11 okt 20:42aktual

Prosineçki Bakıya yox, vətəninə qayıtdı

Prosineçki Bakıya yox, vətəninə qayıtdı
Naşı sürücülər yalnız bizim ölkəmizdə deyil. Onlara dünyanın hər yerində rast gəlinir. O cümlədən Almaniyada. Bildiyiniz kimi, yığmamızın Almaniyaya qarşı matçını işıqlandırmağa gedənlər arasında bəndəniz də var idi. Ötən sayımızda da bir sürücünün bizi az qala oyuna gecikdirməsi haqda yazmışdım. Bəxt üzümüzə güldü ki, 1,5 kilometr məsafə qət eyməyimizə baxmayaraq, özümüzü “Frits Valter” arenasına çatdıra bilmişdik.
“Alqışalayiq” sürücü
Dünən səhər isə səfərimizi başa vurub, yerləşdiyimiz Maynts şəhərindən AZAL-ın təyyarəsinin gözlədiyi Saarbrüken hava limanına qayıtmalıydıq. Öncədən xəbər verilmişdi ki, Bakı vaxtı ilə saat 9-da hamı bir nəfər kimi qaldığımız “Favorit Park Hotel”in qarşısında olmalıdı. Güya deyilən vaxtda sürücü bizi ordan götürməliydi. Amma sən saydığını say, gör fələk nə sayır. Sürücü düz 25 dəqiqə gecikmə ilə otelin qarşısında oldu. Canımızı təyyarəyə gecikmək qorxusu bürümüşdü. Amma vaxtımıza hələ var idi. Ağsaqqal sürücünün qarşısında naviqator olduğundan, yolu tanımayacağını ağlımıza belə gətirməzdik. Özü də Almaniyada. Hər istiqaməti oxlarla göstərilən, ən müasir yol işarələri ölan bir ölkədə. Lakin gözləmədiyimiz başımıza gəldi. Sürücü bizi Saarbrükenə çatdırsa da, hava limanını axtarmaq üçün əməlli-başlı zülm çəkdi. Şəhərdə təxminən 35 dəqiqə dövrə vurduq. Özü də eyni yollarla. Axır ki soruşduğumuz üçüncü adam bizə yolu göstərdi və vaxtından xeyli gec hava limanına çatdıq. Yəqin ki, təyyarəyə minmisiz. Hava gəmisi yerə enəndən sonra sərnişinlərin kapitanı alqışladığının şahidi olmusuz. Heç olmasa, bir dəfə. Biz – azərbaycanlı jurnalistlər isə bunu alman sürücüyə qarşı etdik. Lakin təşəkkürdən daha çox eyham formasında. Özü də bunu anladı və üzr istədi. Yəqin ki, bu da onun üçün həm bir təcrübə, həm də dərs olar. Axı, alman dəqiqliyinə xəyanət etmək olmaz.
Prosineçki Fortsun yolu ilə?
Hava limanına çatanda milli komanda artıq orda idi. Çexiya ilə oyunun ertəsi günü yola düşərkən üzlər necə idisə, bu dəfə də elə. Heç kim üzüntülü görünmürdü. Hamı gülür, zarafatlaşır, söhbət edirdi. Lakin sanki millidə nəsə, kimsə çatışmırdı. Bunu pasport yoxlanışından keçəndən sonra hiss etdim. Sizcə, kim? Bəli, yığmamızın baş məşqçisi Robert Prosineçki. Milli ilə ilin sonuna qədər müqaviləsi olan xorvat çalışdırıcı birhəftəliyə vətəninə yollanıb. Deyilənə görə, Bakıya dönəcək. Yadınza gəlirsə, Berti Foqtsla da eyni hal yaşanmışdı. O da Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra vətəninə yollanmış, amma geri dönməmişdi. Ümid edək ki, Prosineçki Foqtsun yolu ilə getməz və ən azı müqavilə müddətinin sonuna kimi işləyər. Digər maraqlı məqam Kamran Ağayevin axsaması idi ki, qapıçı Almaniya ilə matçda kiçik zədə alıb. Yığmanın həkimlərinin sözlərinə görə, qolkiper sabah (bu gün) Çexiyaya dönməsə, Bakıda yoxlanılacaq.
Əmirquliyev ətirə görə “borclandı”
Pasport qeydiyyatından sonra yığma üzvlərinin əksəriyyəti “duty free”yə axışdı. Hamı qohumuna, yaxınlarına hədiyyə alırdı. Futbolçular daha çox ətir seçirdilər. Hətta 3-4 ədəd bahalı ətir alanlar da var idi. Məsələn, Ruslan Qurbanov öncə ətirlərin şəklini çəkib, kiməsə (çox güman, xanımına) yolladı, sonra da telefonla əlaqə saxlayaraq seçim etməsini istədi. Rahid Əmirquliyev də bir neçə ətir almışdı. Amma kapitan ödəmə zamanı yüngülvari çətinliklə üzləşdi. O kassirə 2 kart təqdim etsə də, heç biri işləmədi. Bu üzdən ödəniş üçün Ruslandan xahiş etdi. “Qəbələ”nin üzvü də hesabın kartından çıxılmasına izn verdi. Daha dəqiq desək, Rahid yüngülvari “borclandı”. Ümid edək ki, vaxtında qaytarar.
Göydə qılınan namaz
Bakı vaxtı ilə saat 13.00-da Saarbrüken hava limanından göyə qalxdıq. Bu dəfə yol bir qədər “qısalmışdı”. 4 saat 40 dəqiqə yox, 4 saat 20 dəqiqə havada olduq. Vaxtımızı necə keçirək deyə heç düşünmədik. Təbii ki, müsahibələr, açıqlamalar və milli üzvləri ilə səmimi söhbət. Bu dəfə də yığmanın heyətində jurnalistlərlə ən çox danışan Kamran Ağayev və Rəşad Sadıqov idi. Onlar yolboyu yanımızdan çəkilmədilər. Uçduğumuz müddət millinin inanclı üzvləri namazlarından da qalmadı. Stüardessalar onlar üçün təyyarənin arxa hissəsində xüsusi yer ayırdı və ibadətləri üçün şərait yaratdı. Nə yalan deyim, indiyə qədər yerdə namaz qılanlar görmüşdüm, göydə isə ilk dəfə oldu. Sonda stürardessalar milli ilə vidalaşan Rəşad Sadıqovla xatirə fotosu çəkdirdi.
Yığmanı taksi sürücüləri qarşıladı
Saat 17.20-də Heydər Əliyev Hava Limanında sağ-salamat eniş etdik. Düzünü desəm, millini heç olmasa, bir neçə azarkeşin qarşılayacağını gözləyirdim. Hər halda, seçmə mərhələ başa çatıb. Yaxşı nəticələr olmasa da, bəzi matçlarda milli gözəl çıxışı ilə yadda qalıb. Bunu nəzərə alıb, gəlmək olardı. Amma bizi hava limanında taksi sürücülərindən başqa kimsə qarşılamadı. Hə, yalnız “CBC Sport”un direktoru Volkan Üstü qarşılamağa ailəsi gəlmişdi.
ŞƏFİ ŞƏFİYEV, Saarbrüken – Bakı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar