19 okt 17:18aktual

“Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi

“Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi
Dünən yenə ölkənin gündəmini futbol zəbt etmişdi. Axı, “Qarabağ” Bakıda Çempionlar Liqası çərçivəsində 2-ci oyuna çıxırdı. Maraqlıdı ki, “Roma” ilə görüşün biletləri son gün ərəfəsində tam tükənmişdisə, daha güclü rəqib olan “Atletiko” ilə qarşılaşmanın xeyli bileti kassalarda qalmışdı. Hərçənd oyuna 2 saat qalmış Bakı Metropolitenində yenə dəhşətli insan tıxacı yaşanırdı. Əlbəttə, iş saatının bitdiyi vaxta təsadüf etdiyindən evə tələsən adamlarla azarkeşlər bir-birinə qarışmışdı. Ancaq bu dəfə “Koroğlu” stansiyasında vəziyyət dözülməz deyildi. Adamlar sərbəst şəkildə metronu tərk edə bilirdi. Stansiyada əlində səsgücləndirici tutmuş bir nəfər azarkeşləri tələsməyə, metroya daxil olanlara yol verməyə çağırmaqla yanaşı, videoçəkilişin qadağan olduğunu tez-tez xatırladırdı.
Fərqli tribunalardan fəal dəstək
Havanın xoş olması azarkeşlərin stadiona axını yolunda əlavə stimul idi. “İmarət”, “Qarabağ ordusu” və “Boys Garabagh” fanklubları fərqli tribunalarda yer almışdı. Hər biri ayrılıqda bir sektoru doldurmasa da, yetərincə fəal təsir bağışlayırdılar. “Roma” ilə matçdakı kimi, bu dəfə də qonaqlar üçün ayrılmış 6 sektor böyük ölçüdə boş qaldı. Oyuna qədər İslandiya azarkeşlərinə xas alqışlı ritm uğurlu alındı. Yenə komandalar meydana çıxanda telefon işıqları maraqlı mənzərə yaratdı.
Azarkeşlər yanıldı
Oyun üçün hazırlanan proqramda hər iki komanda haqda məlumatlar, heyətlər əksini tapmış, maraqlı statistik məqamlar qeyd olunmuşdu. Miçelin “Atletiko”ya “Xetafe”də oynayarkən qol vurması, Mahir Mədətovun elit turnirdə bütün ötürmələri dəqiq olan 26 futbolçu arasında yer alması da ayrıca diqqətə çatdırılmışdı.
19.25-də Sənan Şəfizadə mikrofonu əlinə alıb azarkeşləri coşdurmağa başladı. Ot örtüyünün əvvəlki oyunlarla müqayisədə daha yaxşı olduğunu söyləyə bilərik. “Qarabağ” qazon üzərinə daha tez çıxdı. “Atletiko”nun futbolçuları isə xeyli sonra isinmə hərəkətlərini yerinə yetirmək üçün qazona ayaq basdı. Qurban Qurbanov həmişəki kimi yenə rəqibin hazırlığını diqqət mərkəzində saxlayırdı. Ən maraqlı və gülməli məqam hakimlər qaçış cığırında görünəndə yaşandı. Azarkeşlər onları İspaniya klubunun üzvləri bilib, fitə basdı. Ancaq az sonra ədalət təmsilçiləri meydanın mərkəzində qaçışanda yanıldıqlarını anladılar.
Bu dəfə problem yaşanmadı
Yenə “Roma” ilə oyunla analogiya aparaq. ÇL-in qrupunda ilk ev matçında təşkilatçılıq yönündə ciddi problemlər yaşanmışdı. Təcrübəsizlikdən qaynaqlanan obyektiv səbəblərlə yanaşı, subyektiv səbəblər azarkeşlərə və jurnalistləri sıxıntıya salmışdı. Bu dəfə nöqsanlardan nəticə çıxarılmışdı. Jurnalistlərin qidalanmasıyla bağlı problem yaşanmadı. Media sektorunda yerləşdirilən 30-a yaxın monitor “İdman Azərbaycan”a qoşulmuşdu. İnternet kabelləri də şəbəkəyə qoşulmuşdu. Yalnız “wi-fi” ilə bağlı bəzi jurnalistlər problem yaşadı. İnternet ara-sıra itir, sürət zəifləyirdi.
Çılğın Simeone
Hər iki baş məşqçi oyunu ayaqüstə izlədi. Dieqo Simeone xarakterinə uyğun olaraq 1 dəqiqə də yerində rahat dura bilmirdi. Komandasının hesabı aça bilməməsi argentinalı mütəxəssisi çılğına döndərmişdi. O, tez-tez futbolçularına irad bildirirdi. Hər iki baş məşqçinin ara-sıra texniki zona xəttindən kənara çıxdığını da qeyd edək.
Nəfəskəsən ikinci hissə
Oyun olduqca gərgin məcrada keçdi. Ancaq sevindirici haldı ki, futbolçular arasında heç bir insident, münaqişə yaşanmadı. Hətta komandalar start fitindən əvvəl birgə xatirə şəkli də çəkdirmişdi. Ancaq bunun meydandakı barışmaz mübarizəyə heç bir aidiyyatı yox idi. Əvvəlki iki qarşılaşmayla müqayisədə daha soyuqqanlı, səhvsiz oynayan “Qarabağ”ın məzmunlu, baxımlı mübarizəsi azarkeşləri susmağa qoymurdu. Əlbəttə, davamlı dəstəkdən söhbət gedə bilməzdi. Ancaq hər uğurlu driblinq, maraqlı ara ötürməsi, kəskin hücum və Şehiçin qurtarışları stadionu coşdurmaq üçün qığılcım rolunu oynayırdı. Bu mənada 2-ci hissə daha yaddaqalan oldu. Ndlovu meydandan qovulana qədər qarşılıqlı hücumlar izlədik. Hətta ikinci hissənin gedişində həm topa sahibolmaya, həm də hücumların sayına görə “Qarabağ” üstünlüyü ələ almışdı. Belədə tez-tez klubun adı stadionda səslənir, futbolçularımız daha da ruhlanırdı. Afrikalı hücumçu simulyasiyaya görə 2-ci sarı vərəqəni alanda hakimin fitə basılması gözlənilən idi. Buna bir az əvvəl əvəzlənmiş Pedro Enrike əlindəki su butulkasını yerə çırpmaqla reaksiya verdi. Braziliyalı yarımmüdafiəçi laysmana da kəskin etirazını bildirdi.
Möhtəşəm sevinc
BOS hələ belə həyəcan görməmişdi. Xüsusən “Qarabağ”ın azlıqda qaldığı dəqiqələrin hər anı unudulmaz oldu. “Atletiko”nun təhlükəli həmlələri, ardıcılı cinah asmaları fonunda “Qarabağ”ın müdafiəçilərinin sayıqlığı itirməməsi, Şehiçin dəqiq çıxışları adrenalini artıran səbəblərdən idi. 10 nəfərlə qalmasına baxmayaraq, çox güclü rəqibin qapısı qarşısında yüzfaizlik qol vəziyyətlərinin yaradılması da azarkeşlərə zövq yaşatdı. Yox, deyəsən, axı “Qarabağ” azlıqda deyildi. Onun 11-ci oyunçusu var idi. Onlar sıravi azarkeşlər idi. Budu, böyük həsrətlə gözlənən final fiti səslənir və sanki Qarabağ işğaldan azad olunubmuş kimi möhtəşəm sevinc nidası BOS-u ağuşuna alır. Rəşad Sadıqov şükür səcdəsi etdiyi məqamda ispanların beli bükülmüşdü. Komanda alqışla paltadəyişmə otağına yola salındı. Yolboyu fanatlar “Qarabağ bizimdi, bizim olacaq”, “Qarabağ”, “Qarabağ” şüarları səsləndirdi. İndi hər kəs azərbaycanlı olduğuna görə qürur duyurdu. Bu sevinci bizə yaşatdığın üçün təşəkkürlər, “Qarabağ”! Amma doymadıq. Davamını istəyirik. Coşdur bizi, “Qarabağ”! Bu xalqın üzü daim gülməlidi...
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar