12 okt 17:50aktual

BOS-da monitorlar üçün kabellər quraşdırılıb

BOS-da monitorlar üçün kabellər quraşdırılıb
Cəmilə Sultanova: “Jurnalistlərə xüsusi geyim veriləcək”
“Qarabağ” – “Roma” oyunu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ölkəmizdə keçirilən ilk görüş olmaqla yanaşı, Bakı Olimpiya Stadionu adına uğursuz sınaq kimi tarixin yaddaşına düşdü. Azarkeşlər giriş-çıxışda tıxaca düşdü, jurnalistlərin sərbəst işləməsi üçün lazımi şərait yaradılmadı. Azarkeşlər üçün ayrılmış, “Qara Qarayev” və “Gənclik” metrostansiyalarından hərəkət edən xüsusi avtobusların marşrutu “Koroğlu” metrostansiyasında yekunlaşdı. Bu da insanların vaxtında stadiona çatıb, yerini erkən tutmasına əngəl oldu. Polislərin qurduğu sədlər isə yağış altında islanan adamları lap hövsələdən çıxardı.
Mətbuatın qəzəblənməsi üçün də yetərincə əsas var idi. Sanki stadionun tikintisi zamanı təbiət hadisəsi nəzərə alınmayıb. Oturacaqların üzərini örtməli olan tavandakı boşluqlar yağış sularının media sektorundakı masaları islatması üçün kifayət edirdi. Nəticədə kompüterlər bundan zərər görürdü. Belədə cihazları işlətməkdənsə, qatlayıb çantaya qoymaq məsləhət idi. Yəqin ki, italyan jurnalistlər təşkilatçılıqla bağlı çatışmazlıqlara görə Bakıdan xoş təəssüratla qayıtmayıb. Çünki yağış altında islanmaq fonunda internet problemi “bonus” idi. Hələ fasilədə media üçün ayrılmış qida məhsullarında da qıtlıq müşahidə olundu.
Sıradan stadionda belə problemlərlə üzləşsəydik, adamı yandırmazdı. Söhbət 2019-cu ildə Avroliqanın finalını qəbul edəcək Bakı Olimpiya Stadionundan gedir. Bu baxımdan arenada belə nəzərəçarpan qüsurlara yol verilməməlidi. Görək “Atletiko” ilə matç ərəfəsində bu nöqsanlar aradan qaldırılıbmı? Yoxsa yenə eyni problemlərlə üz-üzə qalacağıq?
BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanovanı dinləyək: “Problemlərin həlli üçün təşkilatçılığa məsul bütün tərəflərlə birgə iş görürük. Hər oturacağın önündə olmasa da, bir neçə jurnalistin əyləşdiyi masanın önündə monitorlar quraşdırılacaq və oyunu ordan da izləmək mümkün olacaq. Artıq monitorlar üçün kabellər quraşdırılıb. Ancaq AÇ-2020 üçün monitorlar və oturacaqlar yenilənəcək. Bunu vaxtı çatanda UEFA özü təşkil edəcək. Proqnozlara görə “Atletiko” ilə oyun günündə yağıntı gözlənilmir. Ancaq yağış olsa belə, bunun qarşısını ala bilmərik. Bu, təbiət hadisəsidi. Jurnalistlərə xüsusi geyim veriləcək. Əlimizdən gələn budu. Çünki yağışa qarşı biz heç nə edə bilmərik. Bu gün (dünən) “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovla görüşmüşəm. Artıq yeməyin sifariş olduğunu və bu dəfə qidalanmayla bağlı problemin olmayacağını söylədi. Avtobuslarla bağlı məndə məlumat yoxdu. Yəqin ki, yenə Bakı Nəqliyyat Agentliyi avtobuslar ayıracaq. Bu haqda yeni məlumat olan kimi ictimaiyyətə açıqlayacağıq. Əksəriyyət şikayət edir ki, metro stadiondan uzaqdı. Avtobuslar da metroya kimi daşıyır. Məndə olan məlumata görə, böyük kütlənin eyni vaxtda stadion ətrafında toplaşmaması üçün atılmış addımdı. Bu da təhlükəsizlik mülahizələrindən irəli gəlir”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar