15 okt 14:10aktual

Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı

Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı
Ruslan Abışov az şans qazanmasından şikayətləndi
Son günlər ən çox müzakirə olunan məsələlərdən biri Robert Prosineçkinin yığmada qalıb-qalmayacağıdı. Məlum olduğu kimi, dekabrda xorvatın AFFA ilə müqaviləsinin müddəti bitir. Əslində seçmə mərhələnin bitməsi onun millidəki işinin yekunlaşması deməkdi. Prosineçki gələn həftənin əvvəlində Bakıya gələcək və AFFA rəhbərliyinə hesabatını təqdim edəcək. Yalnız bundan sonra onun millidə işini davam etdirib-etdirməyəcəyi bəlli olacaq. Almaniya ilə oyundan sonra ölkəsinə yollanan Prosineçki Xorvatiya mətbuatına “çox güman, Azərbaycan millisində qalmayacam” demişdi. Əvvəlcə ona Sloveniyanın əsas komandasını çalışdırmağın təklif olunduğu xəbəri yayıldı. Hazırda isə Prosineçkinin adı Bosniya və Hersoqovina yığması ilə yanaşı hallanır. Lakin mütəxəssis nə Sloveniya, nə də Bosniyanın futbol rəhbrəliyindən təklif aldığını açıqlayıb. Birmənalı şəkildə AFFA ilə işbirliyinə son verəcəyini də deməyib. Bir sözlə, hər kəs gələn həftə baş tutacaq görüşü gözləyir. Ola bilər, həmin toplantıdan sonra yığmada Prosineçki dönəmi başa çatsın. Yaxud da xorvat AÇ-2020-nin final mərhələsini hədəfləyən millidə işini davam etdirsin.
Maraqlıdı, yığma üzvləri baş məşqçi məsələsində hansı fikirdədi? Onlar Prosineçkinin qalmasını, yoxsa getməsini istəyir?
Səlahət Ağayev: “Buna rəhbərlik və baş məşqçi özü qərar verəcək. Mən bu haqda danışmaq istəmirəm”.
Təmkin Xəlilzadə: “Fikrimcə, qalmalıdı. Çünki milli Prosineçkinin dönəmində yaxşı nəticələr qazandı, yaxşı çıxış etdi. Yığma seçmə mərhələdə heç vaxt qazanılmayan rekordu əldə etdi, 10 xal topladı. Bundan başqa, xorvat mütəxəssisin rəhbərliyi altında komanda ən azı yaxşı futbol sərgiləməyə başladı. Odu ki, qalıb işini davam etdirməsi həm milli, həm də futbolumuz üçün yaxşı olardı. Belə deyək, Prosineçki gedərsə, onun yerinə kimin gələcəyini bilmirik. Yeni çalışıdırıcı yaxşı futbol oynadacaqmı, kimlərə şans verəcək, milliyə kimləri dəvət edəcək - bütün bunları söyləmək çətindi. Bu baxımdan gözləyək, necə olacağını birlikdə görəcəyik. İnşallah, yaxşı olacaq”.
Ruslan Abışov: “Düzdü, Prosineçkinin dövründə millidə ən az şans qazanan futbolçulardan biri mənəm. Yalnız Bolqarıstan və Almaniya ilə oyunlarda meydana çıxmışam. Baş məşqçinin futbolçuya bu qədər az şans verməsi yaxşı hal deyil. Ancaq mən tək özümü fikirləşmirəm. Belə məqamda yalnız özünü düşünmək düzgün olmaz. O bundan sonra milliyə daha çox xeyir verəcəksə, əvvəlki ilə müqayisədə daha faydalı olacaqsa, qalıb işini davam etdirməsini istəyərəm. Burda önəmli məqam mənə şans verib-verməyəcəyi deyil. Əsas yığmanın uğurudu. Bu baxımdan 10 xaldan daha artığını qazanacağına inanırsa, mən də qalıb işləməsinin tərəfdarıyam. Ən önəmlisi odu ki, milli uğur qazansın”.
Mahir Mədətov: "Məşqçi kim olur-olsun, fərq etmir, biz Azərbaycan millisinin şərəfini qoruyuruq.Vəzifəmiz vətənimiz üçün oynamaqdı. Prosineçki qalacaq, yoxsa gedəcək - bu haqda heç nə deyə bilmərəm. Çünki onun rəhbərliyi altında oynamışam".
Rahid Əmirquliyev: "Bu AFFA-nın işidi, onlar daha yaxşı bilər. Mən istəyərdim ki, Prosineçki qalsın. Yenə də qərar AFFA-nındı".
Ağabala Ramazanov: "Prosineçki hörmətlə yanaşdığım məşqçilərdəndi. Onun millimizdə qazandığı uğurlar göz qabağındadı. Yığma üzvləri də ona hörmət edir. Həm məşqçi, həm də insan kimi. Ancaq onun qalıb-qalmaması rəhbərliklə öz arasında olan bir məsələdi. Buna mənim münasibət bildirməyim doğru olmaz".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar