12 okt 17:35aktual

Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir

Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir
“Ağ-qaralar” qışda güclənməlidi!
Yığmanın Çexiya və Almaniya ilə oyunları üzündən premyer-liqada yaranmış ikihəftəlik fasilə başa çatmaq üzrədi. Bu müddətin bir çox məşqçilərin, xüsusilə sonuncu pillələrdə yer alan “Neftçi”ylə “Kəpəz”in çalışdırıcıları Tərlan Əhmədovla Şahin Diniyevin işinə yaradığını deməliyik. “Ağ-qaralar” hətta fürsətdən istifadə edib yoldaşlıq görüşü keçirməyə də imkan tapdı. “Qəbələ” ilə oyunda 2:1 hesablı qələbəyə sevinən məhz bölgə təmsilçisi oldu. Tərlan Əhmədovun gəlişindən sonra 3 rəsmi və 1 yoldaşlıq görüşünə çıxan komandayla bağlı bəzi deyəcəklərimiz var.
Elxan Abdullayevlə Elşad Əhmədovun bacarmadığını...
Mövsümə Elxan Abdullayevlə başlayan, onun istefasından sonra Elşad Əhmədova şans verilən komandada canlanmanın olduğunu görmək üçün sərgilənən oyunla yanaşı, statistik göstəricilərə nəzər salmaq kifayətdi. Elxan Abdullayevin rəhbərliyi altında “Qarabağ”a 1:3 hesabıyla uduzan bakılılar ardınca “Səbail”ə boyun əydi – 0:1. Elşad Əhmədov da heç nəyi dəyişə bilmədi. Autsayder “Kəpəz”lə doğma meydandakı qarşılaşmada qol vurmaq mümkünsüzə çevrilincə, oyun qolsuz heç-heçə başa çatdı. Ardınca “Sumqayıt”a 0:1 hesablı yenilgi. 4 turdan sonra ümumi vəziyyət olduqca acınacaqlı idi. “Səbail” kimi debütant, “Kəpəz” kimi yarımcan, “Sumqayıt” kimi ortabab ilə oyunlardan sonra statistik göstərici beləydi: 4 oyunda 1 heç-heçə, 3 məğlubiyyət. Vurulan topların sayı 1, buraxılan qolların sayı 5. Üstəlik, ardıcıl 3 matçda rəqib qapılarının torunu silkələmək müşkülə çevrilmişdi.
...Tərlan Əhmədov etdi
Əhmədovun gəlişindən sonra bir çox məqamlarda dəyişikliklər nəzərə çarpmağa başladı. Ən başlıcası “Neftçi”nin sonrakı rəqibləri “Qəbələ” kimi iddialı, “oturuşmuş” heyəti olan “Zirə” və “bərk qoz” sayılan “İnter” idi. Qısası, bu yay avrokuboklarda ölkəmizi təmsil edən 4 komandadan üçü. Yəni Tərlan bəy olduqca ciddi sınaq qarşısındaydı. Rəqiblərin adına önəm verməyən çalışdırıcının əsas məqsədi komandasına hücum futbolu oynatmaq idi. Və “Zirə” ilə matçda oyun planındakı dəyişiklik özünü göstərdi. Düzdü, zirəlilər yekunda 2:1 hesabı ilə qalib gəldi. Amma “Neftçi”nin son dəqiqələrdə bir nəfər azlıqda mübarizə aparmasına baxmayaraq, böyük qüvvə ilə irəli atılması, rəqibi təzyiq altında saxlaması azarkeşlərin ürəyincə oldu. Ardınca “Qəbələ”ylə səfər oyunu və yenə eyni mənzərə. Bakılılar heyətinə görə özündən qat-qat güclü rəqiblə oyunda müdafiədə “oturmadı”. Bacardığı qədər hücum etdi, qol vurdu. Bu iki görüşdən sonra qələbənin ovuc içində olduğu sirr deyildi. İnam yaranmışdı, ölmüş ümidlər dirilmişdi, “Neftçi” artıq qol vurmağa başlamışdı. “İnter”lə oyun isə son 15 gündə komandada hansı işlərin görüldüyünü ortaya qoydu. “Ağ-qaralar” həmşəhərlilərindən bir baş üstün futbol sərgiləyib, sonda 2:0-lıq qələbəyə sevindi. Tərlan Əhmədovun gəlişindən sonra ümumi vəziyyət belədi: 3 oyun, 1 qələbə, 2 məğlubiyyət. Vurulan topların sayı 4, buraxılan qolların sayı da bir o qədər. Rəqiblərin “Zirə”, “Qəbələ” və “İnter” olduğunu nəzərə alanda, işə yeni başlayan məşqçi üçün normal göstərici kimi qiymətləndirilə bilər. Hər halda, Elxan Abdullayevlə Elşad Əhmədovun əldə edə bilmədiyi qələbəni Tərlan Əhmədov qazandı. İlk ikisinin rəhbərliyi altında 4 oyunda cəmi 1 qol vuran komanda yeni çalışdırıcının gəlişindən sonra 3 görüşdə 4 dəfə fərqləndi. Oynadılan hücum futbolu da öz yerində.
Qışa qədər vəziyyəti düzəltmək mümkündü
“İnter” üzərində qələbədən sonra düşərgədə üzlərin gülməsi dəqiqdi. Sonuncu dəfə ötən mövsümün 26-cı turunda 3 xalın nə olduğunu görən “ağ-qaralar” həmin hissi yaşayandan sonra xeyli həvəslənib. Baş məşqçi və futbolçuların özləri də açıqlamalarında “vəziyyətdən çıxmaq üçün bir qələbə lazımdı” deyirdilər. Deməli, davamı gəlməlidi. Bunun üçün ələ yaxşı fürsət düşüb. Bakılıların qarşıdakı üç rəqibinin adına nəzər salanda 10-cu turdan sonra Tərlan Əhmədovun üzünün güləcəyini təsəvvür etmək çətin deyil. “Ağ-qaralar” 8-ci turda “Səbail”in qonağı olacaqsa, 9-cu turda “Kəpəz”lə oyun üçün Gəncəyə səfər etməlidi. 10-cu turda isə “Sumqayıt”ı qəbul etməlidi. Bu üç qarşılaşmada 9 xal qazanmaq maksimum hədəfdisə, mimimum məqsəd 7 xal olmalıdı. Belə deyək, indiki “Neftçi” istənilən halda “Səbail”lə “Kəpəz”i udmalıdı. Təcrübəlilərin cəmləşdiyi “Sumqayıt”la qarşılaşmada isə deyək ki, heç-heçə qeydə alındı. 11-14-cü turlarda Əhmədovun rəhbərlik etdiyi kollektivin rəqibləri “Zirə”, “Qəbələ”, “İnter” və “Qarabağ” olacaq. Bu 4 oyunda minimum 6 xal yığmaq mümkündü. İşlərin axarı bu plan üzrə davam etsə, “Neftçi” qış fasiləsinə 17 xalla yollanıb, avrokuboklara vəsiqə qazanmaq yolunda ciddi addım atmış olacaq.
Yanvarda heyətə əl gəzdirmək vacibdi
Tərlan Əhmədov iş başına keçəndən sonra onun istəyi ilə dəvət olunan futbolçu yalnız Rəşad Sadiqovdu. Emin Mahmudov isə yığmanın mənafeyi naminə AFFA tərəfindən məsləhət görülüb. Əlbəttə, hər bir məşqçi əlinin altında yaxından tanıdığı, yaxud oyununu bəyənib komandaya cəlb etdiyi futbolçuların olmasını istəyir. Necə ki bu mənada Elxan Abdullayevə hər cür şərait yaradılmışdı. Üstəlik, heç bir nəticə və yaxşıya doğru ümid olmayan vaxtlarda. Rəhbərlik “Neftçi”nin mövsümün sonunda Avroliqaya vəsiqə qazanmasını istəyirsə, qış fasiləsində oturub Tərlan bəylə məsləhətləşməli, baş məşqçinin fikirlərini dinləməlidi. Bugünkü komandada kifayət qədər lazımsız futbolçu var ki, belələrini ayırd etmək üçün dahi futbol bilicisi olmağa ehtiyac yoxdu. Məsələn, meydana hücumçu kimi çıxan, lakin qol vurmağın nə olduğunu bilməyən Daniel Seqoviyanın “Neftçi”də oynamasının özü faciədi. “Qəbələ”ylə yoldaşlıq görüşünü izləyənlər ispan hücumçunun sonuncu dəqiqələrdə qaçırdığı iki qol imkanını görəndə az qala başını divara vuracaqdı. Pavel Dreksanın işi oynamaqdan çox qışqırmaq, danışmaqdı. Olduqca biabırçı mövqe səhvlərinə yol verən çexiyalı mərkəz müdafiəçisinin görünüşündən başqa heç nəyi yoxdu. Mateo Mujek də onlar kimi. Georgi Navalovskidən qat-qat zəif təsir bağışlayan xorvatdansa, Anton Krivotsyuk daha faydalı və istəklidi. Topla yetərincə fəal görünən İqnasio Erreranın da hücuma xüsusi dəstək verdiyini demək çətindi. Düzdü, qaçır, fintlər edir, cərimə meydançasına asmaları olur. Amma qol vurmaq baxımından ortada heç nə yoxdu. Yerlilərdən Elnur Cəfərovla Tərzin Cahangirova da qapını göstərmək olar. Aydındı, bir çoxunun yaya qədər müqaviləsi var. Heç kimi zorla qovmaq mümkün deyil. Amma “Neftçi”nin xoş gələcəyi üçün danışıqlar masası arxasına oturub, ortaq qərar qəbul etmək çətin olmaz. Göndərilməsi mümkün olanların əvəzinə isə həmin maaşa daha səviyyəli futbolçular cəlb etmək olar. “Zirə”də çıxış edən Riçard Qadze Seqoviyadan iki dəfə az pula oynayır. “İnter”li Adrian Skarlatake Dreksa ilə eyni qazanır. Bunlar göz qabağındakı nümunələrdi. Avropada həmin riçardların, skarlatakelərin, manqaların yüzünü tapmaq olar. Amma təmiz işləmək şərtiylə. Daha futbolçuyla bir cür danışıb, rəsmi sənədə başqa cür yazmaqla yox. Odu ki, hər şey klub rəhbərliyi ilə baş məşqçinin öz əlindədi. İşlər yaxşı gedirsə, Tərlan Əhmədovun “çaldığı havaya oynamaq” olar. Hər halda, Vəli Qasımovla Elxan Abdullayevin havasından yaxşı olana oxşayır.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar