06 okt 22:33aktual

Anar Salmanov fransalının qüsurlarını sadaladı

Anar Salmanov fransalının qüsurlarını sadaladı
“Ruslan Qurbanov hakimi məharətlə aldatdı”
BOS-da baş tutan qarşılaşmanı fransalı hakimlər briqadası idarə edirdi. Baş hakim Benua Millota Jülyen Paselli, Bertran Jouanno və Frank Şneyder kömək edirdi. Qarşılaşmanın ilk hissəsi nisbətən sakit tempdə keçdi. Düzdü, millimiz ilk dəqiqələrdən irəli atılmağa, hesabı açmaq üçün yollar aramağa çalışırdı. Lakin çexlər buna imkan vermirdi. Rəqib top millimizin üzvlərində olarkən dərhal pressinq edir, mərkəzi keçməyə imkan vermirdi. Təbii ki, bu da qayda pozuntuları ilə müşahidə olunurdu. Qonaqlar daha çox millimizin yarımmüdafiə xəttinə qarşı “amansız” idi. Bunun da nəticəsidi ki, Cavid Hüseynov, Dmitri Nazarov və Riçard Almeydaya qarşı ilk yarıda daha çox kobudluq oldu. Çexlərin kobud oyunu Millotu vərəqə verməyə də məcbur etdi. 24-cü dəqiqədə Marek Suxi Ruslan Qurbanovun boş zonaya açılmasının qarşısını qaydalar çərçivəsində almadı və sarı vərəqə ilə “mükafatlandırıldı”. Epizodların birində isə Rahid Əmirquliyev topa oynadığı halda, hakim əleyhimizə cərimə zərbəsi verdi. Hissənin növbəti yarısında temp daha da aşağı düşdü. Hər iki komandanın oyunçuları kiçik taktiki follarla yadda qaldı. Bununla belə, rəqib ilk yarıda 11, yığmamız isə cəmi 4 dəfə qayda pozuntusuna yol verdi.
İkinci yarı da eyni ssenari ilə başladı. Çexlər yenə çox sərt oyunla seçilirdi. 48-ci dəqiqədə Nazarovla Huşbauer toqquşdu. Qayda pozuntusu olmasa da, rəqib oyunçu hakimə etriaz etdi. Referi də epizodu simulyasiya kimi dəyərləndirdi və haqlı olaraq Huşbauerə sarı vərəqə göstərdi. Oyunun ən maraqlı epizodu isə 53-cü dəqiqəyə təsadüf etdi. Komandamızın əks-hücumu zamanı Ruslan Qurbanov rəqibin cərimə meydançasında yerdə qaldı və fransalı referi “ağ nöqtə”ni göstərdi. Amma həmin epizoda diqqətlə baxsaq, görərik ki, Suxi Qurbanova qarşı kobud oynamamışdı. Rəqib müdafiəçi hətta Ruslanın sürətlə irəliləməsini görüb, bədənini və ayağını kənara çəkmişdi. Lakin hakim Ruslanın yıxılmasını penalti kimi dəyərləndirdi. Hər halda, epizod çox şübhəli idi və simulyasiya kimi də dəyərləndirilə bilərdi. Lakin Millot Suxiyə ikinci sarı vərəqə göstərmədi. Bu isə yeni qaydalara əsasən doğru qərardı. 57-ci dəqiqədə Cavid Hüseynova qarşı qaydanı pozduğu üçün Antonin Barak layiqli “sarı”sını aldı. Matçın qalan dəqiqələrində qeydə alınan və vərəqə ilə nəticələnməyən qayda pozuntularını nəzərə almasaq, yeganə diqqətçəkən məqam 81-ci dəqiqəyə təsadüf etdi. Məhəmməd Mirzəbəyov rəqibin cərimə meydançasına daxil olmaq istəyərkən, müdafiəçi ilə toqquşdu. Buna toqquşma demək olarsa. Hakim sadəcə, “qalx” işarəsi ilə kifayətləndi və doğru qərar verdi.
Beləliklə, matçın sonunda Çexiya millisi 21, yığmamız isə üç dəfə az - 7 qayda pozuntusu ilə yadda qaldı. Penalti epizodunu saymasaq, digər məqamlarda hakimlikdən narazı qalmağa dəyməz. Çünki fransalılar hər şeyi nəzarətdə saxlayırdı. Hər halda, bu bizim fikirlərimizdi. Bəs mütəxəssis nə düşünür? Sabiq FİFA referisi Anar Salmanovun şərhi belə oldu: “Qaydaların yozumu və tətbiqi ilə bağlı çatışmazlıqlar oldu. Xırda qayda pozuntularına da fit çalırdı. İlk yarıda Rahid topa oynadı, amma hakim cərimə zərbəsi təyin etdi. Hakimin fiziki hazırlığı çox yaxşı idi. Diaqonallardan istifadə edirdi və epizodlara yaxın olurdu. Verdiyi sarı vərəqələri də doğru qərar kimi qiymətləndirmək lazımdı. Bəli, verilməyən vərəqələr də oldu. Hakim bunu üstünlük prinsipinə uyğun etdi. 80-cı dəqiqədə Almeydaya qarşı qayda pozuntusu oldu. Amma hakim hücumumuzun qarşısını almamaq üçün bunu qeydə almadı. Halbuki sonradan rəqib oyunçuya sarı vərəqə göstərməliydi. Millotun köməkçilərlə əlaqəsi də pis deyildi. Oyundankənar vəziyyətlər və qayda pozuntuları zamanı köməkçilər doğru qərar verdilər. 4-cü hakim Frank Şneyder də özünü yaxşı tərəfdən göstərdi. Cavidlə Barak arasındakı gərginlik zamanı o meydana daxil olaraq tərəfləri sakitləşdirdi. Bu da müsbət məqamdı. Penalti epizodunda isə hakimin qərarı yanlış idi. Epizoda yaxın olsa da, ciddi səhvə yol verdi. Orda penaltidən söhbət belə gedə bilməz. Ruslan Qurbanov hakimi məharətlə aldatdı. Bu üzdən simulyasiyaya görə sarı vərəqə ilə cəzalandırılmalıydı. 81-ci dəqiqədə Mirzəbəyov də rəqibin cərimə meydançasında yıxıldı. Orda da hakim epizodu doğru qiymətləndirdi. Çünki futbolçumuz topu itirmişdi. Şəxsi fikrim belədi ki, baş hakimin qiyməti 7,9 olacaq”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar