12 okt 18:13aktual

“CBC Sport”un superliqa fiaskosu

“CBC Sport”un superliqa fiaskosu
Azarkeşlər telekanalın “feysbuk” səhifəsini “bombalayır”
Bildiyiniz kimi, ölkəmizdə Türkiyə superliqasının azarkeşləri kifayət qədərdi. Hətta öz futbolumuzdan daha çox qardaş ölkənin klublarını, millisini izləyən və dəstəkləyən onminlərlə azarkeş var. Təbii ki, Türkiyə çempionatı hamı üçün əlçatan deyil. Fanatlar müxtəlif, amma çətin üsullarla sevimli komandaların oyunlarını izləyə bilirdilər. Amma bu yaxınlarda onlar şad xəbər aldı. Sentyabrın 7-də məlum oldu ki, “CBC Sport” telekanalı superliqa matçlarını canlı yayınlayacaq. Hətta telekanalın rəhbəri Volkan Üst hər həftə iki oyunun canlı təqdim olunacağını demişdi. Türkiyə futbolunu izləyən hər kəs sevincindən yerə-göyə sığmırdı desək, yanılmarıq. Bəli, cəmi 2 yaşı olan telekanalın belə uğura imza atmasını təqdirəlayiq hal kimi dəyərləndirmək olardı. Amma…
Superliqanın 7 turu geridə qalsa da, hələ də telekanal matçları yayınlaya bilmir. Problemin dəqiq nədən ibarət olduğunu izah edən də yoxdu. Azarkeşlər isə intizarla oyunları gözləyir. Bəli, bu xəbər açıqlanan gün telekanalın direktoru Volkan Üst açıqlama vermiş, yayın hüququnun alınmasını böyük uğur kimi qiymətləndirmişdi. Üstəlik, telekanalın əməkdaşları da sosial şəbəkələrdə cuşa gəlmişdilər. Bəlkə də haqlı idilər. Lakin anonsu verməkdə bir az tələsdilər. Atalar məsələlərini sevməsəm də, arada istinad etmək yerinə düşür – “çayı keçməmiş “hop” demə”. Lakin “CBC Sport”çular bunu etdi. Bu üzdən də telekanal kifayət qədər qınaq obyektinə çevrildi, imicinə xələl gəldi. Telekanalın “feysbuk” səhifəsinə azarkeşlər tənqidi şərhlər yazırlar. Onlardan bir neçəsi ilə sizi tanış edirik.
Rəvan Ağayev: “CBC Sport”, siz qazı harasından vurduz? Superliqa söhbətinə görə deyirəm”.
Seymur Quliyev: “Siz də reytinq yığan qlamur səhifələr kimi telekanal olaraq ucuz yola əl atdız. Siz idman telekanalısız, amma özünüzü “Pıçıltı” (sosial şəbəkədə mənasız paylaşımlarla gündəmdə olan səhifə - Ş.Ş.) kimi niyə aparırsız?”
Elşən Bayramov: “CBC Sport” Türkiyə superliqasını almaq istəyirmiş. Türkiyə Futbol Federasiyası da deyib ki, bir dənə qalıb, qardaş, onu da vitrinə qoymuşuq”.
Zaur Nəcəfov: “Güya Türkiyə superliqasını verəcəkdiz. Çox yalançı kanalsız”.
Ayxan Ea: “Fənərbaxça” – “Beşiktaş” derbisini göstərməsəz, daha sizə sözüm yoxdu. Bundan sonra şou-biznes əhlini, Zaur Baxşəliyevin verilişini göstərərsiz”.
Heydər Rəsulzadə: “CBC Sport”, dünən axşam göstərdiyiniz “Fənərbaxça” – “Beşiktaş” oyununa görə sizə təşəkkür edirik”.
Fuad İsgəndərov: “Türkiyə superliqası ilə bağlı o qədər adam sizə yazır. Amma cavab vermirsiz. Mədəniyyətiniz olsun”.
Maraqlıdı ki, telekanal “feysbuk” səhifəsində qiymətləndirmə bölməsini də gizlədib. Yəqin ki, 1-dən yuxarı qiymət verməyəcəklərini və reytinqin aşağı düşəcəyini bilirlər.
Məsələ ilə bağlı telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. Onun fikrini olduğu kimi təqdim edirik: “Bu haqda şərh vermək istəmirəm. Yeni bir şey deyə bilməyəcəm. Hələ gözləyirik”.
Əziz azarkeşlər, hələ də heç bir sahədə “cücəni payızda saymağı” öyrənmədik. Odu ki, gözləməkdən başqa çarəm(n)iz yoxdu.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar