayıldı. Daha dəqiq desək, sosial şəbəkə istifadəçilərindən biri qarşılaşmadan öncə oyunun böyük hesabla başa çatacağını, ilk yarıda almanların U-21-in qapısından 3 qol keçirəcəyi ilə bağlı dəqiq informasiyaya malik olduğunu qeyd etmişdi. Həmin şəxsin proqnozu özünü doğrultduğundan jurnalistlər matçdan sonra Ələkbərovdan məsələyə münasibət bildirməsini istəmişdilər. Samir bəy isə “stavka” söhbətinin həqiqəti əks etdirmədiyini, Almaniya kimi yığmalarala görüşdə belə hesabın gözlənilən olduğunu bildirmişdi. Bu söz-söhbətin üstündən heç bir həftə keçməmiş Kosovo ilə matçın da nəticəsinin əvvəlcədən razılaşdırılması ilə bağlı xəbərlər yayıldı. Etibarlı mənbədən bizə ötürülən bilgiyə görə, qarşılaşmanın heç-heçə başa çatması ilə bağlı əvvəlcədən razılıq əldə olunub.
Açığı, öncə buna inanmadıq. Ancaq qarşı tərəfin bizə ötürdüyü kuponda tanımadığmız şəxsin ilk hissənin və ümumi matçın heç-heçə bitəcəyinə 1000 avro pul qoyuluşu etməsi əksini tapıb. İlk baxışdan burda qeyri-adi heç nə olmadığını, hansısa mərc həvəskarının intuisiyaya arxalanaraq belə addım atdığını qarşı tərəfin diqqətinə çatdırdıq. Onu da bildirdik ki, oyunun danışılmış oldğunu bilən adam nəyə görə daha çox pul qoyuluşu etməyib? Onu da bildirək ki, Avropada fəaliyyət göstərən kontorlardan biri Azərbaycan – Kosovo qarşılaşmasına tək oyun kimi pul qoyuluşu qəbul edib. Hissənin və ümumi matçın heç-heçə başa çatması isə 5 əmsalla dəyərləndirilib. Bizə informasiya ötürən şəxsin məsələyə reaksiyası belə oldu: “Kupondan da görünür ki, pul qoyuluşu matçın startına 6 dəqiqə qalmış baş tutub. Adətən, son dəqiqələrdə pul qoyuluşu edən adamların əlində hansısa dəqiq məlumat olur ki, bu addımı atırlar. Belə deyək, həmin şəxslərin də əlbir olduğu insanlar var. Onlar son dəqiqəyədək informasiyanın səhih olub-olmadığını müəyyənləşdirir, məhz bundan sonra lazımi adamlara hərəkətə keçməyi tapşırırlar. O ki qaldı məbləğin azlığına, istər Azərbaycan olsun, istərsə də Avropa, 1000 avro heç də az pul deyil. Bu işin içində olanlar heç vaxt riskli addım atmağı xoşlamırlar. Təxmini pul qoyuluşuna isə 100-200 avro aralığında ödəniş edirlər. Bir də heç kim özünü yandırmaq iztəməz. Səhih məlumat ola-ola, bir adamın kartından yüksək ödəniş olarsa, bu istər-istəməz müəyyən şübhələrə yol aça bilər. Belədə həmin görüşə pul qoyuluşu dayandırıla bilər ki, bu da həmin şəxslərə sərf etmir. Bu üzdən pul qoyuluşu bir neçə nəfərin kartı üzərindən edilir və yekunda eyni məbləğ bir nöqtəyə çatır”.
Ola bilsin, bizmlə söhbət edən şəxs ehtimallar üzərindən danışdı və nümunə kimi bizə təqdim edilən kupon da təsadüfən uduş gətirib. Ancaq “od olmayan yerdən tüstü çıxmaz” deyimini nəzərə alaraq, bu məsələyə toxunmağı lazım bildik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar