10 noy 13:16aktual

“Kəpəz” rəsmisi Qurban Qurbanova gül vermələrinin səbəbini açıqladı

“Kəpəz” rəsmisi Qurban Qurbanova gül vermələrinin səbəbini açıqladı
Azad Mustafayev: “Nə biz, nə də azarkeşlər klubu onun ayağına vermişik”
Premyer-liqanın son turunun “Kəpəz” – “Qarabağ” matçı (0:2) ətrafında müzakirələr davam edir. Bəli, müzakirə obyekti həmin qarşılaşmada meydan sahiblərinin rəsmilərinin rəqibin baş məşqçisi Qurban Qurbanova gül dəstəsi bağışlamasıdı. Üstəlik, matçboyu Ağdam təmsilçinin çalışdırıcısı dəfələrlə alqışlanmış, “Qurban, Qurban” şüarları səsləndirilmişdi. Bu da peşəkarlığa ziddi. Belə olan halda rəqabətdən söhbət gedə bilməz. Bir çox azarkeşlər də bunu yaxşı anlayıblar. Hələ ötən sayımıza açıqlamalarında “Kəpəz”i dəstəkləyən azarkeş qrupları rəhbərliyi bu addımına görə tənqid etmişdi. Tənqidlər indi də davam edir. Xüsusilə sosial şəbəkələrdə.
Bəs klub bu haqda nə düşünür? Həqiqətənmi doğru addım atdıqlarını sanırlar? Yoxsa bu davranışın altında bizim, azarkeşlərin bilmədiyi hansısa məqamlar var? Bu suallara aydınlıq gətirmək üçün Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq: “Bəli, tənqidlər çoxdu. Bütün sosial şəbəkələr, media bundan danışır. Bizi qınaq obyektinə çeviriblər. “Kəpəz” klubu olaraq hər zaman azarkeşlərin fikirlərinə hörmətlə yanaşmışıq. Bu dəfə də belədi. Onlar bizim klubumuzun ən güclü tərəfidi, dayağımızdı. Lakin müəyyən şeylər var ki, bunları deməliyəm. Qoy azarkeşlər də, mətbuat da xəbərdar olsun. Qurbanov son illər ölkə futbolunda uğurlar qazanmış, müsbət imic formalaşdırmış insandı. “Qarabağ” onun rəhbəriliyi ilə ölkəmizi Avropada layiqincə təmsil edir. Bunu hər kəs görür və heç kim dana bilməz. Hamımız “Qarabağ”ın uğurlarına sevinirik. Lakin onlarla ölkədaxili yarışlarda rəqibik. Özü də əzəli və əbədi rəqib. “Qarabağ”la eyni hədəflər uğrunda mübarizə aparmasaq da, gücümüzü göstəririk. Məsələnin digər tərəfini açıqlamaq istəyirəm. Deməli, “Kəpəz” uzun fasilədən sonra premyer-liqaya dönəndə oynatmağa futbolçu tapmırdıq. Klub rəhbərliyi və məşqçilər korpusu Qurban müəllimə müraciət etdi. İstədik ki, “Qarabağ”da forma geyməyən, az şans qazanan futbolçular bizə verilsin. Nəticədə Şəhriyar Əliyev, Tərlan Quliyev və Namiq Ələsgərov komandamıza icarəyə verildi. Onlar “Kəpəz”ə təmənnasız gəldilər. Bunda Qurbanovun böyük rolu olmuşdu. O demişdi ki, gedin, “Kəpəz”ə kömək edin. Onların sayəsində komandamız Avroliqaya vəsiqə qazandı, orda mərhələ adladı. Digər məqam da var. Əslində bu açıqlanmamalıdı. Lakin deyəcəm ki, azarkeşlərimiz agah olsun. “Kəpəz” Avroliqaya vəsiqə qazananda Bakıda hazırlaşırdı. Klubumuzun büdcəsinə uyğun olaraq, paytaxtda məşq meydançası axtarmağa başladıq. Xeyli çətinliklərlə üzləşirdik. Bəli, bizə stadion təklif edirdilər. Amma pul müqabilində. Bir məşq üçün 200-400 manat aralığında vəsait istəyirdilər. Qurban bəy isə “Kəpəz”in Avroliqaya daha yaxşı hazırlaşması üçün “Qarabağ”ın bazasını bizə təmənnasız verdi. Bir qəpik də ödəmədik. Üstəlik, bazada elə bir şərait yaradılmışdı ki, biz məşq edirdik, sonra “Qarabağ”. Halbuki onlar meydan sahibiydilər. Lakin bizi gözləyirdilər. Meydanın kənarında da hər dəfə elə şirniyyat stolu açılırdı ki, bunu “Barselona”nın, “Real”ın stadionlarda görmək olar. Onun dəyəri 150-200 manat olardı. Bütün bunlar Qurbanovun komandamıza etdiyi yaxşılıqlardı”.
Mustafayev düşünür ki, Qurbanova gül verməklə “Kəpəz” onun ayaqları altına atılmayıb: “Biz ona gül verdik. Gül dəstəsində “Kəpəz”in rəngləri var. Bu özü də böyük bir şeydi. Klub olaraq ona dəstək olmuşuq. Nə biz, nə də azarkeşlər klubu onun ayağına vermişik. Heç kim belə düşünməməlidi. Qurban bəy özü demişdi ki, bir dəfə Azərbaycan və Gürcüstan yığmaları Gəncədə oynayanda məşqçilər korpusu ona şans verməyibmiş. Gəncə azarkeşləri də buna qıcıqlanıblar. Oyundan sonra onlar AFFA-nın sabiq prezidenti Fuad Musayevlə əlbəyaxa dava ediblər. Özü deyir ki, həmin hadisədən sonra Gəncə azarkeşlərinə simpatiya bəsləyir. Bu şəhərə və şəhərin futboluna simpatiyası olan şəxsə gül verib, cinayət törətdiyimizi düşünmürük”.
ŞƏFİ ŞƏFİYEV
The I-It relation is the means by which the world (or screenplay) is analysed and described. I-Thou is a relationship of mutuality and reciprocity, while I-It is a relationship of separateness and detachment. The detachment is frequently perceived as a threat, something that must be manipulated or dominated, something that can be sorted out and when sorted out can produced money and fame. To expend right effort means to act in accordance with one’s true goal, and not to indulge in misguided actions out of mere idleness or because you can’t think of anything better to do. Millions of web searches are carried out every day on popular search engines like Google, Yahoo! The anime began as a web comic and has since been adapted to a manga series which topped the New York Times best seller list, a series of drama CDs, a full length movie and a video game. Throughout the grows older, thought of the best thing about the feminine man form has changed to follow social inclinations.

Visit site: http://v.ht/yKLc

http://v.ht/pj1I
http://v.ht/xDab
http://v.ht/fUL0
http://v.ht/RmvB
http://v.ht/CDcy

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar