11 okt 23:55aktual

Şeydayev millilərin oyununa görə Qurbanovdan şans gözləmir

Şeydayev millilərin oyununa görə Qurbanovdan şans gözləmir
"Müller yaxınlaşıb dedi ki, heç bir problem yoxdu"
Ramil Şeydayev üçün DÇ-2018-in seçmə mərhələsinin sonuncu oyunu - Almaniyaya qarşı matç əlamətdar oldu. Gənc futbolçu millimizin formasında ilk qolunu vurdu. Özü də şərəfini qoruduğu "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Çelsi"nin müdafiəçisi Rüdigeri çaş-baş salmaqla. Görüşdən dərhal sonra Şeydayevlə danışmaq mümkün olmasa da, Bakıya dönərkən yolda onunla söhbətləşdik.
- Seçmə mərhələnin son oyunu idi. Almaniya ilə matçın ilk yarısında yaxşı oynadız. Lakin ikinci hissədə tam fərqli yığma gördük. Nə baş verdi, niyə çatdırmadız?
- Almaniyanı hər kəs tanıyır. Onların səviyyəsini bilirsiz. Səfərdə oynamağımıza baxmayaraq, pis çıxış etmədik. Xüsusilə ilk yarıda. Birinci hissədə bir neçə qol imkanı yaxaladıq. Müdafiədə də rəqibə o qədər imkan vermirdik. İlk yarıda buraxdığımız qolu nəzərə almasaq, rəqibə ciddi epizod vermədik. İkinci hissədə isə gücümüz çatmadı. 3 gündə iki oyun oynadıq. Bir az yorğunluq hiss olunurdu. Nəticədə öz səhvlərimizdən 5 qol buraxdıq və ağır məğlubiyyət aldıq.
- Axır ki milli formada ilk qolunu vurdun. Bu sənin üçün nə deməkdi və qoldan sonra hansı hissləri keçirdin?
- Çoxdan bunu arzulayırdım. Qoldan sonra yüksək emosiyalar yaşadım. Əsas hesabı bərabərşdirməyimiz idi. Şəxsi uğur isə ikinci plandadı. Ümid edirəm ki, bundan sonra da yığmada qollar vuracam və uğur qazanacağıq.
- Qolun ardından rəqib futbolçular sənə etiraz edirdi. Çünki topu ələ keçirdiyin an Mustafi zədə aldı, amma sən dayanmadın.
- Bəli, elə oldu. Lakin həmin epizodda kim olsaydı, dayanmazdı. Bir neçə rəqib oyunçu etiraz etdi. Dedilər ki, oyunu saxlamalıydım. Mən də onlara heç bir cavab vermədim. Rəqibin kapitanı Tomas Müller yaxınlaşıb dedi ki, heç bir problem yoxdu. Üstəlik, əlimi sıxdı.
- Qol epizodunda Rüdigeri aldatdın, hansı ki, ÇL-dəki rəqibiniz "Çelsi"nin şərəfini qoruyur.
- Bunun xüsusi önəmi yoxdu. Rüdiger də insandı. Düşünürəm ki, aldatmaq mümkün olmayan oyunçu yoxdu. Odu ki, futbolda belə şeylər normaldı. Hamı aldada, aldana bilər. Mən hücumçuyam. Əsas işim müdafiəçiləri geridə qoymaqdı. Dünən (srağagün) də bunu etdim. Bəzən etdiklərin uğurlu alınır, bəzən də yox. Bu dəfə mən sevinən tərəf oldum. Bundan sonra da qollar vurmaqda davam etməliyəm.
- Oyundan sonra baş məşqçi nə dedi? Seçmə mərhələdəki oyunlara görə təşəkkür etdimi?
- Çox uzun söhbət etmədik. Tsiklə görə təşəkkür etdi. Hamımıza uğurlar arzuladı. Biz istədiyimiz yeri tutmadıq. 10 oyuna cəmi 10 xal topladıq. Bu bir az üzücüdü. Daha çox xal toplamaq potensialına malik idik. Sadəcə, yaxşı oynamadıq və bəzi anlarda bəxtimiz gətirmədi. Şimali İrlandiya ilə matçı xatırlamaq kifayət edir. Rəqibi açıq-aşkar üstələmişdik. Amma lazımsız qol buraxdıq. Heç kimin gözləmədiyi anda. Həmin oyunda məğlubiyyətə layiq deyildik. Amma nə edək? Futbol belədi.
- Almaniyaya qarşı gözəl oyundan və qoldan sonra Qurban Qurbanovun sənə şans verəcəyini düşünürsən?
- Bunu düşünmürəm. Daha doğrusu, gözləmirəm. Kim yaxşıdısa, meydana o çıxacaq. Şans versə, təbii ki, yararlanacam. Verməsə, çox çalışmalı, özümü sübut etməliyəm. Ümid edirəm ki, "Qarabağ"da da özümü yaxşı tərəfdən göstərəcəm.
- Qarşıdan "Atletiko"ya qarşı vacib oyun gəlir. Səncə, Bakıda rəqibdən xal almaq mümkün olacaqmı?
- Hər şey ola bilər. Bacarılmayacaq heç bir iş yoxdu. "Atletiko" çox güclü komandadı. Onlar bəzi keyfiyyətlərinə görə hətta "Çelsi"dən də üstündülər. Çətin olacaq. Amma nəticə oyunun gedişindən asılıdı. Ümid edirəm ki, yaxşı nəticə əldə edərik.
ŞƏFİ ŞƏFİYEV, Saarbrüken - Bakı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar