07 okt 02:01aktual

“İnter” oktyabrın 28-də “Keşlə” olacaq

“İnter” oktyabrın 28-də “Keşlə” olacaq
Zaur Axundov: “Tədbirlər planı üzərində də iş gedir”
“İnter”in adını çoxdan dəyişmək istəyirdilər. Lakin o vaxt kluba Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sədri Cahangir Hacıyev rəhbərlik edirdi deyə, addəyişməyə razılıq vermirdi. “Dəmir barmaqlıqlar” arxasına göndəriləndən sonra “ağ-göylər” bir müddət havada qaldı, çox keçmədən AFFA-nın, dəqiq desək, SOCAR-ın himayəsinə keçdi.
Və bununla da uzun illər öncə cızılmaqda olan planlar həyata keçirilməyə başladı. Müvəqqəti rəhbər kimi həmin vaxt AFFA-da hüquqşünas işləyən Rəmiş Malıyev gətirildi, ardınca baş katib Elxan Məmmədovun beyninin “məhsulu” olan Müşahidə Şurası yaradıldı, ora da İcraiyyə Komitəsinin üzvü Zaur Axundovu sədr seçdilər. Növbə çatdı klubun adının dəyişdirilməsinə. Əslində bu prosesə yayda start verilmişdi. Avtobus yeni rənglərə uyğun – ağ-qırmızıya boyanandan az sonra “Keşlə” adı ortaya çıxdı. Şura sədri Zaur Axundov verdiyi açıqlamada belə bir fikrin olduğunu təsdiq etsə də, komanda çempionata “İnter” adıyla başladı.
Və budu, həmin an yetişdi. 2004-cü ildən bu yana fəaliyyət göstərən “İnter” bir neçə gündən sonra “canını tapşıracaq”. Daha doğrusu, klub qalır, dəyişən addı. Bundan sonra medallar uğrunda mübarizəni “Keşlə” aparacaq. Lap dəqiq desək, 10-cu turda “Kəpəz”lə oyuna “Keşlə” çıxacaq. Əslində komandalar arasında ilk dövrəyə təsadüf edən görüş Gəncədə keçirilməliydi. Ancaq qazonun yenilənməsinə görə tərəflər razılığa gəldi ki, ilk dövrədəki matç Bakıda baş tutsun, ikinci dövrədə bakılılar qərbin paytaxtına səfər edər. Əldə etdiyimiz bilgiyə görə, 10-cu turdakı oyunu da “İnter Arena”da izləyəcəyik. Buna səbəb isə meydan sahiblərinin təmtəraqlı tədbir keçirmək istəyidi. Yəni “Keşlə” həmin gün təqdim olunacağından, klub rəhbərliyi yaddaqalan addım atmaq istəyir.
Məlumatı əldə edən kimi Müşahidə Şurasının sədri Zaur Axundovla əlaqə saxladıq: “Klubun “Keşlə” adlanması ilə bağlı görülən işlərin hüquqi tərəfi demək olar, başa çatıb. İndi texniki adlar qalıb ki, qarşıdakı vaxt ərzində onları yoluna qoymağa çalışacağıq. Formalardı, klubun atributudu, loqosudu, saytıdı – bu işlər bir az vaxt alacaq. “İnter”ə aid nə var idisə, hamısı “Keşlə” ilə əvəzlənəcək. Belə deyim, artıq yeni adla fəaliyyətə başlayacağıq. Qeyd etdiyiniz kimi, “Kəpəz”lə oyuna “İnter” yox, “Keşlə” çıxacaq. Planımız budu. Bununla bağlı oyundan əvvəl tədbir keçiriləcək. Artıq tədbirlər planı üzərində də iş gedir. Tam dəqiqləşəndən sonra ətraflı məlumat veriləcək. Fikrimiz var ki, tədbirin əyləncəli olması üçün müğənnilər dəvət edək. Bundan başqa, AFFA və klub rəhbərliyi, İcraiyyə Komitəsinin üzvləri və veteran futbolçuları yanımızda görmək istəyirik. Onlara da dəvət göndəriləcək. Oktyabrın 20-nə qədər bütün detallar bilinəcək. Bu günə olan məlumat bunlardı”.
Şər deməsən, xeyir gəlməz. Bir də gördün, “Kəpəz”in tərs damarına düşdü, oyunun yerinin dəyişdirilməsinə razı olmadı. Həmin vaxt meydan təmirdən çıxacaq, gəncəli azarkeşlər futbol üçün darıxıb. Hə, bir də İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Gəncədə oynamalısız” deyəndən sonra kimdi qabağına söz qoyan? Zaur bəy buna görə narahat deyil: “Bəli, razılaşmaya əsasən ikinci dövrədə biz Gəncəyə getməliydik. Lakin sonradan belə razılaşdıq ki, bu dəfə də Bakıda qarşılaşaq, üçüncü və dördüncü dövrədə Gəncəyə gedərik. Bundan əvvəl biz “Kəpəz”i başa düşmüşdük, bu dəfə onlar bizi başa düşdü. Heç bir problem yoxdu”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu Dünən, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb Dünən, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı Dünən, 12:26 “Alyans”ı dayandıran tapıldı Dünən, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu Dünən, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” Dünən, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar