25 okt 12:55aktual

Kamran Ağayev darmadağına sevinsə də...

Kamran Ağayev darmadağına sevinsə də...
Hollandiyanın 1-ci divizionunda 10-cu turun oyunları keçirilib. “Den Boş” səfərdə “Oss”la heç-heçə edib – 1:1. Ziya Əzizovun adı “18-liy”ə salınmayıb. 15 xalla 8-ci pillədə qərarlaşan “əjdahalar” növbəti turda “Helmond”u qəbul edəcək.
Almaniya regional liqasının Şimal-Şərq zonasında “Dinamo” Berlində BSG-ni darmadağın edib – 3:0. Start heyətində yer alan Rüfət Dadaşov 80-ci dəqiqədə əvəzlənib. 25 xalla 2-ci yerdə möhkəmlənən “ayılar” 13-cü turda paytaxtda “Berliner”i sınağa çəkəcək.
Sequndanın 11-ci turunda “Ximnastik” Tarraqonada “Alkorkon”la bacarmayıb – 0:3. Eddi İsrafilov ikinci 45 dəqiqədə oynayıb. 11 xalla 18-ci sırada yer alan “sarı-qırmızılar” növbəti turda “Luqo”nun qonağı olacaq.
Çexiya çempionatında da 11-ci tur geridə qalıb. “Mlada Boleslav” səfərdə “Jlin”i rüsvay edib – 5:1. Kamran Ağayev 90 dəqiqə qonaqların qapısını qoruyub. Hərçənd 3-cü dəqiqədə buraxdığı qol zamanı yaxın küncü bağlamadığını da söyləməliyik. 11 xalla 11-ci yerdə qərarlaşan “ağ-göylər” növbəti turda evdə “Vısoçina” ilə münasibətləri aydınlaşdıracaq.
Türkiyənin 1-ci divizionunda “Samsunspor” səfərdə “Elazığspor”la “sülh”ə razılaşıb – 2:2. Ufuk Budak 90 dəqiqə oynayıb və ilk yarıya artırılmış dəqiqədə komandasının 2-ci qolunun ötürməsini verib. Bu, Budakın cari mövsümdə ilk məhsuldar ötürməsi olub. Cinah müdafiəçisi 73-cü dəqiqədə sarı vərəqə ilə də cəzalandırılıb. 10 xalla 13-cü pillədə qərarlaşan “ağ-qırmızılar” 10-cu turda doğma meydanda “Qaziantepspor”la qarşılaşacaq.
Makedoniya çempionatında da 11-ci turun oyunları keçirilib. “Pobeda” Prilepdə “Vardar”dan güclü olub. Start heyətində yer alan Tural Hümbətov 65-ci dəqiqədə əvəzlənib. 12 xalla 6-cı yerə yüksələn “Pobeda” növbəti turda “Şkupi”nin qonağı olacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar