04 okt 19:36aktual

“Şəmkir”, “Göyəzən” , “Şahdağ” və “Energetik” həvəskarlar liqasında oynamaq istəyir

“Şəmkir”, “Göyəzən” , “Şahdağ” və  “Energetik” həvəskarlar liqasında oynamaq istəyir
Füzuli Nəcəfov: “Həvəskarlar Liqası ola-ola, həvəskar statusu daşıyacaq yeni liqanın yaradılması nəyə lazımdı?”
AFFA-nın Region Liqası adı altında yeni birincilik keçirmək niyyətində olduğunu ötən saylarımızın birində xəbər vermişdik. Yarımhəvəskar statusa malik liqanın hansı formatda keçiriləcəyi ilə bağlı sorğumuza qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu “bu yöndə iş gedir” cavabını vermiş, yeni çempionatın hansı şərtlər altında keçiriləcəyinə yaxın vaxtlarda aydınlıq gələcəyini bildirmişdi.
Belə qeyri-müəyyənlik bəzi klubları da çaş-baş qoyub. Əldə etdiyimiz bilgiyə görə, birinci divizona buraxılmayan klublar artıq Həvəskarlar Liqasına müraciət edərək, bu qurumun bayrağı altında keçirilən yarışlara qatılmaq istədiyni bildiriblər.
Qaranlıq məqamlara aydınlıq gətirmək üçün Azərbaycan Həvəskarlar Futbol Federasiyasının baş katibi Füzuli Nəcəfovla əlaqə saxladıq. Füzuli bəy AFFA-nın yeni ideyası ilə bağlı anlaşılmazlıqların olduğunu söylədi: “Mən başa düşmürəm ki, ölkədə Həvəskarlar Liqası ola-ola, həvəskar statusu daşıyacaq yeni liqanın yaradılması nəyə lazımdı? Onsuz da bizim federasiya bu çempionatı keçirir. Bildiyiniz kimi, bizim birincilik əvvəlcə zonalar üzrə təşkil olunur. Zonalarda qalib olan komandalar sonradan püşkatmaya əsasən qruplara bölünür. Sonda çempionatın qalibi UEFA-nın həvəskarlar arasında keçirdiyi beynəlxalq turnirə qatılır. Mənə deyirlər ki, bizim məqsədimiz başqadı. AFFA-nın yeni liqasının qalibi mövsümün sonunda birinci diviziona yüksələcək. Lap yaxşı, çox gözəl iedayadı. Belədisə, onda Region Liqasına həvəskar statusu verməsinlər. Qoy adını ikinci liqa qoysunlar və komandalar da çaş-baş qalmasın. Tutaq ki, Region Liqasında 15 komanda mübarizəyə qoşuldu. Belə olan halda həmin komandalar 14 dəfə səfərə çıxmalıdı. Həvəskarların elə pulu varsa, elə birbaşa birinci divizionda iştirak edərdi də, niyə həvəskarların yarışına qoşulurlar? Bilirsiz, nə qədər ki, AFFA yeni birinciliklə bağlı şərtləri açıqlamayacaq, qeyri-müəyyənlik davam edəcək”.
Füzuli bəy diviziondan kənarda qalan bəzi klubların artıq Həvəskarlar Futbol Federasiyasına müraciət etdiyini, qurumun bayrağı altında keçirilən turnirdə iştirak etmək istədiklərini də vurğuladı: “Sizdən bir qədər əvvəl “Şəmkir”dən zəng etmişdlər. Bizim birinciliyə qatılmaq istədiklərini söylədilər. Onlardan başqa, “Göyəzən”, “Şahdağ”, “Energetik”in də rəsmiləri əlaqə saxlayıblar. Onlar da eyni fikirdədi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar