05 noy 18:05aktual

Gözlənilən təyinat sosial şəbəkələri coşdurdu

Gözlənilən təyinat sosial şəbəkələri coşdurdu
Erkin İbrahimov: “Daha heç kimə millidə oynamaq üçün pul, mənzil verilməyəcək”
Qurban Qurbanovun milli komandaya gəlişi böyük sevinclə qarşılanır. Təbii ki, hər kəs onun “Qarabağ”dakı uğurları yığmada da təkrarlayacağına inanır, ən azı ümid edir. Bəziləri isə fərqli düşünür. Belə ki, bir çox adam “Qarabağ”ın bundan sonra zəifləyəcəyi fikrindədi. İstər futbol ictimaiyyəti, istərsə də azarkeşlər sosial şəbəkələrdə maraqlı şərhlərlə yadda qalıblar. Onlardan bəzilərini sizlərə təqdim etmək qərarına gəldik.
Erkin İbrahimov: “Görünən budu ki, qərar yuxarıdan verilib. Ölkə prezidenti “Qarabağ”ın nümayəndə heyətini qəbul edərkən, onun Qurban bəyə olan simpatiyasını hamı hiss etdi. Məhz yuxarıların istəyinə görə də Prosineçkinin müqaviləsi bitməsinə 2,5 ay qala-qala donduruldu. Qurbanov nəinki əsas yığmanı çalışdıracaq, həmçinin bütün yaş qrupları üzrə milli komandalara nəzarət edəcək. Və bu düzgün ideyadı. Təbriz Həsənov kimilər nə vaxta kimi əsas milliyə futbolçu “hazırlayacaq”? Bununla belə, Qurbanovun AFFA-nın İcraiyyə Komitəsində (İK) qalması nə etik baxımdan düzgündü, nə də məntiqlidi. Baş məşqçi İK-ya hesabat verən adamdı. Qurban müəllim Vaqif Sadıqov deyil ki, özü-özünə hesabat versin? “Qurbanov özünü yandıracaq”, “AFFA-nın tələsinə düşəcək” kimi fikirləşənlərin sayı az deyil. Hə, AFFA-da müəyyən adamlar var ki, Qurbanova qısqançılıq hissi ilə yanaşır. Bir çox adama o sərf etməyəcək. Lakin qərar yuxarılarda verilib. Qurbanovun qarşısını kəsmək də ölkə rəhbərliyinin qərarına qarşı çıxmaq kimi qəbul olunacaq. Bir də ki, Qurban müəllim indiki “Qarabağ”ı yaradan adamdı. Futbol biliyi da bizdən yüksəkdi. Onun hər şeyi götür-qoy eləmək üçün kifayət qədər vaxtı olub. “Foqtsa, Prosineçkiyə yaradılan şərait yerli məşqçiyə yaradılmayacaq” kimi fikirlər da səslənir. Narahat olmayın, Qurbanov nə Şahin Diniyevdi, nə də Vaqif Sadıqov. İnanın ki, milli gedib 2006-ci ildəki kimi Xırdalanda yerləşən, DYP-yə məxsus stadionda məşq etməyəcək. Xəbəriniz olsun ki, Qurban müəllimin “Qarabağ”da aldığı maaş da çox yüksəkdi. Mənə artıq bəllidi ki, qələbəyə görə fantastik mükafatlar olmayacaq. Yəni San Marinodan alınan 6 xala görə daha heç kim 100 min ödəməyəcək. Bu da Qurbanovun şərtidi. Daha heç kimə millidə oynamaq üçün pul, mənzil verilməyəcək. Bu günə kimi Dmitri Nazarov, Eddi İsrafilov, Dəniz Yılmaz, Renat Dadaşov və başqalarını yığmaya cəlb etmək üçün AFFA 4 milyon manatdan artıq vəsait sərf edib! Qurban Qurbanov hesab edir ki, milli komandada oynamaq üçün heç kimi şirnikləndirmək lazım deyil. Bəlkə düz demir? Sırf mənim fikrimi bilmək istəyirsizsə, Qurbanovun gəlişi milli üçün müsbət, klub üçün isə mənfi ola bilər. Bu gün dünya futbolunda çox az nümunə göstərilə bilər ki, məşqçi həm klubu, həm də yığmanı çalışdırsın. Hə, Azərbaycan balaca ölkədi, çempionatda cəmi 8 komanda çıxış edir, hamı bir-birini tanıyır. Bir tərəfdən da Qurban bəy “Qarabağ”da artıq müəyyən sistem qurub. Unutmayaq ki, Qurban hocanın da futbolu əla bilən qardaşı Musa və dostu Rəşad kimi sirdaşları var. Futbol ictimaiyyəti olaraq, biz Qurban Qurbanovun ətrafında birləşməliyik. Və arzu edək ki bu qərar “Qarabağ”ın zəifləməsinə səbəb olmayacaq”.
Səbuhi Səfiyarlı: “Əla. Mən artıq 7-8 il idi yığmanın oyunlarına stadiona getmirdim. İndi isə milli üçün gedəcəm”.
İlqar Tağıyev: “Yığmanın milliyə çevrildiyi gün”.
Sənan Şəfizadə: “Çətindi, amma inanın. Qurban Qurbanov bunu da bacaracaq!”
Mahir Məmmədli: “Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi oldu. Azərbaycanda cəmi bir baş məşqçi var idi ki, hamı onu qəbul edirdi, hörmətlə yanaşırdı. AFFA-nın bu qərarı ilə yaxın gələcəkdə belə baş məşqçi olmayacaq. Qurban Qurbanovu bitirirlər”.
Intiqam Valehoğlu: “Qurbanovun yığmaya gəlişi Əhməd Ələsgərovun millinin baş məşqçisi olduğu dönəmləri xatırlatdı. Əsas heyətin 8 üzvü "Neftçi"dən olurdu. Vəziyyət eynidi, nəticə necə olacaq? Bax, bu maraqlıdı”.
Sabir Məşədizadə: “AFFA paxıllığından “Qarabağ”ı da batırmaq istəyir. Qurban iki yerdə işləsə, çatdırmayacaq. Belə eləməyin”.
Sərdar Əsədov: “Qarabağ”da söz sahibi Qurban müəllimdi. Millidə isə onun bu avtoritetliyinə icazə verilməsə, yenə nəticə gözləməyin mənası yoxdu. İstəməzdim milliyə gətirilsin. Çünki bu, onun karyerasına pis təsir edə bilər. Amma yenə də uğurlar diləyirəm”.
Ceyhun Muxtarov: “Hamıdan xahiş edirəm, milli uduzanda Qurba Qurbanova sahib çıxaq. Çünki onun günahı olmayacaq. AFFA bölgə və uşaq futboluna diqqət ayırmır. Paytaxtdakı klubların kimə məxsus olduğunu hamı bilir. Bölgələrdə isə uşaqlar topa həsrətdi. Bölgələrdə bir dənə də normal futbol məktəbi yoxdu. Odu ki, yığma uğursuz olsa, bu Qurban Qurbanovluq deyil. “Qarabağ”ın əldə etdikləri isə AFFA və Rövnəq Abdullayevin yox, rəhbərliyin, baş məşqçinin və futbolçuların uğurudu”.
Nesi Reim: “Milli bir dəryadı, gələn batır. Maraqlıdı, AFFA Qurban Qurbanova üzməyi öyrədibmi?”
Kənan Əlizadə: “Yəqin ki, millidə gecə növbəsində işləyəcək”.
Elşən Ağayev: “Fatih Terim də bir ara milli və “Qalatasaray”ı çalışdırırdı. Qurbanovu da Terimin gününə salmasalar, yaxşıdı”.
Elbrus Vəzir: “Mənə elə gəlir ki, doğru qərardı. Hətta eşitdiyimə görə, bütün yaş qrupları üzrə komandaların səlahiyyəti və nəzarəti də Qurban Qurbanova verilib. Özü də müqavilə uzun müddətədi. Məncə, 3-5 ilə Azərbaycan da dünya futbolunda öz sözünü deyəcək. Qurban Azərbaycanın Lobanovskisidi. Necə ki, Lobanovski Ukrayna futbolunu 3-4 ilə ayağa qaldırdı,Qurbanov da bunu edəcək. Pessimist olmayın. Gələcəyə nikbin baxın”.
ŞƏFİ ŞƏFİYEV hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar