15 yan 14:02aktual, manset

Miltinyo Bakıdan birdəfəlik gedib?

Miltinyo Bakıdan birdəfəlik gedib?
Braziliyalı mütəxəssis federasiyaya mesaj yollayıb

Hazırda futzal çempionatında fasilədi. Mövsümün ikinci yarısı fevralın əvvəlində start götürəcək. Premyer-liqa klublarından bir neçəsi artıq hazırlıqlara başlayıb. Bu mənada “Araz”la bağlı xəbərlər daha çox maraq doğurur. Axı Naxçıvan təmsilçisini millimizin baş məşqçisi Miltinyo çalışdırır, heyət də əsas komandanın üzvlərindən ibarətdi. Budəfəki hazırlıq həm də ona görə diqqəti çəkir ki, komanda qış fasiləsinə qanıqara yola salınmışdı. UEFA kubokunda uğursuz çıxış etməsi və çempionatda da istənilən oyunu sərgiləməməsi rəhbərliyi sərt addımlar atmağa vadar etmişdi. Futzalçılar tənbeh kimi, cərimə olunmuşdular. Həmçinin rəhbərlik təlimat vermişdi ki, yığma üzvləri Bakıda keçiriləcək AÇ-yə qədər tam hazır olmalıdı. Bunun üçün komanda çempionatın həlledici mərhələsi ərəfəsində fiziki hazırlıq keçməlidi.
"Araz" yanvarın 10-dan hazırlığa başlayıb. Məşqlər “ABU Arena”da keçirilir. Ancaq natamam heyətlə. Fineo Araujo və Fabio Polettonun Bakıya qayıtmaması hardasa başadüşüləndi. Futzal yığmamızın üzvlərinin zədədən əziyyət çəkdiklərini və bu səbəbdən "Araz"ın digər braziliyalılarından əvvəl vətənlərinə yollandıqlarını xəbər vermişdik. Konkret Fineo noyabrın sonunda, Poletto isə dekabrın ilk günlərində Bakını tərk etmişdi. Klub rəhbərliyi onların Braziliyada şəxsi həkimləri tərəfindən müayinə olunmaq barədə müraciətlərini nəzərə almışdı. Zədəsi daha ciddi olan Fineo ölkəsində əməliyyat olunub və hazırda bərpa prosesi keçir. Poletto isə hələ də zədəsini sağaltmayıb və “Araz” rəhbərliyini bir neçə gün yubanacağı ilə bağlı xəbərdar edib.
Ən maraqlısı və qəribəsi odu ki, yığmanın baş məşqçisi Miltinyo da Bakıya dönməyib. Məşqləri dünya çempionatı ərəfəsində olduğu kimi köməkçi-məşqçi Biro Jade keçir. Futzal Federasiyasının baş katibi Mahmud Sadıqovun qəzetimizə verdiyi bilgiyə görə, braziliyalı mütəxəssis onun e-mailinə məktub yazaraq, “ailə vəziyyətimlə əlaqədar daha 10 gün yubanacağımı bildirir, bunu nəzərə almağınızı xahiş edir və gecikdiyim üçün üzr istəyirəm” mesajı yollayıb. İnsandı, hər kəsdə qəfil problem yarana bilər. Əlbəttə, bu variant mümkündü. Ancaq şübhələr belə rahat danışmağa imkan vermir. Ortada Alesio nümunəsi var. O da vaxtiləFutzal Federasiyasının rəhbərliyinin “başının altına yastıq qoyub” qaçmamışdımı? Miltinyonun son turun oyununu gözləməyib Braziliyaya erkən dönməsi, rəhbərliyin komanda üzvləriylə görüşündə iştirak etməməsi şübhələri artırır. Təki ehtimalımızda yanılaq və Miltinyo Avropa çempionatı ərəfəsində yığmamızı çıxılmaz vəziyyətdə qoyub qaçmasın. Ümid edirik ki, o, vəd verdiyi kimi yanvarın 16-17-də Bakıya qayıdacaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar