12 okt 18:02aktual

İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı

İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı
Vaqif Sadıqov: “Son oyunlar da göstərdi ki, bu məşqçi istəksiz fəaliyyət göstərir”
İsgəndər Cavadov: “İstərdim ki, millini yerli mütəxəssis çalışdırsın”
Mahir Məmmədov: “Qurban Qurbanovu “Qarabağ”dan ayırmaq istəməzdim”

Yığma DÇ-2018-in seçmə mərhələsindəki macərası başa çatdı. Artıq bütün düşüncələr baş məşqçi postu ilə bağlıdı. Daha doğrusu, Robert Prosineçkinin əsas komandanın “sükanı arxasında” qalıb-qalmayacağı bilinmir. Öncə onu qeyd edək ki, dekabrda xorvat mütəxəssisin müqaviləsinin müddəti bitir. Əslində Prosineçkinin son açıqlamalarından belə qənaətə gəlmək olar ki, yığmamızda qalmaq istəmir. Doğrudu, Prosineçkinin dönəmində milli daha baxımlı futbol oynamağa başladı, bir sıra ilklər qeydə alındı. Lakin cəmi 1 xalla rekord yeniləndi, sonda isə əvvəlki mövsümlərdə olduğu kimi, qrupu 5-ci yerdə başa vurduq. Nəzərə alaq ki, qarşıdakı hədəf AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaqdı. Odu ki, AFFA qərar verərkən bütün nüansları nəzərə almalıdı. Məlum olduğu kimi, Almaniya ilə oyundan sonra vətəninə yollanan Prosineçki Bakıya gələcək və hesabat verəcək. Yığmada qalmaq istəməsə, onsuz da müqaviləsinin müddəti bitdiyindən, ona “yaxşı yol” deyiləcək. Yox, işini davam etdirmyə müsbət yanaşsa, artıq qərarı AFFA İcraiyyə Komitəsi (İK) verəcək. Bu üzdən dünən İK üzvlərindən bir neçəsi ilə əlaqə saxlayıb, Prosineçkinin qalıb-qalmaması ilə bağlı fikirlərini öyrəndik.
Vaqif Sadıqov: “Başa çatan seçmə mərhələdə Prosineçkinin rəhbərliyi altında bəzi ilklərə imza atmışıq. Bunu hamı bilir, əlavə şərhə ehtiyac yoxdu. Baxmayaraq ki, qrupu 5-ci yerdə bitirdik, ancaq bundan öncə 10 xal toplamamışdıq. Baş məşqçi məsələsində isə istək iki tərəfdən gəlməlidi. Birtərəfli istəklə baş məşqçi təyinatı olmur. Hesab edirəm ki, hər iki tərəf razılıq əldə etsə, onda Prosineçki yolunu davam etdirə bilər. Belə olmazsa, fikrimcə, əvəzolunmaz məşqçi yoxdu. Xorvatın razılığı olmasa, digər baş məşqçi seçimi müzakirə edilər və uyğun variant üzərində dayanılar. Azərbaycanı uğura daşıya biləcək yerli məşqçilərimiz də var. Hədəf AÇ-2020-disə, sırf baş məşqçi ilə hər şey həll olunmur. Kompleks işlər görülməlidi və o cümlədən də çalışdırıcı amili önəmlidi. Təkcə məşqçi ilə hər şey əldə olunsaydı, gedib ən tanınmış mütəxəssisi gətirib, bütün istədiyimiz uğurları qazanardıq. Bu belə deyil. Fikrimcə, planlı şəkildə iş olmalıdı və bütün bu prosesdə məşqçinin də rolu böyükdü. Belə deyək, mərhələ yeni bitib, bütün oyunlar soyuq başla təhlil olunmalı, yalnız bundan sonra qərar verilməlidi. Bu məsələdə tələsməyə ehtiyac yoxdu. Ancaq elə qərar olmalıdı ki, sabah həmin qərara görə nə biz utanaq, nə də futbolumuz uğursuzluğa düçar olsun. Artıq vaxt çatıb ki, yığmamız diqqətçəkən uğurlara imza atsın və hər birimizi sevindirsin. Həmin uğur Prosineçki və ya başqa biri ilə olacaq – bunu zaman göstərəcək. Xorvatın qalıb-qalamamaq məsələsində isə dediyim kimi, istək hər iki tərəfdən gəlməlidi. Bu gün mətbuatdan oxuyuram ki, Prosineçki qalmaq fikrində olmadığını deyir. Belə olan halda mən necə o məşqçinin arxasında dayana bilərəm?! Son oyunlar da göstərdi ki, bu məşqçi istəksiz iş aparırdı, fəaliyyət göstərirdi. Buna baxmayaraq, bir sıra ilklərə imza atan da Prosineçki olub. Bu gün müsbət və mənfi məqamları nəzərə alaraq, qərar vermək lazımdı. Təkcə mənim və ya başqa birinin istəyi ilə məsələ həll olunmur. Çünki çox önəmli bir məqamdı. Ona görə də bu məsələyə çox ciddi yanaşmaq lazımdı. Bir daha qeyd edirəm, elə qərar qəbul olunmalıdı ki, gələcəkdə həmin qərara görə utanmayaq”.
İsgəndər Cavadov: “Hələ ki ortada bir şey yoxdu. Odu ki, konkret fikir söyləmək olmur. Gəlsin, hesabatını versin, sonra baxarıq. Ümumiyyətlə, həmişə istəmişəm ki, yığmada azərbaycanlı məşqçi olsun. Özü də getmək istəyir. Bunu daha öncə də bildirib. Ancaq onu deyim ki, xorvatın yaxşı xüsusiyyətləri də var. Bildiyiniz kimi, yığma ilə birgə oluram, oyunlarını izləyirəm. Baş məşqçi ilə dialoqlarım olub. Müsbət keyfiyyətləri var. Uşaqlarla lazımi səviyyədə işləyir, məşqçi korpusu da işinə həssas yanaşır. Prosineçki yaxşı məşqçidi. Lakin futbolçulardan da çox şey asılıdı, komanda da güclü olmalıdı. Təkcə baş məşqçi ilə iş bitmir. Prosineçkidə yaxşı ideyalar var. Bu üzdən hesabatını dinləyək, fikrini öyrənək, bəlkə qalmaq istəyir. Baş məşqçinin mövqeyi də önəmlidi. Getmək istəyərsə, bu onun öz işidi. Mən istərdim ki, millini yerli mütəxəssis çalışdırsın. Bununla belə, azərbaycanlı məşqçi üçün də yaxşı futbolçular lazımdı. Eyni tələb ortaya çıxır. Seçmə mərhələyə yaxşı başalmışdıq. Lakin sonradan nəsə problem yarandı. Ola bilər, daha soyuqqanlı olmaq üçün nələrsə çatmadı. Ölkə çempionatının səviyyəsi qalxmalıdı. Təbii, “Qarabağ” və “Qəbələ”nin beynəlxalq arenadakı çıxışı bizi sevindirir. Uşaqlar təcrübə toplayır. Ancaq bizə rəqabətədavamlı 4-5 komanda lazımdı. Belədə futbolçular millidə də daha yaxşı oyun sərgiləyər. Bunlar hamısı bir-biri ilə bağlı məsələlərdi. Ən əsası isə azərbaycanlı uşaqlar xaricdə top qovmalıdı. Orda futbol məktəbləri, oyunlar, təcrübə başqadı. 4-5 futbolçumuz ölkə xaricində müntəzəm çıxış etsə, bunun təsiri birbaşa millidə hiss olunacaq. Güclü yığmaların oyunçuları güclü klublarda, çempionatlarda top qovur. Təcrübə toplayıb, yığmaya da fayda verirlər. Bizə də bu lazımdı. Futbolçularımızın ölkə xaricinə çıxışı zəifdi. Bunun üzərində işləmək lazımdı. Hər kəs bunu başa düşməlidi, gənclər öz üzərində çox işləməlidi, legioner həyatı yaşamağa can atmalıdılar. Artıq məşq etmək, artıq qaçmaq lazımdı. Bu proses bizdə bir qədər zəif gedir”.
Mahir Məmmədov: “Onun müqaviləsinin müddəti bitir. Qalıb və ya getmək istədiyini özü deyəcək. Azad mütəxəssisdi. Belə məlum olur ki, Prosineçkiyə dünyada müəyyən ehtiyac var. Getsə, ona ancaq minnətdarlıq bildirib, “sağ ol” deyəcəyik. Çünki mənim fikirmcə, onun Azərbaycanda işlədiyi müddət məhsuldar alındı. Qalmasının tərəfdarıyam deyəndə ki, onun burda çalışdığı illəri məhsuldar və müsbət sayıram. Heç bir baş məşqçi heç bir yığmada ömürlük qalmır. Azərbycan Şahmat Federasiyası kimi AFFA da bir mövqedən digərinə tullanmır. Hər hansı bir xətt götürür, seçim edir və həmin seçimə riayət edir. AFFA bağlanan müqavilənin şərtlərinə hörmət edir. Biz kəskin qərarlar qəbul etmirik. Baxmayaraq ki, digər yığmalarda bu çox zaman müşahidə olunur. Seçmə mərhələnin ortasında məşqçi dəyişirlər, hətta bəzən iki dəfə buna əl atırlar. Ancaq Azərbaycan millisində belə deyil. Müqavilə bağlandı, məşqçi işlədi və dövr göstərdi ki, bizim seçimimiz düzgün idi. Bizdən sonra onu Avropa komandaları istəyirsə, bu o deməkdi ki, yığmamızdakı işini doğrudan da müsbət sayıblar. Qalmaq fikrində deyilsə, bu da normal haldı. Prosineçki getsə, fikrimcə, yenidən əcnəbi mütəxəssislərə müraciət etmək, yaxşı olar. Baxmayaraq ki, Qurban Qurbanov artıq püxtələşib, yetişib, belə deyək, bizim məşqçilər sexində başqalarından qəti surətdə seçilir. Lakin onu “Qarabağ”dan ayırmaq istəməzdim”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar