09 okt 20:21aktual

Prosineçki getsin, yoxsa qalsın?

Prosineçki getsin, yoxsa qalsın?
Erkin İbrahimov: “Uzunmüddətli uğur istəyiriksə, qalmamalıdı”
Tahir Süleymanov: “Foqtsun son açıqlaması vaxtilə onun üçün kliplər çəkdirənlərə tutarlı sillədi”

Yığma dünən seçmə mərhələdə son oyununu keçirdi. Artıq hər kəsi düşündürən əsas sual budu: AFFA Robert Prosineçki ilə işbirliyini davam etdirəcəkmi? Nəzərə alaq ki, xorvat mütəxəssisin dekabrın əvvəlində müqaviləsinin müddəti bitir. Prosineçki özü də Almaniya ilə oyundan sonra Bakıya qayıdacağını və assosiasiya ilə yığmada qalıb-qalmayacağını müzakirə edəcəyini demişdi. Görəsən, futbol ictimaiyyəti bu məsələdə hansı fikirdədi? Prosineçki getməlidi, yoxsa işini davam etdirməlidi? O gedərsə, milli kimə tapşırılmalıdı?
Erkin İbrahimov (jurnalist): “İstənilən halda, Azərbaycana, Azərbaycan futboluna, bir qədər pafoslu səslənsə də, Azərbaycan xalqına hörmət etməyən biri burda niyə qalsın?! Fikrimcə, ötənilki uğurlardan sonra Prosineçkinin başı gicəlləndi. Ölkə başçısı onu təriflədi, başqa təriflər də çox oldu. Özümüz də bunda rol oynadıq. Elə jurnalistlər olaraq, onu dağ başına qaldırdıq. Nəticəsi də budu ki, artıq Prosineçki bura gələn Prosineçki deyil. Bu adamın yanaşması hər şeyi deyir. Hansı yığmanın baş məşqçisi çalışdığı ölkəyə iki ayyarım gəlmir? Özünə bu qədər istirahət verir? Hər şey bəllidi. Onun niyyəti başqa komandadı. Burda çalışmaq istəmir. Bəlkə də yığmamıza ən son variant kimi baxır: “Bursaspor”, Xorvatiya yığması alınmasa, yaxşı, qalıb işləyim”. Məncə, artıq heç bir fayda verməz. Düzdü, tsiklin əvvəlində biz də bir az sevinmişdik. Berti Foqtsdan sonra Bəhmən Həsənov da gəlsəydi, bir az canlanma olacaqdı. Həm oyun, həm də nəticə baxımından. Bir var pis məşqçi olsun, ancaq Foqts, ümumiyyətlə, məşqçi deyil. Ondan sonra yığmaya kim gəlsəydi, daha yaxşı olacaqdı. Uzunmüddətli uğur istəyiriksə, əlbəttə, Prosineçki qalmamalıdı. Biz həmişə ad gətiririk, sonra onun ətrafında sistem qurmağa başlayırıq. Foqtsu gətirdik, dedik ki, o nə söyləsə, olmalıdı. Yığma az qala iki ay təlim-məşq toplanışında qalmalıdı. Bunlar olmamalıdı. Bizə elə məşqçi lazımdı ki, bir az mentallığımıza yaxın olsun. Əcnəbi də olsa, mentallığı bilsin. Bilsin ki, bura Azərbaycandı, burda uzun ötürmələrlə futbol oynatmaq alınmayacaq. Bizim genetik yaddaşımız var, xırda ötürmələr, cinahlardan keçidlər. Maşallah Əhmədovun, Zaur Tağızadənin dönəmində gördüyümüz oyun vardı. Futbolumuz budu. Kiçik futbol ölkəsi olsaq da, futbol özəlliklərimiz var. Bizim oyunçuların genetikası, bədən quruluşu fərqlidi. Bütün bunları nəzərə alıb məşqçi gətirmək lazımdı. Və ən əsası, hər şey planlı şəkildə olmalıdı. AFFA heç vaxt plan cızmayıb. Yəni iki ildən sonra biz harda olmalıyıq? AFFA iki ildən sonra millini harda görmək istəyir? Deyək ki, AÇ-nin final mərhələsinə çıxmaq, yoxsa komandanı gəncləşdirmək lazımdı. Qitə birinciliyinin final mərhələsinə qatılmağımız da realdı, ancaq gərək orda 48 komanda olsun (gülür). Bir az real danışmalıyıq. Bizim o potensialımız varmı? Məqsədə çatmaq üçün yalandan ordan-burdan Dəniz Yılmazları bir-iki oyunluq gətirəcəyiksə... Özləri bilsin, sadəcə, bir plan olmalıdı. San Marino ilə iki oyuna görə 100 min manat verilməməlidi. Ölkənin bugünkü durumunda, vallah, verilməməlidi. Bu düzgün deyil. Bəli, hansısa yekun yerə görə, tutaq ki, 4-cü yerə qalxdıq, filan qədər mükafat ayrılsın. Mükafat hədəfə görə olmalıdı. Mərhələ boyunca 20 faizini vermək olar, qalanı isə tutduğu yerdən asılı olsun. Bütün bunları elə jurnalistlər, futbol ictimaiyyəti deməlidi? Həmişə bizdən eşidib, tətbiq edirlər. Prosineçkini saxlamaq düzgün deyil. Adam açıq-aşkar “Bursaspor”da işləmək istəyirdi. Türkiyə klubunun nümayəndələri Bakıya gələndə nə yaşandığını bilirdim. Demək olar, mənimlə bir yerdə idilər. Onlara qarşı hörmətsizlik oldu. Bura təşrif buyuranlar “Bursaspor”un elə-belə sıravi işçiləri deyildi. Klubun futbol şöbəsinin müdiri, konsullardan biri gəlmişdi. Onlara qarşı AFFA tərəfindən sayğısızlıq oldu. Prosineçki də bunu bildi. Gələnlərə qarşı hörmətsiz davrandılar. Dediyim kimi, Foqts, ümumiyyətlə, məşqçi deyildi. Foqtsdan sonra Bəhmən Həsənov da gəlsəydi, irəliləyiş olacaqdı. O da inciməsin, məşqçidi, arada kitab-filan yazır. Həmin irəliləyiş də aldadıcı olacaqdı. Belə də oldu və bir ildən də az çəkdi. Oyun baxımından canlanma yarandı, seleksiya işində müsbət çalarlar diqqəti çəkirdi, Əli Gökdəmirləri çağırmadı. Nə qədər düzgün işləyirdi, nəticə də var idi. Futbol lovğalığı, təkəbbürü sevmir. O ki bizə yuxarıdan-aşağı baxmağa, jurnalisltərlə böyük-böyük danışmağa, yalançılığa başladı, nəticə də gəlmədi. Futbol çox ədalətli oyundu. Hardasa 6 ay düzgün işlədi, nəticəsi də oldu. Elə ki iş keçdi Prosineçkinin özünü reklam etməsinə, artıq nəticə də olmadı. Bu baxımdan hər şey ədalətli idi. Prosineçki bura gəldiyi vaxtlarda olduğu kimi qalsaydı, mən yenə də ona “qalsın” deyərdim. Hazırkı Prosineçki bir növ azərbaycanlaşmış variantdı. Qurban Qurbanovun yığma perspektivində isə iki yerdə işləmək məsələsi ortaya çıxır. Düzdü, belə nümunələr olub və müəyyən vaxt ərzində baş tutub. Əslində yayda Prosineçkiyə milli ilə yanaşı, “Bursaspor”u da çalışdırmağa icazə verilməliydi. Çünki 4 oyun qalmışdı. Həmin vaxt türk klubuna da burdan kimlərisə apara bilərdi. Bunun da ölkə futboluna xeyri olardı. Bu 4 oyunda neçə xal yığdıq? San Marinonu Prosineçkisiz də uşaqlar yığışıb udacaqdılar. Qurbanovun uzun müddət həm yığmada, həm də “Qarabağ”da çalışmağının əleyhinəyəm. Bu məsələdə “Qarabağ”ı itirmək kimi təhlükəmiz var. Onsuz da müstəqillik illərində ən böyük uğurumuz “Qarabağ”ın ÇL-in qrupuna düşməsidi. Məncə, Qurbanova dəyməyək. Klub öz yolu ilə gedir, inkişaf var. Deyək ki, Qurbanov gəldi, yığma AÇ-nin final mərhələsinə çıxacaqmı? Kimsə buna 100 faiz zəmanət verirsə, gəlsin. Ancaq yoxdusa, Qurbanov ölkə futboluna töfhəni “Qarabağ”da işləməklə də verir. Onun tərəfdarıyam ki, millidə əcnəbi məşqçi işləməlidi. Burda da AFFA-nın günahı var. Çünki Bernard Lippert kimi başıboş mütəxəssisləri 10 ilə bir məşqçi yetişdirmədilər. Bəzi gənc məşqçilər var, üzərlərində çalışırlar. Onlar da həmin səviyyə üçün yetişməyiblər. Ayxan Abbasov, Aftandil Hacıyev kimi məşqçilər gələcəkdə hazır olacaqlar, ancaq hələ yox. Bir sıra sovetdən qalma məşqçilərimiz də var ki, üzərlərində çalışmırlar. Qalmışıq belə. Odu ki, xaricdən məşqçi gəlsə, yaxşıdı. Yalançı vədlər yox, bizə iş lazımdı. Bu üzdən əcnəbi mütəxəssis dəvət edilməlidi”.
Tahir Süleymanov (sabiq FİFA referisi və futbol funksioneri): "Torres, Foqts, Prosineçki, yalançı rekordlar, havaya uçurulan milyonlar... San Marino üzərində qələbələr qazanıb "tarixi" uğurdan danışmaq, futbol bir tərəfə, mənəviyyatsızlıqdan başqa bir şey deyil. Almaniyada oturub Azərbaycanın milyonlarını xərcləyən Foqtsun son açıqlaması vaxtilə onun üçün kliplər çəkdirən cavabdehlərə tutarlı sillədi. U-21, aşağı yaş qruplarının uğursuz çıxışları onu göstərir ki, yaxın gələcəkdə də ciddi nəticələrə ümid bəsləmək sadəlöhvlükdü. Hələ ki Lippertlər, onlara çəpik çalıb "züy" tutan mütəxəssislərimiz bəslənilir. Futbol elmdi, qohum, dost-tanışlar üçün gəlir mənbəyi deyil. İlk növbədə futbola münasibət dəyişilməlidi. Əks halda ciddi futboldan, uğurlardan danışmağa dəyməz”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar