05 noy 18:24aktual

Klubda və millidə paralel çalışmaq nə vəd edir?

Klubda və millidə paralel çalışmaq nə vəd edir?
Təcrübə Qurbanovun uğurlu olacağını deyir
Nəhayət, AFFA çoxdan gözlənilən təyinatı gerçəkləşdirdi. Yığmanın baş məşqçisi vəzifəsi Qurban Qurbanova həvalə olundu. Özü də “Qarabağ”da qalmaq şərti ilə. Mütəxəssisin millini çalışdırmasını arzulayanların əksəriyyəti də bunu istəyirdi. Yəni klubdakı fəaliyyətini davam etdirməklə yanaşı, əsas komandanı çalışdırmasını. Ancaq Qurbanovun yığmaya gəlişini istəməyənlər də vardı. Onların iki dəlili var: birincisi, Qurbanov “Qarabağ”da illərdi topladığı müsbət imici potensialı olmayan (onlara görə) millidə “xərcləyəcək”, ikincisi, bir əldə iki qarpız tutmaq mümkün olmayacaq və baş məşqçi Əli aşından da olacaq, Vəli aşından da. Biz də bu yazıda məhz həmin məsələni incələməyə çalışacağıq. Görəsən, Qurban bəy həm yığmada, həm də “Qarabağ”da işini paralel şəkildə yüksək səviyyədə davam etdirə biləcəkmi?
Türkiyənin məşhur futbol ekspertlərindən biri Mehmet Dəmirkolun fikrincə, Fatih Terim Türkiyə yığmasıyla paralel “Qalatasaray”ı çalışdırsaydı, “ay-ulduzlular”la uğurlu nəticəyə imza atardı. Həmkarımız daim işlək vəziyyətdə olacağı halda təcrübəli mütəxəssisin faydalı iş əmsalının artacağını düşünürdü. Hərçənd bu məsələdə əks fikri müdafiə edənlər çoxluq təşkil edir. Yəni bir insanın beyni iki işlə yüklənsə, minimum ikisindən birini yola vermək məcburiyyətində qalacaq. İnsan fizikasının buna imkan vermədiyini düşünənlər çoxluq təşkil edir.
Biz də bu məsələylə bağlı dünya praktikasına nəzər salmaq qərarına gəldik. Görəsən, eyni vaxtda klub və yığma çalışdıran baş məşqçilər uğur qazana bilibmi? Getdik…
Valeri Lobanovski
Bu mövzuda ilk ağla gələn şəxs SSRİ-nin dahi mütəxəssisi Valeri Lobanovskidi. Ukraynalı məşqçi 1986-cı ildən 1990-dək İttifaq yığmasının “sükanı arxasında” əyləşib. Düzdü, buna qədər də iki dəfə əsas komandanı çalışdırıb. Amma sonuncu dəfə yığmanın başına keçəndə Kiyev “Dinamo”sundakı işini də davam etdirib. Həmin 5 ildə kiyevlilər 2 dəfə SSRİ çempionu olub, bir o qədər ölkə kubokunu başı üzərinə qaldırıb. Daha iki dəfə SSRİ superkubokuna sahib çıxıb. Həmin illərdə “Dinamo” avrokuboklarda da uğurlu çıxış edib. 1986-da UEFA kubokuna sahib çıxan Kiyev klubu növbəti il Çempionlar Kubokunun yarımfinalına kimi irəliləyib. Bəs yığma bu illər ərzində hansı qrafiklə hərəkət edib? 1986-da dünya çempionatında qrupdan çıxan imperiya komandası 1/8 finalda Belçikaya uduzub – 3:4. Əvəzində iki il sonra Avropa çempionatının finalına kimi irəliləyib. Yalnız həlledici görüşdə hollandlar 2 cavabsız qolla titula qovuşub. Göründüyü kimi, əfsanəvi çalışdırıcının SSRİ-nin son illərinə təsadüf edən paralel fəaliyyəti məhsuldar alınıb.
Fransisko Maturana
Bu mütəxəssis 1987-90-cı illərdə həm Kolumbiya yığmasını, həm də yerli “Nasyonal”ı çalışdırıb. İki işdə çalışması Maturanaya əngəl törətməyib. “Nasyonal” 1989-da Amerika qitəsinin Çempionlar Liqası sayılan Libertadores kubokuna sahib çıxıb. Bir il sonra kolumbiyalılar bu mütəxəssisin rəhbərliyi altında dünya çempionatına qatılıb. Qrup səddini uğurla keçən “sarı-göylər” 1/8 finalda həmin mundialın sürpriz yığması sayılan Kamerunla bacarmayıb – 1:2. Maturananın bundan sonra İspaniya klublarında məşqçilik bacarığını nümayiş etdirdiyini də vurğulayaq.
Qus Hiddink
Daha bir tanınmış məşqçi yığma - klub tandemini uğurla qurub. Hollandiyalı mütəxəssis 2002-06-cı illərdə PSV-ni çalışdırıb. Son iki ildə həm də Avstraliya yığmasının baş məşqçisi olub. 2005/06 mövsümündə çalışdırdığı klubla ölkəsinin çempionu olan Hiddink həm də “kenqurular”ı DÇ-2006-ya çıxarıb. Avstraliya qrup mərhələsini uğurla adlayıb. 1/8 finalda oyuna əlavə olunmuş 5-ci dəqiqədə İtaliyanın lehinə verilən haqsız penalti avstraliyalıları mundialdan kənarda qoysa da, bu komanda neytral azarkeşlərin böyük rəğbətini qazanıb. Hiddink “iki işi eyni vaxtda görmək olmaz” ehkamını 2006-10-cu illərdə Rusiyanı çalışdırarkən də dağıdıb. 2008-də bu ölkəni Avropa çempionatının yarımfinalına çıxaran təcrübəli mütəxəssis bir il sonra “Çelsi” ilə ÇL-in finalına çıxmağa çox yaxın olub. Ancaq yenə hakimlik hollandiyalı çalışdırıcının yolunu kəsib. Yarımfinalda “Barselona” ilə Londondakı cavab oyununda bərbad idarəçilik fonunda “zadəganlar” finala çıxa bilməyib.
Aleksandr Starkov
Bu mütəxəssisin xəmiri sanki “Skonto” və Latviya yığmasıyla birgə yoğrulub. Məşqçilik karyerasının böyük hissəsini bu klubla ölkəsinin əsas komandasına rəhbərlik etməsi tutub. “Skonto”ya dəfələrlə çempionluq və Latviya kuboku qazandıran Starkov 3 dəfə komandasını “Birlik kuboku”nun finalına da yüksəldib. Avropanın heç ortabablarından belə sayılmayan yığmasını isə 2004-də Avropa çempionatına daşımaqla hamını təəccübləndirib. Hərçənd onun həm yığmada, həm də “Bakı”da ortaq fəaliyyəti uğurlu alınmayıb. Bu üzdən paytaxt klubunun rəhbərliyi ona 2011/12 mövsümünün ikinci dövrəsində şans verdikdən sonra istefaya göndərib.
Yekun nəticə
Siyahını uzatmaq olar. Oleq Romantsev, Valeri Qazzayev və başqa bir çox məşqçilər qısa müddətə də olsa, həm klub, həm də yığmada söz sahibi olub. Bacaranı da olub, bacarmayanı da. Araşdırmalarımızın yekunu olaraq deyə bilərik ki, Qurban Qurbanov bacaracaq. Son 10 ildə məşqçi kimi tam püxtələşən, uğurlu oyun modelinə sahib mütəxəssis üçün “Qarabağ” və yığmanı eyni vaxtda idarə etmək ciddi maneə olmayacaq. Çünki təcrübə göstərir ki, yerli klubu və yığmanı çalışdıranlar hər hansı problemlə üzləşmir. Ancaq bu zaman əsas komandanın bazası daha çox baş məşqçinin çalışdırdığı klubun futbolçularından qurulur. Necə ki, Lobanovski SSRİ yığmasında olarkən əsas heyətin 9 üzvü “Dinamo”dan idi. Belədə istər-istəməz yığmanın oyun modeli də klubla eynilik təşkil edir. İndiki şəraitdə kim istəməz ki, millimiz “Qarabağ” kimi oynasın. Topa sahibolma, qısa ötürmələr, baxımlı, texnikalı oyun… Bir çoxları “köhlən atlar”ın məhz legionerlərin hesabına böyük uğurlara imza atdığını və gözəl oyun sərgilədiyini iddia edir. Ancaq onların nəzərinə təkcə 2009/10 mövsümünü nümunə kimi çatdırmaq yetərlidi. Həmin “futbol ili”ndə heyətində avrokubok təcrübəsi olmayan Rauf Əliyev, Maksim Medvedev, Əfran İsmayılovlu “Qarabağ” sırf yerli futbolçulardan ibarət heyətlə pley-off mərhələsinə kimi irəliləməyi bacarmışdı. O zaman komandanı irəli daşıyan, hələ baş məşqçi kimi tam formalaşmayan Qurban Qurbanov idi. İndi isə yığma tarixinin ən məhsuldar siması başqa səviyyədədi. Deməli, ona inanmaq və şans vermək lazımdı.
SƏRXAN
вполне достаточно зайти на чтобы разузнать блоки будівельні ціна рівне, https://pp-budpostach.com.ua/g1055652-rvnenska-oblast-rovenskaya
и отыскать другую востребованную информацию, исчерпывающую и актуальную.

Игровые автоматы PlayFortuna. Получи бонус 50 бесплатных вращений здесь >>> https://casino-avtomati-onlain.com/the-best-casino/play-fortuna-casino.html
Казино на доллары, евро. Минимальный депозит 1 доллар. 350 лицензионных игровых автоматов. ТОП казино онлайн Play Fortuna casino. Лучшие игры, лучшие бонусы, быстрые выплаты. Реальные игры, на реальные деньги.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar