16 noy 17:21aktual

“Neftçi” ürəyimizdə olan köhnə məhəbbətdi, “Qarabağ” da bəlli səbəbə görə yaranan kinetik sevgidi”

“Neftçi” ürəyimizdə olan köhnə məhəbbətdi, “Qarabağ” da bəlli səbəbə görə yaranan kinetik sevgidi”
QULU MƏHƏRRƏMLİ HƏLƏ DƏ FUTBOLUN ROMANTİZMİNİN ÖLMƏDİYİNİ DÜŞÜNÜR
Rubrikamızın budəfəki qonağı Azərbaycanın əməkdar jurnalisti, birvaxtlar dövlət televiziyasında məsul vəzifələrdən birini tutmuş Qulu Məhərrəmlidi. Futbol həvəskarı olan Qulu müəllimlə milyonların sevimli oyunu ilə bağlı söhbət etdik. Onun futbola yanaşma tərziylə tanış olmaq istəyirsizsə, müsahibəni oxumağa dəyər.
- Bir publisist kimi mövqeyinizi öyrənmək istərdim: futbol niyə ən populyar idman növüdü və bu mənada digər idman növlərindən fərqlənir?
- Əvvəla, futbolun ənənəsi qədimdi. İkincisi, oyunun tərkibində kütləvi yarışma elementləri var. Bununla yanaşı, oyunçuların sahəsi çoxdu. Futbolda şüurlarda olan qədimdən döyüş adət-ənənələrindən gəlmə pafosu oyadan hisslər var. Məncə, futbol buna görə populyardı və buna görə ona maraq var. Futbola dünyanın hər yerində baxırlar. Əsasən Avropada, qonşu Türkiyədə, Rusiyada, bir sözlə, dünyanın əksər yerlərində ona həvəs göstərirlər. Həm də ki, bilirsiz, futbolu populyarlaşdıran vasitələr var. Futbol televiziyaya çıxandan sonra xeyli populyarlaşdı. Bəzi xüsusi elementlər və şərhçilər futbola bir qədər də rəng qatdı. Bu da futbolun fəlsəfəsinə əlavə çalarlar qatdı.
- Elə sizə televiziya ilə bağlı sual verəcəkdim. Sizcə, televiziya olmasaydı, futbol bu qədər populyar bir idman növünə çevrilərdimi?
- Məncə, televiziya olmasaydı, futbol bu qədər populyar olmazdı. Məsələn, elə idman növləri var ki, televiziya onları gözdən saldı. Düzdü, televiziyadan əvvəl radio var idi, oyunları radioyayınlarla şərh edirdilər. Bu da baza hazırlamışdı. Amm telıeviziya meydana çıxandan, insanlar hər şeyi görəndən, meydançanı və stadionu duyandan sonra futbol daha da populyarlaşdı. Bir sözlə, burda televiziyanın rolu danılmazdı. Ümumiyyətlə, dünya çempionatlarının işıqlandırılmasında televiziyanın və şərhçilərin rolu böyük oldu və bütün bunlar futbolun populyarlaşmasına xidmət etdi.
- Bizim şərhçilərin nitq qabiliyyətindən razısız?
- Ad çəkmək istəmirəm, amma bəzilərinin çox yaxşı formalaşdığını düşünürəm. Danışıq tərzləri yaxşıdı, dilimizi yaxşı bilirlər, futbolu da anlayırlar. Amma yaxşı şərhçilərin sayı çox azdı. Elələri də var ki, nə səsi efirə yaxşı düşür, nə də normal nitq qabiliyyəti var. Heç futbolu da normal şərh edə bilmirlər. Meydanda elə vəziyyətlər yaşanır ki, onlar həmin duruma münasibət bildirməlidi, amma situasiyanı qiymətləndirə bilmir və ya hardasa yersiz müdaxilələr edirlər. Mən bunu yaxşı bilirəm və hətta şahidi də olmuşam ki, tamaşaçılar televizorun səsini alıb şərhçiləri dinləmək istəmirlər. Amma mənə elə gəlir ki, futbol şərhçiləri arasında nisbətən ənənə yaranır, uyğun gəlməyənlər və peşəkar olmayanlar sıradan çıxır. Bu mənada “Lider” və ANS telekanalının şərhçiləri böyük rol oynadı. Ənənəyə malik olan Az.TV-nin şərhçiləri var idi. Buna misal olaraq Qərib Əhmədlinin, Valid Sənani və Sabutay Quliyevin adını çəkə bilərəm. Onlar həm futbolu gözəl bilirdilər, həm də oyunu gözəl şərh edirdilər. Elə indinin özündə “İdman Azərbaycan” kanalının yaxşı şərhçiləri var. Arzu edərdim ki, səviyyə daha da qalxsın, emosionallıqla ağlı birləşdirən şərhçilər olsun , yaxşı bilikləri olsun, proqnoz vermək qabiliyyətləriylə yadda qalsınlar. Ümumiyyətlə, yüksək dünya görüşlü şərhçinin olması çox vacibdi. Söhbət Ozerov, Maslaçenko və Maxaradze kimi şərhçilərdən gedir. Təbii ki, onları indiki nəslin şərhçiləri ilə müqayisə etmək çətindi.
- Azərbaycanda elə futbol azarkeşləri var ki, bir oyun həm Rusiya, həm Türkiyə, həm də bizim telekanallarda gedəndə bizimkilərə yox, rus və ya türk şərhçilərə üstünlük verir. Bu bizim şərhçilərin onlardan geri qalmasıyla bağlıdı, yoxsa qulağımız rus və türk dilində şərhlərə alışdığına görədi?
- Burda yaddaş və psixoloji məqam rol oynayır. Bizdə nəsə belə düşünürlər ki, ev buzovundan öküz olmaz. Yəni futbolu bizimkilər yayınlayırsa, burda nəsə problem olacaq. Amma mən “CBS Sport”un yayınlarına baxıram, onların yayınlarında kameraların işi, şərhçilərin oyunu aparmaq tərzi diqqətimi cəlb edir. Görürəm ki, peşəkardılar. Çox istərdim ki, futbola öz telekanallarımızda baxaq. Bunun üçün də nə tələb olunur? Yüksək səviyyədə peşəkarlıq, yüksək bilik, zövq... Belədə bizim oyuna da, oyunçulara da rəğbətimiz artacaq.
- Həmkarlarınız arasında və ya tanıdığınız başqa məşhur insanlar arasında kim daha emosional futbol azarkeşidi?
- Çevrəmizdə ayrıca futbol azarkeşləri var. Məsələn, mən onu bilirəm ki, Elçin Şıxlı “Barselona”ya azarkeşlik edir, İbrahim Nəbioğlu “Qalatasaray” fanatıdı. Onların futbola bağlılığı yüksək emosional səviyyədədi. Şəxsən mən elə futbol azarkeşi ola bilmərəm. Dünya və ya Avropa çempionatı olanda yaxşı oyunlara baxıram və bundan zövq alıram. Bəzən elə olur ki, iki nəfərin azarkeşlik etdiyi komandaya qol vuranda mən əl çalıram, onlar da mənə çox tərs-tərs baxır. Təbii ki, çoxluq arasına düşəndə özümü çox ehtiyatlı aparıram.Ümumiyyətlə, Azərbaycan millisi və ya klublarımız əcnəbi komandalarla oynayanda, təbii ki, özümüzkülərə azarkeşlik edirəm. Amma onu da deyim ki, mən İspaniya futbolunun vurğunuyam. Məsələn, vaxtım olanda İngiltərə premyer-liqasının oyunlarına baxıram və bu çempiontın oyunlarından çox zövq alıram. Ya da ki, dünya çempionatlarında Almaniyanın oyunu məni çox qane edir. Son DÇ-də Braziliya ilə Almaniya arasındakı oyundan öncə özümdə cəsarət tapıb braziliyalıların uduzacağını söyləmişdim. Həqiqətən də çox biabırçı hesabla uduzdular. Futbol bir növ azartdı, əyləncədi, amma eyni zamanda ağıldı, düşüncədi. Bu oyuna həm ağılla, həm də hisslə baxmalısan.
- Az.TV-nin “Telefortuna” komandası var idi, orda heç oynamaq istəmisiz?
- Oynamaq istəməyi bir kənara qoyaq, “Telefortuna”nı demək olar ki, mən formalaşdırmışam. Orda Elnur Əşrəfoğlu və Altay Əliyev də oynayırdı. “Telefortuna”nın əsasını da, demək olar ki, “Səhər” proqramımın əməkdaşları təşkil edirdi. Təbii ki, rejissorlar və yaxşı bacarıqlı uşaqlar var idi. Bu, bir növ bizim üçün zövq mənbəyi idi və bizi məmnun edirdi.
- Sonuncu dəfə nə vaxt futbol oynamısız?
- Sonuncu dəfə bu yay çimərlikdə futbol oynamışam. Özü də nəvəmlə birgə. Hesab edirəm ki, hələlik yaxşı da alınır. Amma böyük meydançalara getmək imkanım yoxdu.
- İlk dəfə neçənci ildə futbola baxmısız, ilk olaraq hansı böyük turnir yadınızda qalıb?
- Tam dəqiq xatırlamıram, amma onu bilirəm ki, onda Braziliya dəbdə idi. Pele adını onda eşidirdik və görürdük. Eysebionun oyununa baxırdıq. Həmin dönəmlərdə neçə-neçə məşhur oyunçuların çıxışından həzz alırdıq. O da bizdə həvəs yaradırdı ki, yaxşı futbolçu da olmaq mümkündü. Futbolun cazibəsi fərqlidi.
- Sizə elə gəlmir ki, artıq futbolda romantizm ölür, həmin illərin ab-havası indi yoxdu. Futbol artıq biznesin bir sahəsinə çevrilib.
- Mən belə düşünmürəm. Futbol hələ də romantizmini saxlayır. Sadəcə, biz yaşa dolduqca bizdə dediyiniz fikirlər formalaşır. Yeni nəsil gəlir və onlar futbola şövqlə yanaşırlar. Bu da önəmli məqamdı.
- Məsələn, siz 222 milyonluq Neymar transferinə necə loyal yanaşırsız? Yəni belə məqamlar futbolun romantizminə mənfi təsir göstərmir? Futbolçuya görə bu qədər pul xərcləməyə dəyərmi?
- Qaydayla və müqaviləylə futbolçunu alıb satmaq başqa şeydi, amma futboldan kənar alver başqa şeydi. Məhz meydandan kənar sövdələşmə futbolu gözdən salır, onun əxlaqını zədələyir, futbola olan münasibətə müəyyən mənada toxunur. Məncə, nə qədər şəffaf və gözəllik olsa, futbol bir o qədər cazibəsini saxlayar.
- Qulu müəllimə hansı komanda daha doğma gəlir, “Qarabağ”, yoxsa “Neftçi”?
- Bilirsiz, “Neftçi” bizim ürəyimizdə olan köhnə məhəbbətdi, “Qarabağ” da bəlli səbəbə görə yaranan kinetik sevgidi. Bu ürəyin içindən gələn məhəbbətdi. Hər ikisini sevirik və hər ikisinin uğurlarına sevinirik. Vaxtilə “Neftçi”də oynayan Elbrus Abbasov mənim qonşumdu. Onunla hərdən futbol müzakirəsi aparıram, o günləri xatırlayırıq. Elbrus müəllim mənim üçün “Neftçi”ylə “Qarabağ”ı birləşdirən adamdı (gülür). Hər iki klubu qəbul edirəm və sevirəm.
- Təsəvvür edin ki, sizə sovet dövrünün “Neftçi”sinə aid bir filmə ssenari yazmaq təklif ediblər. Bu yükün altına girə bilərsiz?
- Yadızdadısa, “Neftçi” Birlik Kubokunun qalibi olmuşdu. Üstəlik, prinsipial görüşdə erməniləri də məğlub etmişdi. Mənə həmin epizodla bağlı ssenari yazmağı təklif etdilər, mən də bunu etdim və yaxşı da qonorar aldım. Belə bir şey olsa, yenə də yazaram. Hər halda, bizim işimiz yazmaq, onların işi isə yaxşı futbol oynayıb milləti sevindirməkdi.
- Yəqin ki, ÇL-də “Qarabağ”ın oyununu izləyirsiz. “Köhlən atlar”ın belə mötəbər turnirdə çıxışı haqda nə deyə bilərsiz?
- Bəli, izləyirəm və bütün oyunlarına da baxıram. Faktiki olaraq Azərbaycan miqyası üçün bu səviyyədə oyun nümayiş etdirmək məni çox sevindirir. Həmin futbolla birgə bizim düşüncələrimiz və istəklərimiz böyüyür, inamımız artır. Mən “Qarabağ”ın oyununa ləzzətlə baxıram və arzu edirəm ki, bu öz məntiqi sonluğuna doğru getsin.
- Sonuncu, amma qeyri-adi sual. İstərdim ki, belə bir paralel aparasız: İtaliyasız DÇ Qulu Məhərrəmlisiz Az.TV deməkdimi?
- Mənə elə gəlir ki, siz çox yaxşı müqayisə aparırsız (gülür). Çox yerinə düşən müqayisədi. Formasız çətindi. Hər şeyin gözəlliyi olduğu kimi, futbolun da, yaradıcılığın da öndə gedənləri olur. Axsayıb futbol oynamaq mümkün olmadığı kimi, qeyri-peşəkar olub televiziyada şərhçi işləmək də mümkünsüzdü. Ona görə arzulayıram ki, futbolçu da peşəkar olsun, televiziya işçisi də öz işinin öhdəsindən peşəkarlıqla gəlsin.
Tahir MİRZƏ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar