13 noy 20:05aktual

Elnur Cəfərov şəkil paylaşdı, Emin Mahmudov onu biabır etdi

Elnur Cəfərov şəkil paylaşdı, Emin Mahmudov onu biabır etdi
0:7-yə üzülməli olan futbolçu avtomobili reklam edir
Azərbaycanlı futbolçuların futboldan başqa hər şeyə ciddi maraq göstərməsinə illərdi şahidlik etməkdəyik. Təbii, hər kəsə aid deyil. Bu mənada xüsusilə vaxtilə kasıbçılıqla yaşayıb firavan həyatı arzulayanlar, əli təzə-təzə pulla oynamağa başlayanlar fərqlənir. Elə buna görədi ki, gənc və yeniyetmə yaşlarında xoş gələcək vəd edənlərin böyük əksəriyyəti 18-20 yaşına çatan kimi vaxtından əvvəl “sönür”. Çünki başqa sahələrə, əyləncə növlərinə göstərdikləri xüsusi marağı futbola yansıda bilmirlər. Biri qəlyan “xəstəsidi”, bir başqası obyektə həvəslidi, böyük qismi də bahalı avtomobillərə. Sanki dəbdə olan avtomobil almaqla bir anda böyük futbolçuya çevriləcək, hamı bundan danışacaq. Və ən qəribəsi, “dəmir dost”unu sosial şəbəkədə paylaşıb, dost-tanışına “gözdağı” verməsidi.
Son 2-3 ildə futbolda müşahidə olunan maliyyə böhranından sonra belə halların sayı nəzərəçarpan dərəcədə azalmışdı. Pis-yaxşı futbollarını oynamaqla məşğul idilər. Bu dəfə sükutu Elnur Cəfərov pozmağı qərara alıb. “Xəzər Lənkəran” məktəbinin yetirməsi şəxsi “instaqram” səhifəsində qırmızı rəngli “Chevrolet Camaro” markalı avtomobilin şəklini paylaşaraq diqqətləri üzərinə çəkib. Təbii, sükan arxasında oturan “Neftçi”nin futbolçusu deyil. Ola bilsin, son zamanlar gənclərin sevdiyi bu maşını almaq onun arzusudu. Ya da yaxın vaxtlarda “Camaro”ya sahib olacağına dair ismarıc verib. Öz işidi, sağlığına qismət, xeyir işlərə sürsün. Dərd başqadı.
Acınacaqlı məqam həmin şəkli noyabrın 11-də paylaşmasıdı. Yəni Cəfərovun da heyətində olduğu U-21-in Almaniyadan 7 cavabsız qol buraxdığı oyundan cəmi iki gün sonra. Təsəvvür edin, futbolçunun formasını geydiyi yığma almanlar önündə qapazaltı olur, milyonların nifrətini qazanır və həmin yığmanın aparıcı oyunçusu iki gün sonra sosial şəbəkədə maşın şəkli paylaşır. Halbuki bunun əvəzinə susmaq ən yaxşı yol idi. Və ya faciəvi yenilgiyə görə ictimaiyyətdən üzr istəmək.
2-3 il əvvəl gələcəyi haqda ağızdolusu danışılan, buna baxmayaraq, Portuqaliya və Xorvatiyanın aşağı liqalarında nəyə qadir olduğunu göstərə bilməyən Cəfərovun “ayıbına kor olub” susmaq əvəzinə bu cür addım atması birmənalı qarşılanmayıb. Elnurun həmin avtomobilə sahib olduğunu düşünənlərdə müəyyən şübhələr yaranıb ki, bu da başadüşüləndi. Məsələn, Almaniyaya 0:7 hesablı məğlubiyyətə görə yığma üzvlərinin pul qazandığını düşünənlər var. Yəni kimlərsə bəzi futbolçuların yekunda məhz bu cür hesabın qeydə alınması üçün kontorlara pul qoyuluşu etdiyini düşünür. Çünki hələ oyundan əvvəl bu haqda xəbərlər dolaşırdı. “Neftçi”nin futbolçusunun da qazandığı həmin pulla avtomobilə sahib çıxmaq ehtimalı irəli sürülür. Elnurun “Neftçi”dəki komanda yoldaşı Emin Mahmudovun şəklin altına yazdığı rəy isə lap yerinə düşüb. Rusiyada böyüyən, vaxtilə Moskva “Spartak”ının formasını geyən Mahmudov gördüyündən təsirlənərək, Cəfərova bu cür atmaca atıb: “Almaniya ilə oyundan sonra, deyəsən, yaxşı mükafat gəlib. Hə, qardaş? Allah xoşbəxt eləsin”. Elnur şərhin qarşılığında susmalı olduğu halda, həm yaşda, həm təcrübədə onu qabaqlayan Eminə əsl azərbaycanlı futbolçuya xas şəkildə cavab verib: “Sən də yox da (gülür). Allah hamımızı xoşbəxt eləsin, inşallah”.
20 yaşı olmasına baxmayaraq, özünü 40 yaşındakı kimi hiss edən futbolçu “sən də yox da” deməklə Eminə sətiraltı “sən də aldandın” sualını verib. Belə deyək, öz aləmində “maşın mənim deyil, elə-belə şəkil paylaşmışam” ismarıcını göndərib. Amma dərk etmir ki, elə bu addımın özü biabırçılıqdı. 0:7 hesabı ilə uduzan komandanın oyunçusu iki gün sonra bu addımı ata bilməz, atmamalıdı. Bəli, məhz yas saxlamalıdı, başını qaldırmamalıdı. Və heç kim Braziliyanın Almaniyaya ağır yenilgisini əsas gətirə bilməz. O bir qəza idi, 3-5 ildə bir dəfə yaşanır. Elnur və onun kimilərin şərəfini qoruduğu U-21 isə bu il hələ qələbə qazana bilməyib. Bu futbolçu legioner həyatı yaşadığı aşağı dəstə təmsilçilərində özünü doğrulda bilməyib. İntizama xüsusi önəm verən Tərlan Əhmədovun bu məsələylə bağlı futbolçuya xəbərdarlıq edəcəyinə inanırıq. Təəssüf ki, özüylə danışmaq cəhdimiz baş tutmadı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar