09 okt 20:29aktual

Almaniya Futbol İttifaqının prezidenti Cavid Hüseynovun həbsini qabartdı

Almaniya Futbol İttifaqının prezidenti Cavid Hüseynovun həbsini qabartdı
Elxan Məmmədov: “Heç kimə hesabat vermək məcburiyyətində deyilik”
Şənbə günü Almaniya – Azərbaycan matçından öncə hər iki komandanın baş məşqçilərinin mətbuat konfransı keçirilib. Yoahim Lövlə yanaşı, Almaniya Futbol İttiqaqının prezidenti Raynhardt Qrindel də media önünə çıxıb. Qurum başqanı jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunan, daha sonra azadlığa çıxan milli üzvü Cavid Hüseynov haqda diqqətçəkən açıqlama verib. Qrindel bunları deyib: “Bir müddət əvvəl azərbaycanlı jurnalist Rasim Əliyev öldürüldü. Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov həbsdən tez çıxarıldı. Bunun səbəbini bilmirik. Rəhmətə gedən jurnalistin ailəsinə başsağlığı veririk. Buna görə çox üzgünük. Azərbaycan hökumətindən tələb etdik ki, Cavidin niyə tez sərbəst buraxıldığını izah etsin. Biz o futbolçunun belə hərəkət etdiyini bilmirdik. Bakıda bizə qarşı oynayandan sonra bu məsələ aydın oldu. Ona kimi hamı yazırdı ki, niyə Cavid oynayır? İnsanlara maraqlıydı ki, belə bir əməldə əli olmuş oyunçu niyə bu qədər tez azadlığa çıxa bilər? Kimin imkanı varsa, hər şey edə bilir. Biz qarşı tərəfdən açıqlama istəyirik. Almaniyada belə bir hal olanda, həmin oyunçunu futboldan birdəfəlik silirlər. Almaniyada bütün mətbuat mənə məktub yazdı. Mən Cavidin təqsirli olduğunu demirəm. Bunu deməyə haqqım da yoxdu. Ona 4 il verilmişdi. Lakin heç nə olmadan həbs müddətini qısatldılar. Niyə belə bəraət aldı? Niyə həbsini tam yatmadı? Bizə bunun cavabı lazımdı”.
AFFA-nın baş katibi Elxan Məmmədov onun sözlərinə belə reaksiya verib: “Düzü, bu bizi təəccübləndirdi. Çünki futbol siyasətdən uzaq olmalıdı. Bu hər zaman FİFA və UEFA-nın tövsiyəsidi. Qərbdən, Avropadan gələn mesaj belədi ki, idman siyasətdən uzaq olmalıdı. Bugünkü mətbuat konfransında bu məsələnin qaldırılmasına təəccübləndik. Bunu gözləmirdik. Həmin məsələ Azərbaycanın daxili işidi və heç kimə bununla bağlı hesabat verilməməlidi. Hər insana ikinci şans verilməlidi. Cavid Hüseynov peşəkar futbolçudu, öz işini görür. Həyatında belə problem var idi və Konstitusiyamıza əsasən azadlığa çıxıb və artıq milli komanda ilə bərabərdi. Qrindellə görüşümüz olacaq. Yadına salacam ki, futbol siyasətdən uzaq olmalıdı. Səhv etmirəmsə, martda Bakıda keçirilən qarşılaşmada (1:4) Almaniya Futbol Federasiyasının nümayəndələri bunu soruşmuşdular. Onlara danışmışdım, bunu müzakirə etmişdik. Ancaq bugünkü konfransda bunun əksini dedilər. Söylədilər ki, bu məsələni bizdən soruşacaqlar. Bilmirəm, nəyi müzakirə edəcəklər? Biz heç kimə hesabat vermək məcburiyyətində deyilik. Dövlətimizə qarşı siyasi təzyiq? Bunu deyə bilmərəm. Amma burda subyektivlik var”.
Cavid Hüseynov isə bunları söyləyib: “Nəyə görə bu məsələyə toxunduğunu bilmirəm. Mən peşəkar futbolçuyam, öz işimlə məşğulam. Allah mənə ikinci şansı veribsə, öz sevdiyim peşə ilə məşğul olmalıyam”.
Əlbəttə, Almaniya Futbol Federasiyasının prezidentinin bu cür açıqlama verməsinin səbəbini anlamaq çətindi. Qrindelin həmin fikirləri səsləndirməklə yığmamızın düşərgəsində ab-havamı pozmaq, bununla da oyunöncəsi üstünlük qazanmaq niyyətində olduğunu düşünmək bir qədər yersiz olar. Əvvəla, Almaniya liderliyini təmin edib və Azəırbaycanla qarşılaşma onlar üçün formal xarakter daşıyırdı. Bu olmasa belə, bundestim millidən dəfələrlə güclüdü. Odu ki, Qrindelin tam başqa niyyət güddüyü sirr deyil. Özü də Bakıda baş tutan qarşılaşmadan öncə bu məsələ tərəflər arasında müzakirə edilib. Bəlkə də FİFA-dan belə bir sorğu gəlsəydi, müəyyən mənada anlamaq olardı. Ancaq Almaniya Futbol Ittifaqının hansısa ölkənin hüquq məsələsinə qarışması, sadəcə, absurddu.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar