02 noy 18:08aktual

“Vanda Metropolitano”, xətt aşağıda... “Qarabağ”!

“Vanda Metropolitano”, xətt aşağıda... “Qarabağ”!
Çempionlar Liqasını oylaq yerinə çevirən Avropanın aparıcı ölkələri ilə Azərbaycan arasında futbola, jurnalistikaya münasibət baxımından ciddi fərqlər var. Əslində mən bunu çoxdan – hələ 2010-cu ildə yığmanın Almaniya ilə səfər oyununu işıqlandırmaq üçün həmin ölkəyə gedəndə özlüyümdə götür-qoy etmişdim. Srağagün “Vanda Metropolitano”da keçirilən oyundan əvvəl və sonra gördüklərim isə qənaətimi daha da möhkəmləndirdi.
Biz stadiona çatanda oyuna təxminən 1 saat qalsa da, ətrafda adamlar qaynaşırdı. Kiçik qruplar halında ya söhbət edir, ya da yüngül qəlyanaltı edirdilər. Boynunda akkreditə vərəqi olan azərbaycanlı jurnalistlər, ölkəmizdən, eləcə də başqa yerlərdən “Qarabağ”a azarkeşlik etmək üçün gedənlər onların maraq dairəsində deyildi. Futbolu mədəniyyət elementinə çevirən avropalı növbəti bayrama hazırlaşırdı. Yeri gəlmişkən, azarkeşlərin bir çoxunun formasında “Land of fire Azerbaijan” yazısını görmək də maraqlı idi.
Oyunətrafı yazıya müqayisə ilə başlamışamsa, elə bu ruhda da davam edəcəm. Bakıdakı oyunlardan fərqli Madriddə jurnalistlər üçün yemək masası açılmamışdı. Sadəcə, “Atletiko”nun mətbuat xidmətinin əməkdaşları hər jurnalistə içinə buterbrod, çipsi, su və alma qoyulan salafon torba verirdilər. İspan həmkarlarımızın masasının üzərində kiçik ölçülü monitor da var idi.
Təbii ki, “Qarabağ”ın Avropada keçirdiyi hər oyun həm də Azərbaycan həqiqətlərini yaymaq baxımından gözəl vasitədi. Ölkəmizin İspaniyadakı səfirliyi və Milli Turizm Təbliğat Bürosu da belə şansı əldən verə bilməzdi. Bu iki qurumun açdığı stolda həm Azərbaycan şirniyyatları, həm də Qarabağa dair bukletlər paylanırdı. Bizim azarkeşlərin əyləşdiyi sektorda açılan, göy fonda ağ hərflərlə yazılan “Karabakh belongs to Azerbaijan” pankartı isə UEFA-nın prinsiplərinə zidd olsa da, cəsarətlu uşaqlar onu tribunaya keçirə bilmişdi. Əminən ki, həmin cəlbedici pankart stadiona toplaşan 55893 azarkeşin də diqqətini çəkdi.
Mənim diqqətimi çəkən isə təkcə bu deyildi. Stadionda aramsız mahnı səslənir, təşkilatçılar işıq effektləri ilə maraqlı mənzərələr yaradırdılar. Fasilədə daha bir maraqlı məqama şahidlik etdim. Ayaqyolunun xidmətindən yararlanmaq istəyən azarkeşlər çox uzun və səliqəli növbə yaratmışdı. Kimsə başqasına mane olmur, hər kəs aramla irəliləyirdi.
Sual edə bilərsiz ki, bəs o təriflədiyin “Atletiko” azarkeşləri oyun vaxtı özünü necə aparırdı? Axı, bir çox məqamlar mavi ekranda görünmür. Komandalar meydanda yerini tutanda ürəkdən sevindim. İş ondadı ki, barabanlarla səs-küy salan ən çılğın madridli fanatların qərarlaşdığı qapıarxası sektor ilk yarıda Şehiçin yox, Oblakın bəxtinə düşdü. Oyun yenicə başlamışdı ki, stadionu “Qarabağ”, “Qarabağ” sədaları bürüdü və bununla da qıcıqlanan ispan fanatların səsi stadionu başına aldı. Onlar “Qarabağ”ın hücumlarını fitlə qarşılayır, Şehiçin vaxtı öldürməyə yönələn istənilən hərəkətinə uğultu ilə etiraz edirdilər. Miçel qol vuranda sanki qurbağa gölünə daş atıldı. Hə, bu Miçel... Həm mənə görə “Qarabağ”ın ən yaxşı oyunçusu, həm də ən çox diqqət mərkəzində olan adam idi. Oyundan əvvəl “Qarabağ” azarkeşlərinin əyləşdiyi sektorun meydana yaxın hissəsində qərarlaşan qohum-əqrəbasına salam göndərdiyi kimi, qol vurandan sonra da onları unutmadı.
Oyunu şərti hissələrə bölsək, məncə, bütün azərbaycanlı azarkeşlər üçün ən çətin olan bölüm Pedro Enrikenin meydandan qovulduğu 59-cu dəqiqədən sonraya aiddi. O hər nə qədər gücsüzlükdən doğan göz yaşı içində boğulsa da, fakt budu ki, komandası üçün qəbirqazan rolunu oynamağa yaxın idi. Amma nə qədər qəribə görünsə də, məhz bu məqam komandamızın kapitanı Rəşad Sadıqovla türkəsilli Dəniz Aytəkini yaxınlaşdırdı. Rəşadın dediyinə görə, hakimə ingilis dilində “yellou, yellou” qışqırsa da, Dəniz bəy doğma türkcədə “Qodinin sifətində qan olmasaydı, bəlkə də qovmazdım. Amma indi başqa yolum yoxdu” deyib. Son 31 dəqiqə və ikinci hissəyə əlavə olunan 6 dəqiqə 11 saniyə təkcə “Qarabağ”ın oyunçuları yox, azərbaycanlı jurnalistlər üçün də ağır keçdi. Yox, tərifini yerə-göyə sığdırmadığım ispan azarkeşlər və həmkarlarımız bizə hansısa maneə yaratmadı. Məni düşündürən məqam odu ki, bir çox həmkarlarım jurnalist-azarkeş obrazı ilə vidalaşmaq istəmir, amiqo vərdişlərini jurnalist maraqlarının üzərinə çıxarırlar. Ümid edirəm ki, “Qarabağ” və başqa komandalarımız bundan sonra belə səviyyəli oyunlarda daha çox görünəcək və bu seqmentin hər bir parçası kimi, idman jurnalistikası da addım-addım böyüyəcək.
MAHİR, Madrid - Bakı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar