15 noy 18:34aktual

Tərlan Əhmədov Elnur Cəfərovla bağlı qərarı sabah verəcək

Tərlan Əhmədov Elnur Cəfərovla bağlı qərarı sabah verəcək
Futbolçu cəzalana, ya da cərimələnə bilər
Elnur Cəfərovun şəxsi “instaqram” səhifəsində paylaşdığı şəkil son günlər davam edən sükutu pozdu. U-21-in Almaniyaya 0:7 hesablı biabırçı məğlubiyyətindən cəmi 2 gün sonra gənc futbolçunun sosial şəbəkədə “Chevrolet Camaro” markalı avtomobilin şəklini paylaşması birmənalı qarşılana bilməzdi. Faciəyə görə gözə görünməməli olan futbolçunun özünün, ya da kiminsə maşınını reklam etməsi ictimai qınağa səbəb oldu. Vaxtilə “Xəzər Lənkəran”da çıxış etdiyi dönəmdə danışığı və davranışları ilə özünü “oğru dünyasının” nümayəndələrinə bənzədən Elnur indi bu yolla diqqətləri üzərinə çəkməyi qarşısına məqsəd qoyub. Portuqaliyanın, ardınca Xorvatiyanın aşağı liqalarında özünə yer edə bilməyən birinin atdığı bu addım isə birmənalı savadsızlığından, dünyagörüşünün olmamasından xəbər verir.
Belə hadisələrin baş verməməsi, başqalarının da dərs alması üçün böyüklərin, belə deyək, məşqçilərin qulaqburması vacibdi. Məsələn, U-21-in baş məşqçisi Samir Ələkbərovun Cəfərovun əməlinə layiqli cavabı onu Kosovo ilə bugünkü matçda ehtiyatda saxlamaq olar. Ya da təlim-məşq toplanışına görə verilən günlük pulun kəsilməsinə nail olmaq. “Neftçi”də isə Tərlan Əhmədov nizam-intizam tərəfdarı olduğunu göstərməlidi. Hər şeydən əvvəl futbolçu “Neftçi”yə məxsusdu və onun hər bir əməli bu klubun adıyla bağlıdı. Kimsə əsas gətirə bilər ki, bəs sosial şəbəkədən istifadə futbolçunun şəxsi həyatıdı və buna heç kim qarışa bilməz. Xeyr! Əsla!
Həmin məntiqlə Elnur bu gün pivə içən, sabah da gecə klubunda əylənən yerdə çəkilən şəkilləri sosial şəbəkədə paylaşa bilər. Bundan əziyyət çəkən isə “Neftçi” olacaq. Çünki tənqidlər futbolçu ilə yanaşı, məxsus olduğu kluba da ünvanlanır. Adamlar klubun başsız olduğunu, buna görə futbolçuların hər cür əməldən çıxa biləcəyini düşünür. Necə ki Elnurun məlum hərəkətindən sonra mətbuatda dəfələrlə “Neftçi”nin adı hallandı. Qısası, hər bir futbolçunun xoşagəlməz hərəkəti təmsil etdiyi klubun imicinə ziyan vurur. Bu isə şəxsi müqavilənin və klubun daxili intizam məcəlləsinin tələblərinə ziddi.
Dünən həm Samir Ələkbərov, həm də Tərlan Əhmədov ilə danışmağa cəhd etdik. Birincinin telefonu qapalıydısa, ikinci ardıcıl zənglərimizi cavabsız qoydu. Buna baxmayaraq, “Neftçi”yə yaxın mənbədən bu məsələ ilə bağlı məlumat əldə edə bildik. Belə ki, Elnur Cəfərov Kosovo ilə matçdan sonra, yəni sabah “ağ-qaralar”ın məşqlərinə qoşulacaq. Elə baş məşqçinin də gözlədiyi budu. Mətbuatda oxuduqlarına və gördüyü həmin şəklə görə əsəbləşən Əhmədov futbolçu ilə söhbətdə Cəfərovun əməlinin səbəbini soruşacaq. Başqa cür desək, izahat tələb edəcək. Klubun daxili intizam məcəlləsinin şərtləri əsas gətirilərək futbolçu cəzalana, yaxud cərimələnə bilər. Lakin bu yöndə dəqiq bilgi əldə edə bilmədik. Çünki ilk növbədə baş məşqçiylə futbolçu görüşməlidi. Hansısa qərar açıqlanandan sonra klubdan bununla bağlı rəsmi açıqlama veriləcək. Elnurun qısa müddətə əvəzedici komandaya göndəriləcəyi istisna olunmur. Lakin canını pul cəriməsi ilə qurtarması da mümkündü. Hər halda, gözləyək....
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar