16 noy 17:03aktual

“Forza Neftçi” bəyanat yaydı, klub qərar verdi

“Forza Neftçi” bəyanat yaydı, klub qərar verdi
Tərlan Əhmədov Elnur Cəfərovu əvəzedici heyətə göndərdi
Elnur Cəfərov ətrafında yaşananlara “Neftçi”nin sadiq azarkeş qrupu “Forza Neftçi” də biganə qalmayıb. “Forzalılar” avtomobil məsələsində səbr etməyi üstün tutmuşdularsa, Elnurun azarkeşlə o cür danışması azad azarkeş qrupunun üzvlərini də hiddətləndirib. Belədə “Forza Neftçi” bəyanat yayaraq, Cəfərovun “Neftçi”dən qovulmasını tələb edib.
“Forza Neftçi” olaraq klub rəhbərliyindən tələb edirik ki, Elnur Cəfərov komandadan qovulsun. Çıxıb üzr istəsə, komandamız 10 nəfərlə qalsa belə, biz onu “Neftçi”də görmək istəmirik. Əks halda istər “Bakcell Arena”nı, istərsə də rəqib meydanını onun üçün cəhənnəmə çevirəcəyik!
Hörmətsiz Elnur Cəfərov, bu müraciətimiz sənədi. İstənilən bir insanı yüksəldən də, onu qəhrəman edən də, xalq artisti edən də, varlı, məşhur edən də, adam edib hörmətə mindirən də, bir sözlə, sevdirən də, nifrət etdirən də onun izləyicisi, tamaşaçısı olur, yəni XALQ! O xalq heç vaxt yanılmır, öz tərəzisində hər kəsə layiq olan rəqəmi göstərir. Bu rəqəm isə onsuz da səndə Almaniya (0:7) ilə oyundan sonra sıfra yaxınlaşmışdı. İndi mənfiyə düşmüsən artıq. Sənə azarkeşin nə demək olduğunu futbol məktəbində öyrətməliydilər. Bəlkə də öyrədiblər, amma sən həmin dərsdə bahalı maşın, pul, şan-şöhrət, gələcəkdə böyüyüb necə “oğlan yandırmaq” xəyallarına dalmışdın. Təəssüf ki, bu dərsin məzmununu sənə “Forza” keçəcək.
1-ci tapşırığımız odu ki, bizim haqqımızda məlumat al, hansı klubda oynadığını, hansı qrupla üz-üzə durduğunu bir də düşün. Azarkeşin nə olduğunu müəyyən qədər bilmiş olacaqsan. “Forza Neftçi” olaraq istənilən klubun azarkeşinə edilmiş hörmətsizliyin qarşılığında heç vaxt susmayacağıq. Sən hansı yaşına, hansı əməllərinə görə belə yekə danışıb, azarkeşi təhqir edirsən?! Bəxtin onda gətirib ki, bu qədər biabırçı məğlubiyyətlərdən sonra səndən hesab tələb edən azarkeşlərin qarşısında başıaşağı dayanmırsan.
2-ci tapşırığımız praktiki olacaq. Əlbəttə, cürət edib “Qəbələ” ilə oyunda meydana çıxsan. Səni də Katalin Tiranın aqibəti gözləyir. Sənin kimi harınlayıb azarkeşi təhqir edən “futbolçu” o böyük “Neftçi” formasına yaraşmır. Bizim millətin, bizim azarkeşin xarakteri var. Odu ki, sən istər Ronaldo ol, istər Elnur. Qanacağın olmayandan sonra oynadığın oyun da özünə qalsın.
Bəli, biz xaricdə deyilik, burdayıq. “Forza”nın məkanı hər kəsə bəllidi. Nə sözün olsa, yaza bilərsən. Oğlan “yandırmaq”, “söndürmək”, “sındırmaq”, hörmət, tərbiyə, paxıllıq, sevgi, kriminal və sair mövzularda istəsən, bu azarkeş sənə dərs keçə bilər. Bu səhvin bağışlanmayacaq”.
Elnurun addımına klub rəhbərliyi də biganə qala bilməzdi. Əslində bu haqda ötən sayımızda xəbər vermişdik. Futbolçunun yığmanın toplanışından qayıdandan sonra Tərlan Əhmədovla görüşəcəyi, baş məşqçinin ondan əməlinə görə izahat istəyəcəyi məlum idi. Cərimələnəcəyinə, yaxud cəzalanacağına şübhə ola bilməzdi. Odu ki, dünən “Nefçi”nin saytında məsələylə bağlı qərarı oxuyanda təəccüblənmədik: "Neftçi”nin futbolçusu Elnur Cəfərov baş məşqçi Tərlan Əhmədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib. Futbolçu həmçinin klubun intizam məcəlləsinə uyğun olaraq cərimələnib. Buna səbəb Elnur Cəfərovun U-21-in heyətindəki çıxışı və sosial şəbəkələrdəki hərəkəti ilə milli komandanın və klubun ictimai nüfuzuna xələl gətirməsidi”.
Tərlan Əhmədova bu addımına görə alqış düşür. Futbolçunun intizamı hər şeydən vacibdi ki, baş məşqçi bunu yaxşı bilir. Və çox güman, Cəfərov qış fasiləsində əsas komandadan uzaqlaşdırılacaq. Yəni “Xəzər Lənkəran”ın şərəfini qoruyanda “heç vaxt “Neftçi”də oynamaram” deyən futbolçu artıq indidən gələcək planlarını cıza bilər. Bu da Elxan Abdullayevin daha bir kadrı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar