15 yan 13:46aktual

Ruslan Abışov “İnter”ə pul qazandırıb “Neftçi”yə qayıtdı

Ruslan Abışov “İnter”ə pul qazandırıb “Neftçi”yə qayıtdı
Vidoviç Elxan Abdullayevə lazım olmadı
Bu dəqiqə “Neftçi” idman mətbuatı üçün əsl “yem”di. Yoldaşlıq görüşləri, yeni transferlər, verilən açıqlamalar bir-birini əvəz etməkdədi. Odu ki, yeni xəbərlər davam edir.
“Sivasspor”la yoldaşlıq görüşündən öncə baxışdan keçmək üçün düşərgəyə dəvət olunan Damir Vidoviçin karyerasını “Neftçi”də davam etdirməyəcəyi dəqiqləşib. Həm Türkiyə təmsilçisi, həm də “Nasaf”la oyunda meydanda olan xorvat hücumçunun bacarığı və hazırlıq səviyyəsi baş məşqçi Elxan Abdullayevi razı salmayıb.
Əvəzində, qış fasiləsində 7-ci futbolçu ilə müqavilə bağlanıb. Namiq Ələsgərov, Georgi Novalovski, Zdenek Folprext, Kirill Petrov, İqnasio Errera və Pavel Dreksadan sonra növbəti ad Ruslan Abışov olub. Əslində gözlənilirdi. Son günlər istər mətbuatda, istərsə də azarkeşlər arasında Ruslanın futbolçu kimi yetişdiyi kluba qayıdacağı haqda söz-söhbət dolaşırdı. Amma qardaşı, həm də meneceri olan Sərxanın məhz qəzetimizə verdiyi açıqlamada dilə gətirdiklərini oxuyandan sonra keçidin baş tutmayacağı aydın olmuşdu. Hər halda, Sərxan kiçik qardaşının mövsümün sonuna qədər “İnter”də qalacağını demişdi. Üstəlik, yanvarın 11-də “İnter”in futbolçusu Mirhüseyn Seyidov Antalyada məskunlaşdıqları oteldən şəkil paylaşmışdı ki, fotoda Ruslanı ağ-göy formada, yaxasında “İnter”in emblemi ilə görmək mümkün idi. Həm Sərxanın dediklərini oxuyandan, həm də o şəkli görəndən sonra milli üzvünün “bankirlər”i tərk etməyəcəyinə əmin idik. Lakin dünən “Neftçi”nin saytında Abışovu 4 ildən sonra yenidən ağ-qara formada görəndə sözün əsl mənasında təəccübləndik. Sərxanla yenidən əlaqə saxlayıb əsl səbəbi üzə çıxarmaq istəsək də, zənglərimiz cavabsız qaldı. Deyəsən, belə vəziyyətdə o da Antalyaya baş çəkməyi məqsədəuyğun sayıb.
Buna baxmayaraq, əlaqə vasitələrimiz hesabına dolaşıq duruma aydınlıq gətirə bildik. Məlum oldu ki, Ruslan “Neftçi”dən təklifi indi yox, həftələr öncə alıb. Hətta bununla bağlı klub rəhbrəliyini də məlumatlandırıb. Azər Əliyevlə görüşən qardaşlar məlum vəziyyəti klub prezidentinə nəql edib, cavab gözləyiblər. Azər bəy isə “İnter”dəki qeyri-müəyyənliyi gizlətməyib. Yəni maliyyə baxımından konkret zəmanət verə bilməyən rəhbər yayda nələrin baş verəcəyinin özü üçün də maraqlı olduğunu deyib. Eşitdiklərinə baxmayaraq, Abışov mövsümün sonuna qədər “İnter”in formasını geyməyi qətiləşdirib və “ağ-qaralar”a “yaya qədər gözləyək” deyib. Bu dəfə söhbətə “Neftçi” rəhbərliyi girişib. İki klubun başbilənləri arasında danışıqlar bir neçə günü əhatə edib və sonda ortaq məxrəcə gəlinib. Ağabala Ramazanovun “Qarabağ”a keçidindən fərqli, “İnter” bu ayrılıqdan pul qazanıb. Mənbənin dediyinə görə, məbləğ kifayət qədər ciddidi. Yəni söhbət 20-30 mindən getmir.
Ruslanın qəlbən “Neftçi”yə bağlı olduğunu çoxları bilir. 2006-cı ildən 2012-yə qədər ölkənin ən köklü klubunun sıralarında olan futbolçunun 4 il əvvəl “Xəzər Lənkəran”ı seçməsi yadınızdadı. Və heç şübhəsiz, buna maliyyə şərtləri səbəb olmuşdu. Elə həmin gündən “Neftçi” azarkeşləri pula görə əzəli rəqibi gücləndirən Ruslanın hərəkətini qəbul edə bilmirdi. Nisbətən təcrübəsiz olduğu vaxtlarda pulu kluba sədaqət hissindən üstün tutan milli üzvü zamanla böyük səhvə yol verdiyini anladı. Ruslanın bundan öncə də “Neftçi”yə qayıtmaq şansı var idi. Lakin klubda baş verən rəhbər və məşqçi dəyişikliyi, belə deyək, qeyri-müəyyənlik keçidini angəlləmişdi. Nəhayət ki, dönüş baş tutdu. Təbii, söhbət vaxtilə pulu sadiqlikdən üstün tutan Abışovdan gedir. Özü də böyük səhvə yol verdiyinin fərqindədi və bunu inkar etmir. Karyerasını başladığı klubda sona çatdırmaq istəyi də önəmli nöqtədi. İndi daha təcrübəlidi, etdiklərinin fərqindədi, azarkeşləri anlamağı bacarır. Bundan sonra ən önəmli məqam “Neftçi”yə çətin gündə dəstək olması, oyunu ilə komandasına uğur qazandırmasıdı. Həssas məqam isə azarkeşlərlə görüşüb 4 il öncəki səhvini etiraf etməsi, onlarla barışmasıdı. Bununla həm özü psixoloji təzyiqdən qurtulmuş olacaq, həm də azarkeşlərin üzü güləcək.
Sonda bildirək ki, Ruslan Abışov “Neftçi”ylə 1,5 illik anlaşmaya qol çəkib. Geyəcəyi nömrə isə hər yerdə olduğu kimi, yenə “15” olacaq.
Səbəbkar “Neftçi”yə keçiddən sonra şəxsi “instaqram” səhifəsində “İnter”in futbolçuları və rəhbrəliyi altında oynamış Zaur Svanadze ilə iki şəkil paylaşaraq altına “Hər şeyə görə çox sağ olun. Sizin üçün çox darıxacam” sözlərini yazıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar