02 noy 17:50aktual

“Qarabağ”ın pley-off şansı: reallıqlar və arzular

“Qarabağ”ın pley-off şansı: reallıqlar və arzular
Ötən mövsüm çempion olan “Qarabağ”ın əsas vəzifəsi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq idi. Artıq komanda Avroliqa ilə kifayətlənməməliydi. Qurban Qurbanovun komandası bu tapşırığın öhdəsindən gəldi. Beləcə, ölkəmiz ilk dəfə ən güclülərin mübarizə apardığı yarışda təmsil olundu. Əlbəttə, “köhlən atlar”ın qitənin ən nüfuzlu klub turnirində qələbələr qazanması, pley-offa yüksəlməsi inandırıcı deyildi. Düzdü, azarkeşlər məhz uğurlu nəticələr arzulayır və buna ümid edir. Lakin reallıqdan danışırıqsa, qrupu uğurla dəf etmək asan məsələ deyil. Özü də “Qarabağ”ın qrupunda “Çelsi”, “Atletiko” və “Roma” kimi nəhənglər yer alıbsa. Odu ki, “köhlən atlar”ın qrupdakı hədəfi qol və ən azı 1 xal olacaqdı. Təbii, istər reytinq xalı, istərsə də klubun maddi baxımdan qazancı da öz yerində. Hər heç-heçə və qələbə ölkəmizin topladığı əmsala təsir edəcək, “Qarabağ”ın büdcəsinə müəyyən vəsait daxil olacaqdı.
Əslində “Qarabağ” qrupda mübarizəyə yaxşı start verməmişdi. Səfərdə “Çelsi”yə böyük hesabla uduzandan (0:6) sonra “köhlən atlar”ın qrupu xalsız və qolsuz başa vuracağı ilə bağlı bədbin proqnozlara rast gəlmək də mümkün idi. Bəzilərinin hətta “bizə ÇL lazım deyil” kimi absurd fikirlər səsləndirməsinə də rast gəlmək olardı. Halbuki bu yarışdakı təcrübə, qazanc hər kəsə bəllidi. Klubun adının “Qarabağ” olması isə təbliğat baxımından əvəzolunmaz faktdı. Axı Avropanın ən güclü 32 komandasının yarışdığı turnirə təkcə qitədə yox, dünyada da maraq yetərincə böyükdü. Zaman da göstərdi ki, müsbət bir nəticə hansı effekti verir. Hələ “Roma” ilə evdəki görüşdə heç-heçəyə layiq olan “Qarabağ” ÇL-də ilk qolunu vurdu. Həmin matçdakı oyun onu göstərdi ki, komanda yavaş-yavaş bu yarışın ab-havasına uyğunlaşır, həyəcan get-gedə azalır. Bu isə xal arzusunun da tezliklə gerçəkləşəcəyindən xəbər verirdi. “Atletiko” ilə evdəki görüşdə ən güclülərin turnirində ilk xalını qazanan “Qarabağ” səfərdə də bu komandadan 1 xal qopardı. Hər iki oyunda “köhlən atlar”ın qırmızı vərəqə ilə azlıqda qalması, qol vəziyyətlərinin dəyərləndirilməməsi kimi məqamları bir tərəfə qoyaq. Fakt budu ki, 4 tur geridə qalsa da, ağdamlılar pley-off şansını saxlayır. Halbuki “Qarabağ”dan daha təcrübəli, bu turnirdə artıq bir neçə dəfə iştirak edən klublar var ki, 1/8 finala adlamayacağı dəqiqləşib. Odu ki, qalan 2 turun nəticəsindən asılı olaraq qrupdakı vəziyyətin necə dəyişəcəyi ilə bağlı müəyyən variantları nəzərdən keçirmək olar.
Əksəriyyət qrupu ilk iki yerdə “Çelsi” ilə “Atletiko”nun başa vuracağını proqnozlaşdırsa da, hazırda “Roma” liderdi. 1 xal geri qalan ingilislər 2-ci, cəmi 3 xalı olan ispanlar 3-cü, “Qarabağ” isə “Atletiko”dan qoprdığı 2 xalla sonuncudu. Növbəti turda “köhlən atlar” “Çelsi”ni, “hindular” “Roma”nı qəbul edəcək. Bu oyunlar noyabrın 22-də keçiriləcək. İtalyanlar Madrid səfərindən 1 xalla dönsə belə, 1/8 finala vəsiqəni təmin edəcək. Ancaq “Atletiko” var qüvvəsini ortaya qoyub, həmin matçda 3 xal qazanmağa çalışacaq. Əks halda “Qarabağ” – “Çelsi” oyununun heç-heçə bitməsi Madrid təmsilçisinin pley-off arzularını “dəfn edəcək”. Təbii, bizə “Roma”nın həmin səfərdən qələbə ilə dönməsi sərf edir. Belədə “canavarlar” üçün son ev oyunu – “Qarabağ”la qarşılaşma formal xarakter daşıyacaq. Onda Qurbanovun komandasının Romadan əlidolu dönmək şansı artır. “Atletiko”nun növbəti turdakı məğlubiyyəti ağdamlıları 3-cü pilləyə daşıya bilər. Bunun üçün “Çelsi” ilə evdəki görüşdə 1 xal lazımdı. Məlum olduğu kimi, ÇL-də xallar eyni olanda şəxsi görüşlər əsas götürülür. Bu baxımdan da “Qarabağ” “Atletiko”dan öndədi. Bundan başqa, son turda “hindular” çətin London səfərinə yollanacaq. Deməli, qrupda 3-cü yeri tutmağımız üçün ən xoş və mümkünsüz görünməyən axar belədi: “Roma” növbəti tur “Atletiko”nu məğlub edər, “köhlən atlar” “Çelsi”dən 1 xal alar. Son turda isə “zadəganlar” ispanlara uduzmaz və “Qarabağ” İtaliya səfərindən 1 xalla dönər. Ən önəmlisi noyabrın 22-də “Atletiko”nun qələbə qazanmamasıdı. Bu baş versə, qalanı “Qarabağ”ın özündən asılı olacaq. Məlum olduğu kimi, üçüncülük Avroliqanın 1/16 final mərhələsinə adlamaq deməkdi.
Hə, yuxarıda qeyd etdiyimiz kimi, “Qarabağ”ın ÇL-in pley-offuna vəsiqə qazanmaq şansı da qalır. Bunun üçün “köhlən atlar” “Çelsi”ni evdə, “Roma”nı səfərdə məğlub etməlidi. “Atletiko” isə qalan 2 oyundan 1-də qələbə qazanmamalıdı. Madridlilərin son iki turdan birində xal itirməsi real görünsə də, “Qarabağ”ın hər iki görüşdə qalib gələcəyi haqda eyni sözləri demək çətindi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar