16 noy 16:04aktual

UEFA-nın AFFA-dakı nümayəndəsi “Futbol+”ə danışdı

UEFA-nın AFFA-dakı nümayəndəsi “Futbol+”ə danışdı
Kamran Cəbrayılov: “Yekun nəticəni qısa vaxtda ictimaiyyətə açıqlayacağıq”
Birinci divizionda çıxış edən klubların baş məşqçilərinin və kapitanlarının AFFA-ya dəvət olunduğunu ötən sayımızda xəbər vermişdik. Baş katib Elxan Məmmədovun, PFL prezidenti Ramin Musayevin, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun və UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılovun da iştirak etdiyi toplantıda əsas müzakirə mövzusu oyun alğı-satqısı ilə bağlı yaşanan xoşagəlməz olaylardı. Aşağı dəstə təmsilçilərinin nümayəndələrinə bir daha bildirilib ki, hansısa futbolçunun və ya klubun adı nəticəsi əvvəlcədən razılaşdırılmış oyunlarda hallansa, ciddi tədbirlərə əl atılacaq.
Toplantıda daha nələrin müzakirə olunduğunu öyrənmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün qitə futbol qurumunun danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi, futbol ictimaiyyətinə o qədər də tanış olmayan Kamran Cəbrayılov ilə söhbətləşməyi lazım bildik.
- Bazar ertəsi baş tutan təcili toplantı futbol ictimaiyyəti arasında bir qədər qeyri-adi qarşılandı. 8 turdan sonra belə iclas keçirilirsə, deməli, yenə də kimlərsə oyun alğı-satqısına aludə olub.
- Müəyyən müraciətlərin daxil olduğunu qeyd etməliyəm. Ancaq belə tədbirin keçirilməsi əvvəlcədən nəzərdə tutulmuşdu. Klub nümayəndələri ilə görüşün keçirilməsi, maarifləndirici söhbətin aparılması işimizin tərkib hissəsidi.
- Söhbət gəzir ki, adı oyun alğı-satqısında hallanan şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Ötən il cəzalanan klubların rəhbərliyi və futbolçular eyni aqibətlə üzləşə bilər?
- Onlarla bağlı görülən tədbirlər ictimaiyyətə açıqlanıb. İki klub çempionatdan kənarlaşdırılmışdı, bəzi futbolçular İntizam Komitəsinin qərarına əsasən mövsümün sonuna kimi cəzalanmışdı. Belə deyək, həmin şəxslər barədə ölçü götürülüb.
- Belə çıxır ki, həmin futbolçular 6 ay futbol oynamamaqla günahlarını yumuş oldular?
- İntizam Komitəsinin qərarı belə olub.
- Son toplantıda bu məsələ ilə bağlı daha sərt addımlar atılacağı bildirilib. Sərt cəza deyiləndə nə nəzərdə tutulur?
- UEFA-dan bizə göndərilən məlumatları araşdırıb nəticə əldə etdikdən sonra bütün sənədləri hüquq-mühafizə orqanlarına təqdim edəcəyik. Onlar isə qərar verməkdə müstəqildilər. Bildiyiniz kimi, artıq Cinayət Məcəlləsinə də danışılmış oyunlarla bağlı dəyişikliklər edilib. 192.2 maddədə göstərlib ki, bu işlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunur. Ötən ilin noyabrında qanunvericiliyə edilən dəyişikliyə görə bu işdə əli olanları 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Əməl təkrar və ya cinayətkar qrup tərəfindən törədildikdə isə 6 ildən 8 ilədək azadlıqdan məhrumedilmə nəzərdə tutulub.
- Ekspertlər arasında kimlər var?
- Onların adını ictimaiyyətə açıqlamaq etik baxımdan düzgün olmaz. Bu həmin şəxslərin fəaliyyətinə də təsir göstərə bilər. Ancaq sizi əmin edirəm ki, biz tam şəffaf şəkildə işləyir və qısa zamanda nəticə əldə etməyə çalışırıq.
- Qeyd etdiz ki, UEFA-dan gələn məlumatlar əsasında araşdırma aparırsız. Maraqlıdı, qitə futbol qurumu hansısa matçın nəticəsinin əvvəlcədən razılaşdırıldığını necə müəyyənləşdirir?
- UEFA çempionat oyunlarını izləməklə yanaşı, İnterpol və müxtəlif hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir. Təbii ki, onların da müəyyən əməliyyat-axtarış texnikaları var. Bundan başqa, qitə futbol qurumu mərc kontorları ilə də işbirliyindədi. Bukmeker kontorları qeyri-adi pul qoyuluşları olanda bu haqda UEFA-ya məlumat ötürür.
- Birinci divizionda artıq 8 tur geridə qalıb. Cari mövsümdə nəticəsi şübhə doğuran matçlar barədə məlumat almısız?
- Bu haqda konkret açıqlama verməyim düz olmaz.
- Nəticəsi şübhə doğuran oyunların sayını və ya komandaların adlarını söyləməyinizi istəmirik. Sadəcə, nəticəsi şübhə doğuran, xüsusi araşdırmaya ehtiyac duyulan qarşılaşmaların olub-olmadığını bilmək istəyirik.
- Belə deyək, müəyyən məlumatlar almışıq və araşdırma gedir. Yekun nəticəni qısa vaxtda ictimaiyyətə açıqlayacağıq. Əldə olunn faktlar ötənilki ilə müqyisədə daha ciddi nəticələr doğurur. Hər şübhəli məqam ekspertlər tərəfindən dəfələrlə izlənilir ki, ortada yanlışlıq olmasın.
- Aşağı dəstə ilə yanaşı, U-19-ların, bəzən əvəzedicilərin də çempionat qarşılaşmaları bukmeker kontorları tərəfindən mərc həvəskarlarına təqdim olunur. Bu liqalarla bağlı məlumatlar daxil olmayıb?
- AFFA bayrağı altında keçirilən bütün liqaların oyunları nəzarətimiz altındadı. Hansısa məlumat daxil olsa, araşdırma aparılacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar