05 noy 18:30aktual

“İmarət” yığma ilə bağlı boykot qərarını dəyişdi

“İmarət” yığma ilə bağlı boykot qərarını dəyişdi
Fanklublar dəstək sözü verdi
Təbii ki, yığma ölkədə ən çox sevilən futbol komandasıdı. Hansı klubun azarkeşi olursan-ol, milliyə hamı azarkeşlik edir. Lakin son illər azarkeşlər də milliyə soyuq münasibət göstərir. Bunun obyektiv və subyektiv səbəbləri var. Əcnəbi baş məşqçilər, milyonlar xərclənməsinə baxmayaraq, uğursuz nəticələr, AFFA-nın “milliləşdirmə” siyasəti bu səbəblər sırasındadı. Artıq əminliklə demək olar ki, milli üçün yeni era başlayır. Bəli, məhz son illərin ən güclü yerli məşqçisi Qurban Qurbanovla. Qurbanovun uğurlarını hər kəs görüb, qəbul edib. Onun yığmanı da dirçəldəcəyinə inam böyükdü. Bəs Qurbanovun gəlişi ilə azarkeşlərin stadionlara geridönüşü baş verəcəkmi? Fanatların yığmaya ögey münasibəti dəyişəcəkmi? Bu suallara cavab tapmaq üçün bir neçə azarkeş qrupunun rəhbəri ilə danışmağı lazım bildik.
Atanur Cəfərli, “Sektor 11”in rəhbəri: “Qurban Qurbanovun gəlişini çox istəyirdik. Bir müddət əvvəl isə fərqli şey düşünürdük. Amma son nəticələr Qurban müəllimin bu posta tam hazır olduğunu göstərdi. Biz də bundan sonra üzərimizə düşən vəzifəni yerinə yetirərik. Lazımınca dəstək verəcəyik. Biz yığmadan heç vaxt incimirik. Nəticələrdən asılı olmayaraq, inciyə də bilmərik. Bizim işimiz AFFA ilə ola bilər. O da ki, hansısa təklifimiz və tələbimiz yerinə yetirilməyəndə. Artıq biləcəyik ki, yığmada işlər düzgün gedir. Heç kim ora “barmaq edə” bilməyəcək. Hər şey Qurbanovun istəyi ilə olacaq. Düşünürük ki, doğru seçimdi. O, bütün oyunçuları yaxşı tanıyır. “Qarabağ”ın da bir neçə oyunçusu millinin əsas üzvləridi. Yığmaya var gücümüzlə dəstək olmalıyıq. İndiyə qədər AFFA-nın seçimləri uğursuz idi”.
Elnur Quliyev, “İmarət”in rəhbəri: “Qurban müəllimi yeni vəzifəsi münasibətilə təbrik edirik. Xeyirli-uğurlu olsun. Düzdü, ictimaiyyətdə fikirlər birmənalı deyil. Yığmanı və klubu eyni zamanda çalışdırmaq çox çətin işdi. AFFA Qurban Qurbanovu özünə xilaskar kimi seçib. O yalnız baş məşqçilik etməyəcək, həm də digər məsələlərə baxacaq. Düşünürəm ki, uğur qazanmaq olar. Lakin Qurbanovu da o qədər yükləmək olmaz. Bəzi şeylər var ki, onlar paralel getməlidi. Bilirik ki, Qurban bəy “Qarabağ”ın idarə olunmasına da təsir edir. Klub rəhbərliyi buna şərait yaradıb. Uğurlar da bunun sübutudu. Yığmada da lazımi şərait olmalıdı. Qurbanov diqtə etməyi xoşlayan adamdı. Bizim qərarımız odu ki, neçə illərdi qüvvədə olan boykot qərarından imtina edəcəyik. Qurbanov millidədisə, biz də onun yanında olacağıq. 4 il idi yığmanın oyunlarına getmirdik. İndi isə bütün matçlarda iştirak edəcəyik”.
Sübhan Əliyev, “Forza Neftçi”nin rəhbəri: “Qurban bəyin gəlişi, təbii ki, bizi sevindirdi. Azarkeş qrupu olaraq hər zaman fikrimiz olub ki, əcnəbidənsə, yerli mütəxəssis daha yaxşıdı. Qurbanov ölkə futbolunu yaxşı tanıyır. O, bu işin içindədi. Hər zaman millinin uğurlu olmasını istəmişik. Bu, bütün ölkənin komandasıdı. Dünya və Avropa çempionatlarına elə komandalar çıxır ki, adam baxa bilmir. Onları izləyəndə üzülürük. Məsələn, İslandiya. Necə inkişaf etdi, indi əla çıxış edir. Bizim də yığmamız axır ki iştirak etməlidi bu cür turnirlərdə. Ümidvarıq ki, Qurban bəy bunu bacaracaq. Hər zaman olduğu kimi, biz də millinin yanında olacağıq. Baş məşqçi fərqli adam olsaydı belə, oyunlara gedəcəkdik. Bundan sonra daha həvəslə gedəcəyik”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar