08 noy 17:20aktual

“Eyni addımı atıb, kimliyindən və statusundan asılı olmayaraq, cavabını verəcəm”

“Eyni addımı atıb, kimliyindən və statusundan asılı olmayaraq, cavabını verəcəm”
Kamran Ağayev Bakıya qayıtdı
Bu gün Avropada legioner həyatı yaşayan azsaylı futbolçularımızdan biri də Kamran Ağayevdi. Millinin də şərəfini qoruyan qolkiper Çexiya təmsilçisi “Mlada Boleslav”da ilk vaxtlar əsas heyətdən kənarda qalsa da, son turlarda start “11-liy”inin vazkeçilməz üzvü olmağı bacarmışdı. Lakin son turda Ağayev qırmızı vərəqə almaqla komandasını azlıqda qoydu ki, bu da müəyyən söz-söhbətə rəvac verdi. Mətbuatda yayılan xəbərlərə inansaq, Kamran bu addımıl bilərkdən atıb. Səbəb isə Çexiya klubunun rəhbərliyinin qəzəbinə tuş gəlmək, müqaviləyə vaxtından əvvəl xitam vermək və qışda yenidən ölkəyə qayıtmaqdı. Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün artıq Bakıda olan Kamranla danışmağı lazım bildik.
- Çexiya çempionatının son turunda meydandan qovuldun ki, bu da müəyyən söz-söhbətə səbəb oldu...
- Bəzi məni istəməyən insanlar “Kamran niyə “qırmızı” aldı” sualı üzərində baş sındırırlar. Bu məsələnin bu qədər əks-səda doğurması mənə hələ də çatmır. Heç bir futbolçu “qırmızı”dan sığortalanmayıb. Təbii ki, heç kim komandasını pis vəziyyətdə qoymaq istəməz. Ancaq olacağa çarə yoxdu. “Malada Boleslav”da çıxış etdiyim dönəmdə 5-ci qələbəmi qazanmağa çox yaxın idim. Bizə nəticə lazım olduğundan, mən də bu yolla komandamın 3 xal qazanmasına yardımçı oldum. Düzdü, meydandan qovulmağım xoşagəlməz haldı. Ancaq hakim də mənə qarşı bir qədər sərt davrandı. İlk “sarı”nı etiraza görə aldım. İkinci isə yersiz idi. Vaxtı uzadırdımsa, heç olmasa ilkin olaraq şifahi xəbərdarlıq edərdi. Birinci xəbərdarlıqdan 4 dəqiqə sonra mənə ikinci vərəqəni göstərdi. Oyundan sonra videoyazıya baxmışam. Orda qapıdan zərbə üçün cəmi 23 saniyə hazırlaşdığım görünür. Bu isə vaxtı uzatmaq kimi dəyərləndirilə bilməz. Sadəcə, hakim təzyiq altında mənə ikinci sarı vərəqəni göstərdi.
- Aldığın qırmızı 3 xala dəyərdi?
- Hazırkı məqamda bizim üçün hər bir xalın böyük önəmi var. Komandaya qələbə lazım idi. Meydanda top qovan komanda yoldaşlarım kimi mən də çalışırdım 3 xal qazanmaq üçün əlimdən gələni edim. Əvəzolunmaz futbolçu yoxdu. Növbəti turda meydana çıxacaq qolkiper də, yəqin ki, mənim kimi komandanın qalib gəlməsi üçün maksimum səy göstərəcək.
- Oyundan sonra baş məşqçi qırmızı vərəqəyə görə sənə irad bildirdi?
- Açığı, səndən belə sual gözləmirdim. Niyə? Səbəbini deyim. Səni yaxından tanıdığım üçün belə açıq danışıram. Bizim jurnalistlər çox vaxt oyun qalır bir tərəfdə, mənə ən çox “Çexiyada neçə yaşayırsan. Yeməklə bağlı problemin olmur ki, sənə ev və maşın veriblər” sualı ünvanlayırlar. Bizimkiləri peşəkar karyeradan çox məişət məsələləri maraqlandırır. Unudurlar ki, biz idmançıyıq, şou-biznes nümayəndələri yox. Müqavilə bağlayıb ora yollanmışıqsa, deməli, hər şəraiti göz önünə alıb bu addımı atmışıq. Matçdan qələbə ilə ayrılmışıqsa, bu o deməkdi ki, hər şey qaydasındadı. 3 xal qazandığımız görüşdən sonra hamı kimi baş məşqçi də sevinir, kollektivi təbrik edirdi.
- Ancaq Azərbaycanda sənin meydandan qovulmağın başqa cür yozuldu. “Boavişta”da yaşananları nəzərə alsaq, bilərəkdən bu addımı atdığınını düşünmək olar. Bu arada adının “Keşlə” ilə yanaşı hallanması da odun üstünə yağ tökür.
- Bunu yazanlar, görünür, Kamranı yaxından tanımır. Onların fikri başqadı. Ona görə də bizim mətbuatı oxumuram. Sonra deyirlər Kamran mətbuatdan yan qaçır. Qardaş, mənə böhtan atan, barəmdə olmayan şeyləri yazan mətbuata necə hörmət edim? O qədər dəliyəm ki, kiməsə barəmdə nəsə yazmağa mövzu verim? “Qırmızı” almaq nə vaxtdan ayıb iş olub? Portuqaliyadan ayrılanda demişdim ki, karyeramı Avropada davam etdirəcəm. Həmin vaxt hamı yazırdı ki, Ağayev yalandan belə açıqlama verir, Azərbaycana qayıdacaq. Nə oldu? Hazırda yenə legioner həyatı yaşayıram. Hələ də başa düşmürəm ki, niyə bizim idman mətbuatı ölkə xaricində top qovan futbolçunu ləkələməyə çalışır? Bir tərəfdən yazırlar ki, azərbaycanlı futbolçular xaricə yollansın. O biri tərəfdən də gedənə badalaq vurmağa, xırda bir məsələni şişirtməyə çalışırlar. Lap sabah ölkəmə qayıtdım, burda nə qəbahət var? Futbolçu həyatı elədi ki, bu gün burda, sabah başqa yerdə ola bilərsən. Belə çıxır ki, nə vaxtsa ölkəmə qayıdıb karyeramı orda davam etdirsəm, xalq düşməni olacam. Bu qədər bəsit düşünmək, futbolçunun üstünə getmək absurddu. Əsas odu ki, Allah bizi yersiz zədələrdən qorusun. Çexiyaya gələndə zədəli idim. Bir müddət buna görə oynamadım. İndi şükür Allaha, özümü yaxşı hiss edirəm və daim əsas heyətdə yer alıram. Meydandan qovulmağım da dünyanın sonu deyil.
- Məndə olan məlumata görə, Avropanın başqa çempionatında mübarizə aparan klubdan sənə təklif var. Bu informasiya nə dərəcədə düzdü?
- Bəli, maraqlananlar var. Ancaq xasiyyətimə bələdsiz. Müqavilə bağlamayınca, münasibətlər rəsmiləşməyincə, bu haqda danışmağı xoşlamıram. Mənə hələ də çatmır ki, nəyə görə meydandan qovulmağım bu qədər söz-söhbətə səbəb olub?
- Yenə deyirəm, “Boavişta”da yaşananlardan sonra hamı elə düşünür ki, bilərəkdən belə edirsən ki, “Mlada Boleslav” rəhbərliyi səninlə anlaşmaya birtərəfli qaydada xitam versin və sən azad agent kimi klubu tərk edə biləsən.
- Hələ bilmirəm rəhbərlik “qırmızı”ya görə məni cərimələyəcək, ya yox. Paltardəyişmə otağında baş məşqçi mənə heç nə demədi. Ancaq oyundan qovulan an çalışdırıcı bir qədər gərgin olduğundan narazılıq etdi ki, bu da başadüşüləndi. Çünki həmin vaxt bilinmirdi ki, 90 dəqiqə necə yekunlaşacaq.
- Bildiyim qədər baş məşqçi Duşan Uhrinin sənə xüsusi sipmpatiyası var...
- Belə deyək, Avropada işinə peşəkar yanaşanlara hamı hörmət edir. Mən də kluba gələn ilk gündən başımı aşağı salıb məşqimi edib, oyunlara hazırlaşmışam. Baş məşqçi də görüb ki, mən “Malada Boleslav”a gün keçirməyə yox, komandaya fayda verməyə gəlmişəm. Qarşı tərəf də müqavilə şərtlərində göstərilən bəndlərə əməl edirsə, qarşılığını vermək lazımdı. Mən də məhz belə edirəm. “Boavişta”dan niyə ayrıldım? Rəhbərlik anlaşmada göstərilən şərtlərə əməl etmədi. Klub rəhbərliyi sözünü tutmursa, mən niyə onlara güzəşt etməliyəm? Azərbaycan millisinin qapıçısına yuxarıdan aşağı baxmaq olmaz. Sizcə, Portuqaliyanın qolkiperi müqavilə şərtlərinə əməl olunmayan klubda qalar? Vallah, qalmaz. Özünkünə qiymət verirlərsə, bizə də hörmət etməlidilər. Mən buna görə Portuqaliya klubundan ayrıldım. Ancaq məsələnin mahiyyətindən xəbərdar olmayanlar barəmdə xoşagəlməz fikirlər səsləndirirlər.
- Çempionata o qədər də yaxşı start verməyən komanda son turlarda yüksəlişdədi. Mövsümün əvvəli ilə indiki durum arasında nə fərq var?
- Komanda avrokuboklarda mübarizə apardığından mövsümün əvvəlində bizim üçün bir qədər çətin idi. Bundan başqa, düşərgədə zədəlilərin sayı çox idi. Onların arasında mən də var idim. Portuqaliyadan zədəli ayrılmışdım. Sonradan özümə gəldim. Ancaq indi vəziyyət dəyişib. Siz elə bilirsiz ki, həftəiçi Avropa Liqasında oyuna çıxıb, şənbə-bazar çempionat matçında iştirak etmək asandı? Top-klublarda heyət geniş olduğundan bu o qədər problem yaratmır. Ancaq “Mlada Boleslav” kimi klublar üçün bu çox çətindi. Avropada “bu komanda avrokuboklarda oynayır və buna görə ona hansısa məqamda güzəşt edək” deyə bir şey yoxdu. Bütün oyunlara eyni tərzdə köklənmək və hazırlaşmaq lazımdı. Bu rəqibi asan udacağıq, bu matçda 3 xal cibimizdədi – belə bir şey yoxdu. Türkiyə futbolu tam fərqlidi. Portuqaliya və Çexiyada hər matçda qələbə üçün son saniyəyə qədər mübarizə aparmaq lazımdı. Bütün matçlarda möhtəşəm ab-hava olur. Belə deyim, bizdə yığmanın oyunlarında olan ab-hava burda hər turda yaşanır. Azərbaycanlı futbolçuların hamısına arzu edirəm ki, belə atmosferdə meydana çıxsınlar. Doğrudan da Avropada futbola münasibət fərqlidi. Bu hissi yaşasmağın başqa ləzzəti var.
- “Mlada Boleslav” bu gün iki cəbhədə mübarizəni davam etdirir. Sizin üçün ölkə kuboku vacibdi, yoxsa çempionatda mükafatçılar sırasına düşmək?
- Belə məsələlər ancaq Azərbaycanda müzakirə mövzusu ola bilər. Yenə deyirəm, Avropada işə münasibət tam fərqlidi. Bu həm futbola aiddi, həm də başqa səhələrə. Avrokuboklardan kənarda qalmağımıza baxmayaraq, istər çempionatda, istərsə də ölkə kubokunda sona qədər mübarizə aparcağıq. “Kubok yolu ilə qitəmiqyaslı turnirə qatılmaq daha asandı” söhbəti burda aktual deyil. Biz hər oyuna qələbə əzmi ilə çıxırıq. Hər qarşılaşmaya eyni motivasiya ilə hazırlaşırıq.
- Bir qədər də yığma ilə bağlı danışaq. Qurban Qurbanovun milliyə baş məşqi təyin olunmasına münasibətini bilmək istərdim.
- Sevindirici haldı. Hamımız istəyərik ki, ölkənin əsas komandasının qazandığı nəticələr ürəkaçan olsun. Buna nə fikir bildirim? İnşallah, uğurlu nəticələrlə ümidləri doğruldar.
- Robert Prosineçki “Kamran klubunda oynamasa belə, “bir nömrədi” deyirdi. Necə düşünürsən, Qurban bəy də sənə eyni münasibəti göstərəcək?
- Prosineçki böyük futbolçu olub. Futbolu dərindən bildiyi üçün bəlkə də bu fikirləri səsləndirib. Bu günə qədər onun fikri siz deyən kimi idi. Ancaq indi yeni baş məşqçi təyin olunub. Bəlkə Qurban müəllim başqa düşüncədədi. Məni nəinki “bir nömrə” görür, bəlkə heç düşərgəyə dəvət etməyəcək. Odu ki, indidən nəsə deməyim düzgün olmaz. Ancaq mən və bəzi mənim həmyaşıdlarım məhz onun, Mahmud Qurbanovun, Vidadı Rzayevin və adını çəkmədiyim bir çox futbolçuların yanında böyümüşük, yığmada onların məsləhətlərini dinləmişik. 17 yaşda yığmanın məşqlərinə dəvət olunanda, adlarını çəkdiyim insanlardan çox şey öyrənmişəm. Fikrimcə, Qurban müəllim yeni işində də uğurlu olacaq.
- “Qarabağ”ın “Atletiko” ilə səfərdə heç-heçə etməsi Çexiyada necə qarşılandı? Həmin oyundan sonra komanda yoldaşların sənə nə dedilər?
- Tam səmimi deyirəm, oyundan sonra çox əsəbləşdim. Bizim bəzi dırnaqarası futbolsevərlərin sosial şəbəkələrdə yazdıqlarını oxuyub, əsəbdən özümə yer tapa bilmirdim. Bu qədər haqsızlıq olmaz. Çexiyada “Qarabağ”ı çox yaxşı tanıyırlar və bu komandanın gücünə bələddilər. Bəziləri yazır ki, nəticə əvvəlcədən razılaşdırılıb, müəyyən qism qeyd edir ki, Hafiz Məmmədovun “Azerbaijan - Land of fair” söhbətinə görə hər iki qarşılaşmada “Qarabağ” rəqibdən xal aldı. Vallah, ayıbdı. Bunu yazanlar düşünsün ki, bizdə necə xarici mətbuatı izləyirlər, sosial şəbəklərdə yazılanlara diqqət ayırırlar, başqa ölkələrdə də eyni vəziyyətdi. Nəyə görə biz özümüzə qiymət verməyi, halal, alın tərimizlə qazandığımız uğura kölgə salmağı xoşlayırıq? Vətəndən kənarda çıxış edən bir azərbaycanlı kimi Madriddəki oyundan sonra özüm-özümlə fəxr etdim. “Qarabağ” bir daha sübut etdi ki, Azərbaycanda futbol var və azərbaycanlılar da futbol oynamağı bacarır. Belə uğurlarmız nə qədər çox olsa, bir o qədər yerli futbolçulara ölkə xaricində diqqət artacaq. Uğurlu nəticəyə sevinmək lazımdı, onu başqa cür yozmaq yox.
RƏŞAD
P.S. Müsahibənin sonunda Kamran qırmızı vərəqə aldığı oyunla bağlı bunları söylədi: “Nəyə görəsə Avropada bizə yuxarıdan aşağı baxırlar. Elə düşünürlər ki, nə desələr, keçərlidi. Ancaq mən heç vaxt nə ölkəmin, nə də onun vətəndaşının alçaldılmasını qəbul etməmişəm və etməyəcəm də. Bu torpağa canım da qurbandı. Heç kim bilmir ki, mən birinci “sarı”nı nəyə görə aldım. Ancaq hamı məni tənqid edir. Kim nə yazır, özü bilər, amma mən öz mənliyim qarşısında təmizəm. Həmin situasiya bir daha təkrarlansa, yenə eyni addımı atıb, kimliyindən və statusundan asılı olmayaraq, cavabını verəcəm”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar