06 okt 22:31aktual

İcraiyyə Komitəsinin iclasında dopinq məsələsi müzakirə olundu

İcraiyyə Komitəsinin iclasında dopinq məsələsi müzakirə olundu
Qurban Qurbanov: “Qərara aldıq ki, Region Liqası 8 komandadan ibarət 3 zonaya bölünsün”
Dünən AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. İK-nın budəfəki toplantısı saat 18.00-da Olimpiya stadionunda baş tutub. Qurumda təmsil olunanların hamısı vaxtında gəlsə də, Elşad Nəsirov bir qədər gecikib. İclasda bir sıra qərarlar qəbul olunub. Onları olduğu kimi diqqətinizə çatdırırıq:
1. Region Liqasının Əsasnaməsi təsdiq olunsun. Əsasnamə AFFA-nın rəsmi saytında yerləşdirilsin.
2. 2017/18 mövsümündə UEFA və premyer-liqa yarışlarında iştirak etmək üçün tətbiq olunacaq Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2017) dəyişikliklərlə bağlı təkliflər qəbul olunsun.
İdman meyarları
1. AFFA-nın U-19 Liqasının adı Gənclər Liqasına dəyişdirildiyini nəzərə alaraq, Lisenziyalaşdırma Qaydalarında “U-19 komandası” ifadəsi “Gənclər Liqasında çıxış edən komanda” ifadəsiylə əvəz olunsun.
2. Klubların “Gənclər futbolunun inkişafı proqramları”nın icrasına AFFA-nın Məşqçilər Komitəsi tərəfindən nəzarət etmək üçün klublar öz uşaq-gənclər komandalarının məşq qrafiklərini həftləlik əsasda assosiasiyaya təqdim etməlidilər.
İnfrastruktur meyarları
3. AFFA və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında imzalanmış memorandumu nəzərə alaraq premyer-liqada iştirak etmək üçün tətbiq olunan Lisenziyalaşdırma Qaydalarına stadionda Dopinq Nəzarət otağının mövcud olması ilə bağlı tələb əlavə olunsun.
Kadr-İnzibati meyarlar
4. Klubların uşaq-gənclər komandalarına nəzarət edən tibb işçisinin təyin olunması ilə bağlı tələb əlavə olunsun.
5. Lisenziyalaşdırma üzrə menecerlə bağlı olan meyara, onların kursda iştirak etməsi və imtahandan uğurla keçməsi ilə bağlı tələb əlavə olunsun.
Sonda İK üzvləri Rəşad Sadıqovun ölkə futbolundakı xidmətlərini yüksək qiymətləndirərək, milli komadada vida oyunu ilə bağlı ona dərin təşəkkürünü bildiriblər.
İclasın ardından İK-nın üzvü, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlama verdi. O, toplantıda əsas müzakirə mövzusunun Region Liqası olduğunu söylədi: “Region Liqası ilə bağlı müzakirələrimiz oldu. Deməzdim ki, çox danışdıq. Çünki hələ iş tamamlanmayıb. Yenə müzakirələr aparılacaq, bəzi komandalarla danışıq olacaq. Qərara aldıq ki, Region Liqası 8 komandadan ibarət 3 zonaya bölünsün. Yəqin ki, yaxın zamanda dəqiq bilinəcək. Bu gün sadəcə, kiçik müzakirələr oldu. İclasda digər məsələlər də müzakirə olundu. Amma xüsusi bir şey demək olmaz. Bir az dopinqlə bağlı müzakirə apardıq. Premyer-liqada xüsusi testlər tətbiq olunacaq. Oyunlardan sonra hər bir futbolçudan testlər götürülə bilər. Bir də aşağı yaş qrupları üzrə komandalara diqqətin artırılması ilə bağlı müəyyən danışığımız oldu. Çempionatda limit məsələsinə gəlincə, bu haqda danışmadıq. Növbəti iclasın vaxtı yaxın günlərdə bilinəcək”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar