02 noy 20:56aktual

“Metropolitano”da terror gecəsi”

“Metropolitano”da terror gecəsi”
“Marka” “Atletiko”nu meyidə bənzədir
Bir azərbaycanlı üçün “Qarabağ”ın İspaniya səfərində “Atletiko”yla qolsuz bərabərə qalması qələbəyə bərabərdi. Bir az təcrübə olsaydı, Pedro Enrike də 59-cu dəqiqədə qovulmasaydı, hətta qələbə də qazanmaq olardı. İndi “Qarabağ” uca zirvədədi. Hamı tərifləyir, komandanın qazandığı nəticəyə görə təşəkkür edirlər.
Di gəl ki, İspaniyada əməlli-başlı matəmdi. Əvvəlki günlərindən uzaq düşən, qələbəyə həsrət qalan madridlilər tənqid atəşinə tutulub. Hərə bir tərəfdən “döşəyir”. İspan həmkarlarımız da 4 oyundan sonra hesabında cəmi 3 xal olan “Atletiko”nun çıxışından razı qala bilməz. Elə dünən göz gəzdirdiyimiz bəzi mətbu orqanlarda da bunun şahidi olduq.
mundodeportivo.com: “Metropolitano”da terror gecəsi. “Atletiko” Çempionlar Liqası ilə vaxtından əvvəl vidalaşır. Riyazi olmasa da, praktiki. “Hələlik” demək ən uyğun yolasalma üsuludu. “Qarabağ”la hər iki oyunda heç-heçə edən komanda bunu haqq etdi. Daha uzağa getmək hədəf olsa da, real deyil. Bu oyunla, bu nəticələrlə Avroliqanın pley-offu da uğur sayılacaq. Hellouin bayramında azarkeşlərə göz yaşı hədiyyəsi edən məşqçi və futbolçu heyətinə “təşəkkür” düşür. Meydanda təkcə Qabinin can qoymasıyla işlər düzəlmir. Qələbəni 11 nəfərin hamısı istəməlidi. Qollar yox, ən azı qol vurmaq lazım idi. Sənə doğma olan azarkeşlər, qarşında təcrübəsiz və yarımsaat azlıqda oynayan rəqib. Bu, Simeonenin “Atletiko”su deyil. Simeonenin kölgəsinin komandasıdı. Görüşənə qədər, çempionlar, görüşənə qədər... Meydan sahibləri oyuna pis başlamamışdı. Qrizmannın həmləsinin qarşısını Şehiç alandan sonra Enrike diqqət mərkəzinə düşdü. Braziliyalı futbolçunun yaratdığı təhlükəli vəziyyət rəqibi daha da ruhlandırdı. Bir-birinə rahat ötürmələr etməklə top saxlayırdılar. Simeonenin yetirmələri isə, sadəcə, seyr edirdilər. Miçelin Saviçlə Saulu üstələyərək başla vurduğu qol “Metropolitano”nu şoka saldı. İkinci hissəyə fırtına kimi başlayan madridlilər öncə Partinin baxımlı qolu sayəsində hesabı bərabərləşdirdi, az sonra Dəniz Aytəkin “Qarabağ”ı azlıqda qoydu. Torres meydana ayaq basanda oyunun başa çatmasına 20 dəqiqə qalırdı. Vaxt azalır, azarkeşlərin qol ümidi artırdı. Hakimin final fitinə qədər qələbə topunu vurmaq mümkün olmadı. İndi “Roma”nın 8, “Çelsi”nin 7, “Atletiko”nun isə 3 xalı var. Yalnız möcüzə ispanları qrupdan çıxara bilər. “Roma”yla “Çelsi”nin yer aldığı qrupa möcüzələr yaxın buraxılmır. Əsl terror gecəsiydi, maraqlı tamaşaydı”.
marca.com: “Ölənlərin gecəsi. Bugünlərdə hər şey ölümün başı ətrafında dolanır və meyid rolunun öhdəsindən “Atletiko” hələ ki bacarıqla gəlir. Futbol adına heç nə etməyən, 1 xal əldə etmək üçün bütün mümkün vasitələrdən istifadə edən rəqibi uda bilmirsənsə, deməli, ölüsən, cəsədsən. Şeytan, eşidirsən? Simeonenin komandası son 5 ildə ilk dəfə qitənin ən yaxşı 16 komandası arasında yer almayacaq. “Heç nə əbədi deyil” məsəlinə inanmayanlar üçün yaxşı nümunədi. Kimsə “Çelsi” və “Roma” üzərində qazanılması mümkün qələbədən danışsa, həmin adama asanlıqla “get, “Qarabağ”ı ud, sonra danışarıq” cavabını verə bilərsiz. Görün dünyanın harasıdı ki, zəif gözüylə baxdığımız “Qarabağ” Enrike meydandan qovulana qədər “Atletiko”dan daha xoş təsir bağışlayırdı. Həm futbol oynayır, həm də 2-3 futbolçuyla təhlükəli vəziyyətlər yaradırdı. Miçel Saulla Saviçin yanından başla qol vurursa, problem çox ciddidi. Riçard Almeyda bu dəfə də istədiyini edirdi, Enrikeni saxlamaq mümkünsüzə çevrilmişdi. Belədə hər dəfə Miçel “gizli silah” kimi ön plana çıxırdı. Kokeylə Karraskonun yoxluğunda müəyyən çətinlik başadüşüləndi. Amma Çempionlar Liqasında mübarizə aparan komanda ayrı-ayrı futbolçulardan asılı olmamalıdı. Tək ayaqla da olsa, yeriməyi bacarmalısan. Təəssüf ki, yıxıldılar”.
elpais.com: “Atletiko” bu dəfə də Azərbaycanın ekzotik və məzəli komandasına “ilişib” azarkeşlərini məyus etdi. 2017-nin futbol möcüzələrindən biri kimi yadda qalacaq bu hadisə hələ çox xatırlanacaq. Təsəvvür edin, “Atletiko” futbol ölkəsi kimi tanınmayan Azərbaycanın çempionunu iki oyunun heç birində məğlub edə bilmədi. “Qarabağ” bu heç-heçələrlə adını “ağ-qırmızılar”ın tarixinə qara hərflərlə yazdırdı. İndi bu komandanı çətin unutmaq olar. Həmin tarixdə “Syon”, “Qronningen”, “Boavişta”, “Timişoara” kimi komandaların adları var. “Qarabağ” da onlardan biri oldu. “Roma”yla “Çelsi” “Atletiko”nun bacarmadığını etsə, yəni “Qarabağ”ı udsalar, cari Çempionlar Liqası mövsümü madridlilər üçün qapanacaq. Bu rəqib 15 dəqiqə Bakıda, daha 30 dəqiqə Madriddə bir nəfər azlıqda oynadı. Deməli, “Atletiko” 45 dəqiqə 10 nəfərlə qalan “Qarabağ”ı məğlub edə bilmədi. “Atletiko” 2 oyunda 6 top vuran “Roma”nı udacaq, yoxsa “Qarabağ”ın qapısından 6 top keçirən “Çelsi”ni”? Ulduz xəstəliyinə tutulan Simeone, çox güman, çıxış yolunu istefa verməkdə görəcək. Amma ən sadə üsul bu deyil. Özü zirvəyə yüksəltdiyi komandanı zəhmət çəkib yenidən həmin yerlərə qaytarmalıdı. Yatmamalıdı, dincəlməməlidi, ancaq və ancaq işləməlidi. Porblemlər həddən artıq çoxdu. “Atletiko”nun qol vurmaqla bağlı ciddi çətinlikləri var ki, bunu baş məşqçi özü də bilir”.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar