11 okt 21:10aktual

Rahid Əmirquliyevin himni oxumaması narazılıq doğurdu

Rahid Əmirquliyevin himni oxumaması narazılıq doğurdu
Seçmə mərhələnin son oyununda Almaniyanın qonağı olan yığma növbəti dəfə darmadağınla üzləşdi. Tsiklə uğurla başlayan Robert Prosineçkinin komandası bununla da seçmə mərhələni adət etdiyimiz mövqedə, 5-ci pillədə başa vurdu.
Kayzerslauterndəki “First Valter” arenasında baş tutan qarşılaşma Rahid Əmirquliyev üçün də yaddaqalan oldu. Belə ki, Rəşad Sadıqovun millidən ayrılmasından sonra kapitan sarğısı məhz ona həvalə olunmuşdu. Düzdü, Rahid ilk dəfə deyildi ki, ölkənin əsas komandasında bu missiyanı yerinə yetirirdi. Yığmanın bəzi görüşlərində kapitan sarğısı onun qolunda olub. Lakin həmin matçlarda Rəşad meydanda olmadığna görə vitse-kapitan kimi bu məsuliyyətin altına girib. Ancaq srağagünkü qarşılaşmada Rahid ilk dəfə əsas kapitan kimi meydanda bu çətin işin öhdəsindən gəlməliydi. Ancaq təəssüf ki, bunu bacarmadı. Hazırda “Qarabağ”ın şərəfini qoruyan “19 nömrə” inamı doğrultmadı. Belə ki, Rahid oyunun əvvəlində səslənən Azərbaycan himnini oxumadı və ya bəlkə də bunu özünə sığışdırmadı. Eyni addımı AFFA-nın “xeyir-duası” ilə “milliləşdirilən” Bədavi Hüseynov, Riçard Almeyda, Məhəmməd Mirzəbəyov kimi sonradan Azərbaycan pasportuna sahib çıxanlar atsaydı, bu məqam ictimaiyyət arasında belə ikrah doğurmazdı. Ancaq Azərbaycanda doğulan, bu torpağın havasını udub, suyunu içən Əmirquliyevin himnimizə belə hörmətsizliyi qəbul olunmazdı.
Onsuz da Rəşad kimi vətənpərvərdən sonra millinin kapitan sarğısının Əmirquliyevə tapşırılması futbol ictimaiyyəti arasında heç də birmənalı qarşılanmadı. Bir çoxlarının fikrincə, Kamran Ağayev, Ruslan Abışov olan yerdə Rahidin sarğını qoluna taxması absurddu. Əslən Qusardan olan yarımmüdafiəçinin kapitanlıqla bağlı təcrübəsi olmasaydı, bunu ilk oyunun həyəcanı kimi dəyərləndirib, himnə hörmətsiliyi təcrübəsizliyin adına yazmaq olardı. Lakin yuxarıda qeyd etdiyimiz kimi, Rahid həm yığmanın bəzi oyunlarında, həm də uzun illər ölkənin aparıcı klublarından biri olan “Xəzər Lənkəran”da bu missiyanı yerinə yetirib. Əmirquliyev Almaniya ilə oyuna qədər 3 dəfə millinin kapitanı kimi meydana çıxmaq şərəfinə nail olub. Odu ki, Rahid nə təcrübəsizdi, nə də dünənki uşaq. Onun bu əməlinin bir adı var: Azərbaycana, onun müstəqilliyinin atributu olan himnə hörmətsizlik.
Məsələ ilə bağlı müxtəlif vaxtlarda ölkənin əsas komandasının kapitanı olmuş veteran futbolçularla danışmağı lazım bildik. Görəsən, onlar Əmirquliyevin himni oxumamasını necə dəyərləndirir? Öncə hazırda “Neftçi”ni çalışdıran, uzun illər millinin kapitanı olan Tərlan Əhmədovu dinləyək: “Mən yığmanın kapitanı olduğum dönəmdə hər oyunda himnimizi oxumuşam. Sözlərini də əzbər bilirəm. Bu gün kimsə himni oxumursa, mən buna nə deyə bilərəm? Hərə özünə cavabdehlik daşıyır”.
Təəssüf ki, müstəqillik illərində millinin ilk kapitanı olmuş Nazim Süleymanov və Aslan Kərimov zənglərimizə cavab vermədi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar