06 okt 22:58aktual

Adil Nadirov prezident təqaüdü ala bilməməsindən şikayətlənir

Adil Nadirov prezident təqaüdü ala bilməməsindən şikayətlənir
“Açıq-aşkar deyirlər ki, yüksək vəzifəli biri nazirə zəng edib, tapşırmalıdı”
Ardıcıl 4 mövsümdü ölkə çempionu olan, 3 il Avroliqada, cari “futbol ili”ndə isə Çempionlar Liqasında çıxış edən “Qarabağ” sözsüz ki, ölkə futbolunun simasıdı. Ağdam klubu həm səviyyə, həm də peşəkar idarəetmə baxımından digər klubları qabaqlayır. Klubun bu səviyyə çatmasında təbii ki, baş sponsor “Azərsun Holdinq”in böyük rolu var. Lakin “Qarabağ”ın var olması və ayaqda qalmasında yalnız adıçəkilən şirkət əziyyət çəkməyib. “Köhlən atlar”ın yaradıcıları, xüsusilə də Adil Nadirovu qeyd etmək yerinə düşər. Bəli, hazırkı “Qarabağ”ın bünovrəsini məhz bu şəxs qoyub. Xeyr, biz “Qarabağ”ın yaranma tarixi ilə bağlı araşdırmaya başlamırıq. Onsuz da bu klubun uğurları çoxaldıqca, hər kəsin ipi öz tərəfinə çəkməyə çalışdığı bəllidi. Bu dəfə Adil Nadirova qarşı biganəlikdən yazacağıq.
Ölkədə hər kəs bilir ki, vaxtilə min əziyyət görmüş, zəhmət çəkmiş insanlara yaş ötdükcə dəyər verilmir. Hər sahədə belədi, o cümlədən futbolda. Nadirov ölkə, xüsusilə də Ağdam futbolu üçün saç ağarmış adamdı. Dünən redaksiyamıza gələn Adil bəyin xüsusi problemi var. Bu, ona verilməli olan, lakin ala bilmədiyi prezident təqaüdü ilə bağlıdı. Bildiyiniz kimi, prezident təqaüdü dövlət qarşısında böyük xidmətləri olan şəxslər üçün təyin olunur. Bu təqaüd sabiq prezident Heydər Əliyevin 2002-ci il 11 iyun tarixli fərmanı ilə ölkənin ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təsis edilib.
Adil bəy ona ölkə futbolunda gördüyü işlərə görə prezident təqaüdünün düşdüyünü və bunun üçün aidiyyatı qurumlara müraciət etdiyini söylədi: “Bildiyiniz kimi, mən “Qarabağ”ın yaradıcısıyam. İndi də bütün ölkə futbolu bu komandanın çiyinlərindədi. Düşünürəm ki, mənə də prezident təqaüdü verilməlidi. Bunun üçün Gənclər və İdman Nazirliyinə müraciət etmişəm. 11 sənəd lazım idi ki, onların hamısını hazırlayıb, təhvil vermişəm. AFFA prezidenti Rövnəq Abdullayev, Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov, “Qarabağ” klubu mənə tövsiyyə məktubu verib. 7 aydı sənədləri vermişəm. Hətta adım qeydiyyat sisteminə də düşüb. Lakin hələ də heç bir xəbər yoxdu. AFFA-ya gedib, baş katib Elxan Məmmədovla da görüşmüşəm. Dedi ki, nazirin müavini Fərid Mansurova tapşıracaq işi. Mən də güldüm, dedim ki, onu hər gün görürəm, bizim balaca qardaşımızdı. Sənədlərimi də Fərid verib. İndi sağlamlığım hər gün idarələrə getməyə imkan vermir. Əvvəllər olsaydı, çoxdan məsələni həll etmişdim”. Nadirov nazirlikdən məsələyə reaksiya verilməməsinin səbəbini belə açıqladı: “Xüsusi bir səbəbi yoxdu. Açıq-aşkar deyirlər ki, yüksək vəzifəli biri nazirə zəng edib, tapşırmalıdı. 1987-ci ildə “Qarabağ”ı mən yaratmışam. O komandanı gətirmişəm yüksək liqaya və təhvil vermişəm. Bunu heç kim dana bilməz. İstəyirəm ki, mənə də prezident təqaüdü verilsin. İşləməyə, pul qazanmağa sağlamlığım imkan vermir. Sağ olsun “Qarabağ” rəhbərliyi, mənə dəstək olur. Mənə təqaüdün verilməməsi haqsızlıqdı. Axı təqaüdə layiqəm. Bunu haqq edirəm. Elə adamlara verirlər ki, qalıram məəttəl. Məsələn, İsgəndər Cavadov məndən sonra müraciət edib, alıb. Bir söz demirəm, İsgəndər yaxşı oğlandı. O, futbolunu oynayıb, pul qazanıb, ev, maşın, bağ alıb. Sağlığına qismət. Amma mən “Qarabağ”ın yaşaması üçün öz pulumu xərcləmişəm. Mən də futbol oynamışam vaxtilə. Bura Azərbaycandı. Dəhşətdi, tapşırıqsız heç nə olmur. Gərək icra hakimindən də böyük adam olsun ki, nazirə desin. Nazirlə görüşməmişəm, imkanım olmayıb. Qəbul üçün adımı yazsam da, əlaqə saxlamayıblar. Nazirliyə gedirəm, hamı məni tanıyır. İndiyə kimi bu barədə heç yerə açıqlama verməmişəm. Çünki özümə sığışdırmıram. 1300 manata görə bu günlərə düşəsi adam deyiləm. Mən vaxtilə 45 futbolçunun ailəsini Ağdamdan çıxarmışam. 17 il həmin adamları öz pulumla saxlamışam. Əvvəllər Ağdamda 4 mağazam var idi, pulum da kisə ilə. İndi isə yoxdu, bu canla harda işləyim? Düzdü, acından ölmürəm. “Qarabağ” da kömək edir, oğlum da. Sizin vasitənizlə nazirdən xahiş edirəm ki, mənim təqaüdümü versinlər, bu işə baxsınlar”.
“Qarabağ”ın sabiq prezidenti söhbət əsnasında klubun necə yaradıldığına da toxundu: “O vaxt klubun adı “Kooperator” idi. Mən isə dəyişdim, “Qarabağ” etdim. Klubun emblemini özüm çəkib, sonra rəssama vermişəm ki, düzəltsin, dizayn versin. Məşqçi kimi o komandanı 2 dəfə çempion etmişəm, sonra da prezident olmuşam. 5 il Mingəçevirdə, sonra Əlibayramlıda (indiki Şirvan) qalmışıq. Ardınca Sumqayıta, ordan da Bakıya köç etmişik. Nəhayət, “Azərsun Holdinq”in rəhbərliyini tapdım, müqavilə bağladıq. Hazırda klubun təsisçisiyəm. Bir faiz mənim payımdı. Mən də yaşamaq, müalicə olmaq istəyirəm. Əsəbdən insult olmuşam. Xaricdə müalicə almalıyam. Lakin pulum yoxdu, necə sağalım? “Qarabağ”a baxanda fəxr edirəm. Hər dəfə televizorda izləyəndə qürurlanıram ki, bu klubu mən yaratmışam. İndikilər deyir ki, güya klub 1953-cü ildə yaranıb. Elə deyil. Düzdü, o vaxt Ağdamda futbolun əsası qoyulub. Lakin rayonda peşəkar futbol 1987-ci ildə yaranıb və mən yaratmışam”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar