13 noy 20:23aktual

“Bakı”nın bazası keçmiş günlərini xatırlatdı

“Bakı”nın bazası keçmiş günlərini xatırlatdı
Aqil Məmmədov: “Mən daha hərəkətli, topla daha yaxşı davranan komanda görmək istəyirəm”
Şənbə günü birinci divizionda 8-ci tura start verildi. İlk oyun günündə iki qarşılaşma nəzərdə tutulmuşldu ki, onlardan biri “Bakı”nın təlim-məşq bazasında keçirildi. MOİK aşağı dəstənin debütantı “Sabah”ı qonaq edirdi.
Keçmiş günlərini xatırladan baza
Srağagün Biləcəridəki arenada həyat qaynayırdı. Təbii örtüklü meydanda iki elita təmsilçisi - “Qəbələ” və “Zirə” yoldaşlıq oyununda üz-üzə gəlirdisə, tribunalara toplaşanlar süni örtükdə “hərbçilər”lə “tələbələr”in çempionat oyununa tamaşa edə bilərdilər. Bu qarşılaşmalardan öncə isə U-15 liqasında “İsgəndər Cavadov Bakı Futbol akademiyası”nın komandası “Viləş”lə qarşılaşmışdı. Bu üzdən çoxdan bu qədər azarkeşə, media nümayəndəsinə həsrət qalan baza sanki, türklər demişkən, əski günlərinə qayıtmışdı. O günlərə ki, bazanın darvazasından içəri girəndə sanki başqa aləmə düşürdün. Bir tərəfdə aşağı yaş qruplarının məşqləri, başqa tərəfdə legionerlərlə bol əsas komandanın hazırlığı... Adam bilmirdi hansı meydana baxsın, hansı komandanın məşqini izləsin. Texniki personalda çalışanların sayını da bəlkə heç rəhbərlik dəqiq bilmirdi. Stadionun nəzdində fəaliyyət göstərən kafe isə futbol ictimaiyyətinin bir çox tanınmış simalarının toplaşdığı məkan idi. Məlum olaylara görə az qala dağılmaq təhlükəsi ilə üz-üzə qalan baza, deyəsən, yenidən ölkənin futbol ailəsinə dönmək üzrədi.
İkinci hissədə coşan “hərbçilər”
Aqil Məmmədovun rəhbərliyi altında 3-cü görüşü keçirən MOİK çempionluq uğrunda mübarizəni davam etdirmək üçün “Sabah”la görüşə də qələbə əzmi ilə çıxmışdı. Ancaq “hərbçilər”i asan sınaq gözlədiyini də söyləmək olmazdı. Arif Əsədovun baş məşqçisi olduğu komandanın heyətində yetərincə premyer-liqa təcrübəsi olan futbolçuların olması oyunun maraqlı idman mübarizəsi şəraitində keçəcəyindən xəbər verirdi. Elə gözləntilər də özünü doğrultdu. Yeri gəlmişkən, oyun saat 14.30-da başlamalı olsa da, 15 dəqiqə gecikdi. Buna səbəb isə U-15 liqası çərçivəsində keçirilən matçın gec başa çatması oldu. Hər iki komanda “ən yaxşı müdafiə hücumdu” prinsipinə əsaslanaraq ilk dəqiqələrdən xoşbəxtliyi rəqib qapısı önündə axtarmağa başladı. Qarşılıqlı hücumlar şəraitində keçən 10 dəqiqədən sonra “tələbələr” müəyyən oyun üstünlüyünə yiyələndilər. Əsədovun yetirmələrinin həmlələri daha kəsərli alınır, hücumlar qapıya zərbə ilə yekunlaşırdı. Rəqibi əks-hücumda yaxalamağa çalışan meydan sahibləri də ara-sıra irəli atılsalar da, bu o qədər effektli alınmırdı. Buna baxmayaraq, 36-cı dəqiqədə sevinən tərəf “hərbçilər” oldu. Orxan Həsənov komandasının ilk qolunun müəllifi oldu. Lakin Məmmədovun komandası kapitanın qoluna doyunca sevinə bilmədi. Bir dəqiqə sonra cərimə meydançası daxilində yaranan qarışıqlıqdan yararlanan Bayram Nurizadə tarazlığı bərpa etdi. Komandalar fasiləyə elə bu hesabla yollandılar.
“Mil-Muğan”la oyunda olduğu kimi, bu dəfə də MOİK ikinci yarıda coşdu. İlk hissədə o qədər də xoş təsir bağışlamayan “hərbçilər” paltardəyişmə otağından qayıtdıqdan sonra daha sürətli oyun nümayiş etdirməklə rəqibi öz qapısına doğru sıxışdırmağı bacardı. Bunun da bəhrəsini çox çəkmədən gördülər. 59-cu dəqiqədə sol cinahdan qurulan hücumdan sonra “Sabah”ın müdafiəçiləri topu uzaqlaşdırmaq istəyərkən “mərmi” İsmayıl İbrahimlinin qarşısına düşdü. “20 nömrə” isə təxminən 22 metrdən topu “doqquzluğ”a sancdı. Hesabda önə çıxmasına baxmayaraq, meydan sahiblərinin növbəti qol axtarışı davam edirdi. 75-ci dəqiqədə Bilal Abbaszadə hesab arasındakı fərqi iki topa çatdırınca, “hərbçilər”in qələbə qazanacağına heç kim şübhə etmədi. Son dəqiqələrdə Bəhruz Teymurov yaxaladığı iki real qol şansından yararlana bilsəydi, fərq daha böyük ola bilərdi. Onun bir zərbəsi dirəkdən döndüsə, birini də qapıçı dəf etdi və matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşdı.
Oyundan sonra “hərbçilər”in baş məşqçisi Aqil Məmmədova yaxınlaşıb, oyunla bağlı fikirlərini öyrəndik: “Artıq 3-cü oyundu komanda rəhbərliyim altında meydana çıxır. “Ağsu” ilə oyunda da qələbəyə yaxın idik. Lakin son dəqiqədə qapımızda qol görməklə 3 xalı əldən verdik. Qələbəmizlə yekunlaşan son iki qarşılaşmada nəticənin istədiymiz kimi olmasına baxmayaraq, hələ ki komanda sırf mən istədiyim oyunu sərgiləmir. Mən daha hərəkətli, topla daha yaxşı davranan komanda görmək istəyirəm. İnanıram ki, oyundan-oyuna futbolçular istədiyimi göstərə biləcəklər”.
MOİK-in rəisi, polkovnik-leytenant Rəşad Quliyev isə açıqlama vermək istəmədi. O bunun üçün Müdafiə Nazirliyinin mətbuat xidmətindən icazə almalı olduğumuzu bildirdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar